Icma.az
close
up
RU
Ermənistanda himn qalmaqalı: Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır

Ermənistanda himn qalmaqalı: Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ermənistan Respublikasının himninin mətni dəyişdirilməlidir”. 

Bunu yanvarın 10-da hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Sisak Qabrielyan parlamentin Dövlət və hüquq məsələləri daimi komitəsinin iclasında “Hüquq haqqında” Qanuna dəyişiklik və əlavələr edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Layihədə Ermənistan Respublikasının dövlət himni, habelə onun ifası ilə bağlı müəyyən münasibətlərin tənzimlənməsi təklif edilir. O cümlədən, himnin bir rəsmi variantının təsis edilməsi təklif olunur.

“Mövcud qanunvericiliyə əsasən, dövlət himninin ifası məktəb və ali məktəblərdə məcburidirsə, müvafiq dəyişikliklər edildikdən sonra  kollec və uşaq bağçaları üçün də məcburi olacaq. Üstəlik, əgər indi rəsmi idman tədbirlərinin açılışında və bağlanışında himnin ifası məcburidirsə, layihəyə əsasən, bu vaxt keçirilən mükafatlandırma mərasimlərində də məcburi olacaq”, – Qabrielyan deyib.

Hökumətə dövlət himninin qısa versiyasını yaratmaq səlahiyyəti də veriləcək. Bundan əlavə, himnin dinamikasını artırmaq üçün dördlüklərin sırasının dəyişdirilməsi nəzərdə tutulur. 

“Xüsusən də, sonuncu dördlük müvafiq olaraq ikinci, ikinci və üçüncü isə üçüncü və dördüncü olacaq. Hesab edirik ki, dövlət himnini Ermənistan haqqında sözlərlə başlayıb bitirmək daha məqsədəuyğundur”, - deyə deputat bildirib.

Hökumətin fikrincə, himnin sonu dəyiməlir. Hakimiyyət indiki “Xalqının azadlığı uğrunda ölən nə bəxtiyardır” deyil, “Ermənistan həmişə var olsun” ifadəsini dəstəkəyir.

Qabrielyan onu da əlavə edib ki, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi müvafiq qanunvericiliyə yeni düzəlişlər qəbul edildikdən sonra himnin rəsmi variantlarını dərc edəcək. “Bu, Ermənistanın bütün tədbirlərdə müstəsna olaraq səsləndiriləcək rəsmi himni olacaq”, - deyə deputat yekunlaşdırıb.

Öz növbəsində “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi, Daşnaksütyun Partiyasının üzvü Artsvik Minasyan məsələnin gündəmdən çıxarılmasını təklif edib. Onun fikrincə, səlahiyyətli orqanlar tərəfindən təqdim olunan qanun layihəsi yarpımçıqdır.  Öz növbəsində müxalif “Ermənistan” blokunun digər deputatı Qeqam Manukyan bu qanun layihəsini “Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti arzunu həyata keçirmək cəhdi” adlandırıb.

Kifayət qədər uzun və fəal müzakirələrdən sonra qanunvericilik təşəbbüsü parlamentin daimi komissiyasından müsbət rəy alıb. “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının deputatları səsvermə prosesini boykot ediblər.

Qeyd edək ki, indiki himn kiçik düzəlişlərlə daşnak partiyasının idarə etdiyi Birinci Ermənistan Respublikasının himnidir. 

Müstəqillik illərində ekspertlər və müxtəlif siyasi qüvvələr vaxtaşırı yeni himnin qəbul edilməsinin zəruriliyi ilə bağlı məsələ qaldırıblar. Serj Sarkisyanın hakimiyyəti illərində iş o yerə çatıb ki, xüsusi hökumət müsabiqə komissiyası yekdilliklə yeni himn mətnin yazılmasının tərəfdarı olub. Amma məsələ reallaşmayıb.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Yanvar 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri