Ermənistanda Sülh körpüsü təşəbbüsü çərçivəsində görüş keçirilib
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın Dilican şəhərində 26-27 noyabr 2026-cı il tarixlərində "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirak etdiyi ikitərəfli dəyirmi masa müzakirəsi baş tutub.
Görüş hər iki ölkənin qeyri-hökumət təşkilatlarının, media və analitik/ekspert dairələrinin 60-a yaxın nümayəndəsini bir araya gətirib.
Bu, "Sülh körpüsü" təşəbbüsü çərçivəsində keçirilən 5-ci görüş olub.
İki gün ərzində bir sıra görüşlər və müzakirələr keçirilib. İştirakçılar 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan və Ermənistan arasında sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması imkanlarını, eləcə də iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması üzrə mümkün tədbirləri müzakirə ediblər.
İştirakçılar dayanıqlı iqtisadi əməkdaşlığın perspektivləri, Cənubi Qafqazda ticarət marşrutlarının və nəqliyyat əlaqələrinin inkişafı, eləcə də humanitar məsələlər barədə fikir mübadiləsi aparıblar. Gündəliyə gənclərlə iş, təhsil və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa uzunmüddətli əlaqələrin qurulması məsələləri də daxil edilib.
"Sülh körpüsü" təşəbbüsünün 5-ci dəyirmi masasının iştirakçıları Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşüblər. Görüşlər zamanı iştirakçılar rəsmi şəxslərə suallar verə bilib, daha sonra isə səsləndirilən fikir və mülahizələri müzakirə ediblər.
Müzakirələr həmçinin komitələrdə də aparılıb. Onların hər birində iştirakçılar mövcud problemləri müzakirə edib və əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanları araşdırıblar.
///report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 27 Noyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















