“Ermənistanda siyasi böhran riski artır”
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
“Ermənistanda seçkilərdən sonra yaranan siyasi vəziyyət və müxalifətin nəticələri qəbul etməməsi ölkənin siyasi sistemini yeni sınaq qarşısında qoyub”.
Bu barədə politoloq Tural İsmayılov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, mövcud gərginlik postmüharibə dövründən qalan dərin daxili qütbləşmənin davam etdiyini göstərir:
“Siyasi qüvvələr arasında əsas məsələlər üzrə razılaşmanın əldə olunmaması Ermənistanın siyasi institutları üçün ciddi çağırış yaradır. Müxalifətin “nəticələri tanımırsınızsa, mandatları qəbul etməyin” yanaşması parlamentin gələcək fəaliyyətinə birbaşa təsir edə bilər.
Seçki nəticələrinin tanınmaması fonunda mandatlardan imtina və ya parlament fəaliyyətindən kənarda qalmaq qərarı siyasi böhran riskini artırır. Parlament fərqli siyasi qüvvələrin dialoq platformasıdır və bu platformanın zəifləməsi ölkədə sabitliyə mənfi təsir göstərə bilər”.
O vurğulayıb ki, müxalifətin parlamentdən kənarda qalması siyasi mübarizənin küçə aksiyaları və kütləvi etirazlar müstəvisinə keçməsinə səbəb ola bilər:
“Mandat məsələsi yalnız hüquqi prosedur deyil, həm də Ermənistanın gələcək siyasi mədəniyyəti və daxili sabitliyi baxımından mühüm amildir. Dövlət institutlarının böhranları idarə etmək qabiliyyəti məhz belə dövrlərdə üzə çıxır. Siyasi tərəflər problemlərin həlli üçün qanunun aliliyinə və parlamentar mexanizmlərə üstünlük verməlidir”.
Günel Elxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 18 İyun 2026 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















