Ermənistanda nazir müavininin qətli ilə bağlı Samvel Babayanın keçmiş mühafizəçisi həbs edildi
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanda müdafiə nazirinin müavini Vaqram Xorxoruninin 27 il əvvəl törədilən qətlinin təşkilində ittiham edilən və saxlanılan Sasun Aruşanyan həbs edilib.
Oxu.Az-ın "Sputnik Ermənistan"a istinadən xəbərinə görə, bu barədə ölkənin İstintaq Komitəsindən məlumat verilib.
Məlumata görə, Aruşanyan Qarabağdakı separatçı rejimin keçmiş üzvü Samvel Babayanın təhlükəsizlik xidmətinin rəhbəri olub. Bu işdə icraçı qismində Artur Arakelyan və Hrayr Narimanyanın adı keçir.
Qeyd edək ki, Vaqram Xorxoruni 1998-ci il dekabrın 10-na keçən gecə evinin girişində öldürülüb. Faktla bağlı cinayət işi açılıb, Ermənistan Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 21 İyul 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















