Ermənistanda keçmiş nazir müavininin əmlakı və vəsaiti müsadirə olunacaq
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Ermənistan Baş Prokurorluğunun Qanunsuz Əmlakın Müsadirəsi Departamenti Ermənistan xarici işlər nazirinin keçmiş müavini Avet Adontsun daşınmaz əmlakının və pul vəsaitlərinin müsadirə edilməsi üçün məhkəməyə müraciət edib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
“Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı növbəti iddiasını icraata qəbul edib”, - məlumatda deyilir.
Onlar xarici işlər nazirinin keçmiş müavininin 3 şirkətdəki səhmlərini, İrəvandakı bir mülkünü, həmçinin 90 milyon dramını (235 min dollardan bir qədər az) müsadirə etmək istəyirlər.
Xatırladaq ki, Adonts 2019-2021-ci illərdə Ermənistan xarici işlər nazirinin müavini, əvvəllər - Aİ-də (eyni zamanda - Benilüks ölkələrində), sonra isə İspaniyada səfir olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 14 İyul 2025 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















