Icma.az
close
up
RU
Ermənistanda iqtidar kilsə qarşıdurmasında Paşinyan qalib tərəfdir Deputat

Ermənistanda iqtidar kilsə qarşıdurmasında Paşinyan qalib tərəfdir Deputat

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda Baş nazir Nikol Paşinyanla kilsə arasında gərgin münasibətlər uzun müddətdir ki, davam edir. Ötən il keşiş Baqratın rəhbərliyi ilə Paşinyana qarşı bir hərəkat başlamışdı. O zaman da  Paşinyana müxalif olan qüvvələrin Baqratın ətrafında təmərküzləşməsi və bütövlükdə bu hərəkatın hakimiyyət dəyişikliyinə səbəb olması ilə bağlı məsələ gündəmdə idi.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə Ermənistanda iqtidar-kilsə qarşıdurması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, həmin hadisələr vaxtı keşiş Baqrat bütövlükdə erməni müxalifətini ətrafında cəmləşdirə bilmədi:

“Müxalifət deyəndə, əsasən keşiş Baqrata onda dəstək verən qüvvələr Sarkisyan və Köçəryanın ətrafındakı qüvvələr idi və onların da bilavəsitə Rusiyanın təsir dairəsində olduqları məlumdur.

Ümumiyyətlə, erməni kilsəsi uzun müddətdir ki, Rusiyanın təsir dairəsindədir və Paşinyan da bunun fərqindədir. O bir neçə dəfə cəhd etdi ki, kilsəni öz nəzarətinə götürsün,  çünki müxalif qüvvələr Paşnyana ölkə daxilində elə bir ciddi təhdid törətmirlər, Paşinyanın elektoratı daha güclüdür və müxalifət faktiki olaraq ciddi elektorata malik deyil. Xüsusilə də keçmiş Qarabağ klanı öz potensialını tam olaraq tükədib, Rusiya da bunun fərqindədir ki, onların vasitəsilə Ermənistanda hər hansı hakimiyyət dəyişikliyinə getmək mümkün olmayacaq. Ona görə kilsə vasitəsilə Paşinyana təsir etmək imkanları qalırdı deyə, kilsə-Paşinyan qarşıdurması bu fonda baş verir”.

A.Əlizadə əlavə edib ki, Paşinyan çalışdı kilsəni öz nəzarətinə götürsün, amma buna nail ola bilmədi, ona görə də artıq bu mübarizə açıq müstəviyə keçib. Baş nazir kilsə rəhbərlərinə qarşı çox ciddi ittihamlar irəli sürüb və artıq vəziyyət o həddə gəlib çatıb ki, erməni katolikosu demək olar ki, istefa vermək məcburiyyəti qarşısında qalıb. Onun bu günlərdə istefa vermək ehtimalı böyükdür. O da məlumdur ki, erməni dövlətçilik ideologiyası uzun illər kilsədən qaynaqlanıb, kilsə daha çox ermənilik ideologiyasını, əslində faşizm ideologiyasını yaymaqla məşğul olub. Böyük Ermənistan, dənizdən-dənizə Ermənistan xülyası da elə kilsə tərəfindən formalaşıb və yayılıb. Bu illər ərzində də Ermənistanı əsas idarə edən qüvvələr bilavasitə kilsədən təsir göstərməklə ediblər.

Deputat hesab edir ki, Paşinyan bütün bunların fərqindədir və artıq gələn il keçiriləcək parlament seçkilərində özünə ciddi maneə ola biləcək qüvvənin kilsədən idarə oluna biləcəyini ehtimal edir:

“Çox doğru olaraq da bunu ehtimal edir. Ona görə də kilsəni ya tam olaraq nəzarətinə götürmək, ya da onun qüvvələrini tam olaraq sıradan çıxarmaq planı üzərində işlənilir.

Hələ ki, görünən odur ki, Paşinyan bu məsələdə daha uğurlu görünür. Kilsə onun qarşısında geri çəkilmək məcburiyyətində qalıb. Çünki kilsəyə rəhbərlik edən ayrı-ayrı şəxslər barədə ciddi kompromotlar üzə çıxıb, Paşinyan bildirir ki, hələ daha ciddi kompromotlar var. Onların yayılacağı təqdirdə, kilsə rəhbərliyində olan şəxslər tam olaraq nüfuzlarını itirəcəklər. Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyan-kilsə qarşıdurmasında Paşinyan qalib tərəfdir və o, kilsənin təsir dairəsini tam olaraq sıradan çıxarmaqla gələn il keçirləcək seçkilərdə özü üçün mövcud maneələri qabaqcadan ertələmək məqsədini güdür”.

Deputat əlavə edib ki, Ermənistanda gələn il baş tutacaq seçki ərəfəsində mühüt olduqca gərgin bir fazaya keçəcək: “Paşinyana qarşı olan qüvvələr daha çox kənardan, Rusiyadan idarə olunan qüvvələrdir. Amma görünən bundan ibarətdir ki, biz 2021-ci ildə şahidlik etdik ki, müharibədə böyük məğlubiyyətə uğrayan Paşinyan yeni seçkilərə gedərək qələbə qazandı. O zaman da Köçəryan çox ciddi şəkildə gündəmə gəlmişdir, hətta onun Moskvada Rusiya prezidenti ilə görüşü və ondan sonra Rusiya kanalında çıxış edərək seçkilərə qatılacağını bəyan etməsi bilavasitə hardan idarə olunmasına işarə idi. Amma Rusiya da onun fərqində oldu ki, Paşinyanı həmin dönəm üçün əvəz edəcək ciddi liderləri yoxdur. Çünki Köçəryan da, Sarkisyan da öz potensiallarını faktiki olaraq itiriblər, onlar Paşinyanın reytinqi nə qədər də aşağı düşsə də, onu əvəz etmək iqtidarında deyillər. Hələ ki, bu gün Paşinyan daha üstün görünür və seçkilərin nəticələrinə görə, onun növbəti dəfə qalib gəlmək imkanları daha çox görünür”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 11 İyun 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see209

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see167

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see140

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see137

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see136

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see132

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see132

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see130

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see125

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see122

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri