Icma.az
close
up
RU
Putinin PLANI HAZIRDIR: Ermənistanda çevriliş bu tarixdə baş tutacaq, Paşinyan...

Putinin PLANI HAZIRDIR: Ermənistanda çevriliş bu tarixdə baş tutacaq, Paşinyan...

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Rusiya Ermənistanda Paşinyana qarşı hərbi çevrilişə cəhd edə bilər. Rusiya uzun müddətdir Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək niyyətindədir və bu məqsədlə həm siyasi, həm də silahlı vasitələrdən istifadə etməyə çalışıb”.

Bu fikirləri Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov KONKRET.az-a açıqlamasında səsləndirib.

“Paşinyan hakimiyyətə gələndən bəri Rusiya müxtəlif yollarla onu hakimiyyətdən uzaqlaşdırmağa çalışıb. Bu istəklər seçki prosesləri və ya hərbi çevriliş ssenariləri formasında ortaya çıxıb. Ancaq hələ ki, bu cəhdlər uğursuz olub. Eyni zamanda, Rusiya getdikcə zəifləyir və Qafqazda təsir imkanlarını itirir. Hazırkı məqamda Ermənistan kimi bir ölkədə çevriliş təşkil etmək əvvəlkindən daha çətindir. Putin bir neçə ay əvvəl Kilsəni Paşinyana qarşı qaldırmağa çalışdı. Dini xadimlər insanları mitinqlərə səsləyirdi. Hətta Ermənistanda müəyyən qarışıqlıqlar da oldu. Lakin bütün bunlara baxmayaraq, Paşinyan hakimiyyətdə möhkəmlənə bildi”. pizza mizza

Əlibəyov hesab edir ki, bəzi ekspertlərin 2026-cı il parlament seçkiləri ilə bağlı səsləndirdikləri proqnozlar reallığa uyğun deyil:

“Əgər Rusiya Paşinyanı devirmək istəyirsə, bunu 2026-cı ilə qədər gözləməyəcək. O vaxta qədər Rusiyanın öz daxilində hansı çətinliklərlə qarşılaşacağı bilinmir. Çevriliş cəhdi olacaqsa, bu, yaxın aylarda baş verər. Çevriliş cəhdi müxtəlif şəxslər, hərbçilər və ya keçmiş siyasətçilər vasitəsilə həyata keçirilə bilər. Rusiya onlara hərbi dəstək verərək Paşinyanı devirməyə cəhd edər ”.

Bununla belə, Vəli Əlibəyov Paşinyanın mövqeyinin zəif olmadığını vurğulayıb:

“Paşinyan tək deyil, ABŞ və digər Qərb ölkələri onun hakimiyyətdə qalmasında maraqlıdır və onu dəstəkləyirlər. Bu dəstək ona qarşı olan planların qarşısını almaqda əsas faktorlardan biridir. Əgər uğurlu sui-qəsd olarsa, bu, Paşinyanı devirmək üçün daha asan yol olacaq. Digər üsullarla onun hakimiyyətdən getməsi mümkün deyil”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Avqust 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri