Ermənistanda müharibə itkiləri ilə bağlı qalmaqal
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanda İkinci Qarabağ müharibənin itkiləri ilə bağlı yenidən siyasi və ictimai müzakirələr alovlanıb.
“Yeni Sabah” xəbər verir ki, müxalifətin qurbanların sayının 5000-dən çox olması barədə iddialarına və Prezident Vahaqn Xaçaturyanın Çexiya səfərində 4800 rəqəmini səsləndirməsindən doğan səs-küyə cavab olaraq İstintaq Komitəsi rəsmi göstəriciləri yenidən açıqlayıb.
Açıqlanan son rəsmi məlumatlara əsasən, müharibə nəticəsində 3833 nəfər həlak olub (3755 hərbi qulluqçu və 78 mülki şəxs). Bundan əlavə, 191 nəfərin (172 hərbi, 19 mülki) taleyi hələ də naməlumdur. Hüquq müdafiəçisi Siranuş Sahakyan itkin düşənlərlə bağlı Bakının məsuliyyəti inkar etdiyini bildirərək işlərin BMT-nin Məcburi və ya Qeyri-İxtiyari İtkin Düşmüş Şəxslər üzrə İşçi Qrupuna təqdim olunduğunu qeyd edib. pizza sifarişi
Müxalifətin həlak olanların tam adbaad siyahısının dərc olunması tələbinə cavab verən Baş nazir Nikol Paşinyan bildirib ki, bütün adlar institusional mexanizmə uyğun olaraq "Hərbi Qulluqçuların Sığortası" Fondunun platformasında artıq dərc olunub. Digər tərəfdən, müharibənin təfərrüatlarını araşdırmaq üçün yaradılan Parlament İstintaq Komissiyasının hesabatı ictimaiyyətə təqdim edilmədən arxivə göndərilib. Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Vilen Qabrielyan bunun qanunun yanlış təfsiri səbəbindən baş verdiyini və sənədin ictimaiyyətə əlçatan olması üçün hüquqi həll yollarının axtarıldığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 09 Sentyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















