Icma.az
close
up
RU
Ermənistanda yeni siyasi böhran gözlənilir Elçin Rüstəmli

Ermənistanda yeni siyasi böhran gözlənilir Elçin Rüstəmli

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Ermənistanda yeni Konstitusiya layihəsinin açıqlanması ölkədə siyasi gərginliyi artırıb. Ermənistanın Ədliyyə Nazirliyinin təqdim etdiyi layihədə Müstəqillik Bəyannaməsinə istinadın yer almaması diqqət çəkib. Bu, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü əsas tələblərdən biridir.

Gununsesi.info xəbər verir ki, jurnalist Elçin Rüstəmlinin sözlərinə görə, yeni Konstitusiyanın qəbulu Ermənistan hakimiyyəti ilə müxalifət arasında ciddi qarşıdurmaya səbəb ola bilər. Çünki tərəflər arasında sənədin məzmunu ilə bağlı ortaq mövqe yoxdur.

Konstitusiya layihəsinin referenduma çıxarılması üçün parlamentdə azı 70 deputatın dəstəyi tələb olunur. Baş nazir Nikol Paşinyanın hakim partiyasının isə 64 mandatı var. Bu isə referendumun keçirilməsi üçün əlavə 6 səsə ehtiyac olduğunu göstərir.

Paşinyan müxalifətə kompromis təklifləri ilə çıxış edib. O, referendumda yeni Konstitusiya qəbul edilməyəcəyi təqdirdə istefa verəcəyini, sənəd xalq tərəfindən dəstəklənərsə, növbəti dəfə baş nazirliyə namizəd olmayacağını bildirib. Həmçinin müxalifətə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və digər dövlət qurumlarında təmsilçilik təklif edib.

Lakin müxalifət bu təklifləri qəbul etmək niyyətində deyil. Onlar yeni Konstitusiya layihəsinin Bakı və Ankaranın diktəsi ilə hazırlandığını iddia edir və sənədin Ermənistanın müstəqilliyinə təhlükə yaratdığını bildirirlər.

Elçin Rüstəmlinin qənaətinə görə, yaranmış vəziyyətdə Paşinyanın qarşısında iki əsas variant var. Birinci variant müxalifətə siyasi və inzibati təzyiqləri artıraraq əlavə 6 deputatın dəstəyini qazanmaqdır. İkinci variant isə növbədənkənar parlament seçkilərinə gedərək parlamentdə ən azı 70 mandat əldə etməyə çalışmaqdır.

Jurnalist ikinci variantın daha real olduğunu düşünür.

Onun fikrincə, Ermənistanda müxalifətə qarşı təzyiqlər güclənə, sülh prosesinə qarşı çıxmaq və milli təhlükəsizliyi təhdid etmək kimi ittihamlar siyasi mübarizənin əsas alətlərinə çevrilə bilər.

Rüstəmli hesab edir ki, 2027-ci il Ermənistan üçün ciddi siyasi hadisələrlə yadda qala bilər.

Rusiya və Avropanın proseslərə mümkün müdaxiləsi isə ölkədə siyasi mübarizəni daha da kəskinləşdirə və regional güclər arasında növbəti qarşıdurmaya səbəb ola bilər.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Noyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see411

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see294

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see286

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see282

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see280

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see279

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see276

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see271

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see268

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see266

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see251

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see248

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see244

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see243

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see243

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see243

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see243

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see241

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see241

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see241
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri