Icma.az
close
up
RU
Ermənistanda rejim dəyişsədə, Azərbaycana qarşı münasibət dəyişməyib Deputat

Ermənistanda rejim dəyişsədə, Azərbaycana qarşı münasibət dəyişməyib Deputat

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə aparmış və Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə beynəlxalq hüquqa zidd olaraq işğal altında saxlamış Ermənistanda hökumətlər dəyişsə də, görünür ki, Ermənistan hökumətinin Azərbaycana qarşı münasibəti dəyişməyib. Ermənistanın Azərbaycana qarşı təxribatçı əməllərinin sübutu kimi onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qalır. Biz hələ ki, bunun dəyişdirilməsi istiqamətində addım atıldığını görmürük. Eyni zamanda defakto mandatını itirmiş MİNSK qrupunun deyure ləğvi istiqamətində də Ermənistan hökuməti addım atmır”.

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, sadəcə olaraq kapitulyasiyaya uğramış Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi ərazi iddialarının metod və vasitələrində modifikasiya edib:

“Hazırda modifikasiya olunmuş forma və vasitələrlə Ermənistan Azərbaycana qarşı öz təxribatçı əməllərini davam etdirir. Avropa İttifaqının “missiya”sını məsələyə cəlb edir, digər dövlətlərlə müdafiə adı altında hücum xarakterli silahlar alır, yaxud da Ermənistan mətbuatında Azərbaycana qarşı təxribat xarakterli yazıların ardı-arası kəsilmir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüququn onun üzərinə qoyduğu prinsipləri dərk etmir, yaxud da dərk edirsə də onu hazırkı vəziyətdə yerinə yetirmək istəmir”.

R.Nəbiyev bildirib ki, dövlətlərin suveren bərabərliyi prinsipi Ermənistan tərəfindən Azərbaycanın daxili işlərinə qarışmağını, qadağan edir, dinc yanaşı yaşamaq prinsipi üçün Ermənistan hökumətinin üzərinə öhdəliklər qoyur:

“Ermənistan isə bir tərəfdən beynəlxalq aləmdə manipulyativ şəkildə sülhlə bağlı mesajlar verir, hətta razılaşdırılmış sülh müqaviləsini məkanından, yerindən asılı olmayaraq imzalamağa hazır olduğunu bəyan edir. Paralel olaraq isə Azərbaycana qarşı sərhəddə bu təxribatları həyata keçirir. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq istənilən vaxt tam və məhdudiyyətsiz şəkildə özünü müdafiə etmək hüququna malikdir. Azərbaycan Respublikası ölkə Prezidentinin düşünülmüş, siyasi, diplomatik strategiyası nəticəsində regionda yeni yaranmış əməkdaşlıq imkanlarını Ermənistana da təklif edir. Bu imkanlardan Ermənistanın da bəhrələnməsi, regional inteqrasiyanın tərkib hissəsi olması imkanlarını təklif edir. Bu seçim Ermənistanın əlindədir. Biz ümid edirik ki, Ermənistan hökuməti bu təxribatçı əməllərə son qoyaraq, beynəlxalq hüququn prinsiplərinə əməl edərək Azərbaycana qarşı təxribatçı əməllərini dayandıracaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Mart 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri