Ermənistanda müxalifət partiyasının üzvü saxlanıldı
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İrəvanda Ana Ermənistan Partiyasının üzvü və Çiçəklənən Ermənistan Partiyasının 7 iyun parlament seçkisi üçün siyahısında olan Areqnaz Manukyan saxlanılıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə "Sputnik Ermənistan" "Telegram" kanalı məlumat verib.
Ermənistan İstintaq Komitəsi məlumatı təsdiqləyib və müxalifət partiyasının üzvünün artıq komitəyə gətirildiyi bildirilib.
Məlumata görə, Areqnaz Manukyan dövlət sirri ilə bağlı məlumatları dərc etməkdə ittiham olunub. İstintaq Komitəsi qeyd edib ki, ona qarşı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Daha əvvəl KİV-də dərc olunmuş məlumatlara əsasən, hüquq-mühafizə orqanları Areqnaz Manukyanı 2024-cü ilin aprel ayında keçirilən qapalı iclasdan məlumatları partiya lideri Andranik Tevanyana ötürməkdə şübhəli bilirlər ki, bu da Tevanyana qarşı "Casusluq və dövlətə xəyanət" ittihamı üzrə işin başlanmasına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 09 İyul 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















