Icma.az
close
up
RU
Ermənistanda siyasi böhran başladı

Ermənistanda siyasi böhran başladı

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Güclü Ermənistan” Partiyası Mərkəzi Seçki Komissiyasına parlament seçkilərinin nəticələrinin ləğv edilməsi tələbi ilə müraciət edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Güclü Ermənistan” Partiyasının sədri Samvel Karapetyanın qardaşı oğlu, adıçəkilən təşkilatın Şura üzvü Narek Karapetyan açıqlama verib. “Biz Ermənistanda “Vətəndaş Müqaviləsi”nin qanadlarını kəsməliyik. 

Hazırkı vəziyyətdə “Vətəndaş Müqaviləsi” artıq ən zəif qüvvədir, səslərin 50 faizi ilə çoxluğunu itirib və konstitusiyanı dəyişdirə bilmir. Amma nəticələrin nəzərdən keçirilməsini təmin etmək üçün daha da irəli gedəcəyik”,- Narek Karapetyan belə deyib. 

Qeyd edək ki, seçkilərin ilkin nəticələrinə görə, “Güclü Ermənistan” bloku iyunun 7-də keçirilmiş səsvermə zamanı 23,8 faiz səs toplayıb və parlamentdə 29 deputat yeri qazanıb. Lakin Narek Karapetyanın açıqlaması göstərir ki, “Güclü Ermənistan” nəticələrlə razılaşmır və seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edir. 

Ona görə də adıçəkilən siyasi qüvvə nəticələrin ləğvini tələb edir. Bu isə Ermənistanda yeni parlament seçkilərinin keçirilməsi deməkdir. “Güclü Ermənistan” Partiyasının bu tələbi seçkilərin nəticələrini şübhə altına alaraq Konstitusiya Məhkəməsinə müraciət edən eks-prezident Robert Köçəryanın “Ermənistan” blokunun da müraqlarına cavab verir. 

4 faizlik barajı keçə biımədiyinə görə mandat qazana bilməyən “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Tsarukyan da səslərin düzgün sayılmadığını və məqsədyönlü şəkildə azaldıldığını deyir. 

Ona görə də Tsarukyan mübarizəni məhkəmə müstəvisində davam etdirəcəyini bəyan edib. Əgər Samvel Karapetyanın və Robert Köçəryanın liderlik etdiyi siyasi qüvvələr seçkilərin ləğvində axıra qədər israr etsələr parlamenti boykot etməli olacaqlar. Bu, eyni zamanda, Qagik Tsarukyanın əlini gücləndirə bilər. 

Yəni 7 iyun seçkilərinə pərakəndə gedən müxalifət nəticələrin ləğvi məsələsində vahid mövqedən çıxış etmək imkanı qazanmış olar. Lakin müxalifətin seçkilərin nəticələrini tanımamaqla bağlı addımlarının daha çox Rusiyanın siyasi sifarişi əsasında həyata keçirildiyini görmək çətin deyil. 

Çünki rəsmi Moskva Ermənistanda seçkilərin nəticələrini şübhə altına alaraq Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsini tanımaq istəmir. Lakin Nikol Paşinyan hökumətinin “Güclü Ermənistan” Partiyasının tələbləri ilə razılaşacağı inandırıcı görünmür. 

Hətta hakimiyyət saxtalaşdırmanın müxalifətin xeyrinə baş verdiyini və “Vətəndaş Müqaviləsi”nin səslərinin müxalifətin xeyrinə yazıldığını bildirib. Səslərin yenidən sayılması nəticəsində hakim partiya 950 əlavə səs də qazanıb. İyunun 9-10 səslərin yenidən sayılması və seçki şikayətlərinə yenidən baxılması ilə bağlı MSK-ya və məhkəmə orqanlarına müraciət prosedurlarının mövcudluğu Nikol Paşinyan iqtidarına müxalifətin tələblərindən imtina etmək üçün əsas yaradır. 

Ermənistan Seçki Məcəlləsinə görə, səsvermənin nəticələrinin ləğvi barədə qərarı MSK çıxarır. Pozuntuların aradan qaldırılması mümkün olmadıqda və Seçki Məcəlləsinin tələblərinə təsir göstərdikdə MSK seçkilərin nəticələrini etibarsız hesab edir. 

Bu halda 7 gün ərzində yeni səsvermə keçirilir. Lakin Ermənistan MSK-nın və beynəlxalq müşahidəçilərin seçkilərlə bağlı rəyi müsbət olub. Buna baxmayaraq, müxalifət mandatlardan imtina edərsə, növbədənkənar seçkilər qaçılmaz olacaq. 

Müxalifətin növbəti taktikası etirazı küçə və meydanlara daşımaq, kütləvi aksiyalara bağlamaqdan ibarət ola bilər. Yəni Moskvanın göstərişi ilə müxalifət parlamentin fəaliyyətini “iflic” etmək və güclü etiraz aksiyaları keçirməklə Nikol Paşinyanın istefası məsələsini gündəmə gətirməyə çalışır. Bu da öz növbəsində Ermənistanda siyasi böhrana səbəb ola bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: seçki Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 İyun 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri