Tramp Putindən bunu tələb etdi
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə rusiyalı həmkarı Vladimir Putinlə münasibətlərini müdafiə edib.
"Bakupost" Teleqraf-a istinadən xəbər verir ki, bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin onların dostluğunu “qəribə” adlandırmasından və İkinci Dünya müharibəsi dövründə kiminsə nasist Almaniyasının diktatoru Adolf Hitlerlə dostluq etməsinə bənzətməsindən sonra baş verib.
Jurnalistlər qarşısında çıxış edən Donald Tramp bildirib: “Biz razılaşma əldə etmək, qətlləri dayandırmaq istəyirik. Mən də gəlib “Siz mənim xoşuma gəlmirsiniz” deyə bilərdim, o zaman Zelenski ilə Putin arasındakı eyni problemlə üzləşərdik”.
ABŞ Prezidenti qeyd edib ki, münaqişənin nizamlanmasında ən böyük problem məhz iki liderin bir-birinə nifrət etməsidir.
“The Washington Post”un yazdığına görə, Tramp bundan əvvəl sosial şəbəkədəki paylaşımlarında Ukraynanı müharibəni genişləndirməkdən çəkinməyə, Rusiyanı isə Avropadakı hərbi təcavüzündən geri çəkilməyə səsləyib.
ABŞ Prezidenti bu yaxınlarda Floridadakı Mar-a-Laqo iqamətgahında NATO baş katibi Mark Rütte ilə görüşüb. Görüşdən sonra alyans hər iki liderin adından birgə bəyanat yayıb.
Bəyanatda Rusiya müharibəni qəsdən və ya bilmədən genişləndirə biləcək istənilən addımdan çəkinməyə çağırılıb. Həmçinin müharibənin mümkün qədər tez sülh yolu ilə nizamlanmasının vacibliyi vurğulanıb.
Donald Tramp isə həmin bəyanatı “Truth Social”da paylaşarkən mətnə “Ukrayna” sözünü də əlavə edib: “Biz həmçinin Rusiya və Ukraynanın müharibəni qəsdən və ya bilmədən genişləndirə biləcək istənilən addımdan çəkinməsinin vacibliyi, eləcə də müharibənin mümkün qədər tez sülh yolu ilə nizamlanmasının əhəmiyyəti barədə uzun müddət danışdıq”.
Bəyanatın NATO-nun saytında dərc olunan versiyası ilə müqayisədə başqa heç bir fərq olmayıb.
Tramp digər paylaşımında Putinlə Çinin Şençjen şəhərində uzun müddət söhbət etdiklərini də bildirib. Nəşr qeyd edib ki, müzakirə mövzularından biri ABŞ Prezidentinin Rusiya liderindən Avropanın müxtəlif ərazilərinə qarşı bütün hərbi təcavüzü dayandırması ilə bağlı istəyi ətrafında olub.
Amerika lideri bunu Rusiya ilə Ukrayna arasında mümkün qədər tez sülh sazişinin əldə olunması üçün vacib hesab etdiyini bildirib. Amma Tramp Avropada konkret hansı hərbi əməliyyatları nəzərdə tutduğunu açıqlamayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 28 Noyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















