Ermənistanda xüsusi təyinatlılar II Qareginin iqamətgahına daxil oldu Video Yenilənib
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin maskalı xüsusi təyinatlıları erməni kilsəsinin rəhbəri II Qareginin iqamətgahına daxil olub.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, II Qaregin özü onların qarşısına çıxıb.
Bu zaman təhlükəsizlik qüvvələri ilə din xadimləri arasında gərginlik yaşanıb. II Qaregin ruhaniləri sakitləşdirmək məqsədilə kafedraldan çıxıb. Bundan sonra polislər onu mühasirəyə alıblar.
Hazırda tərəflər arasında müzakirə aparılır.
Jurnalistlər hadisə yerindən uzaqlaşdırılıb və ərazi mühasirəyə alınıb. Vəziyyət gərgin olaraq qalır.
***
Şirak yeparxiyasının baş arxiyepiskopu Mikael Ajapahyanı aparmağa gələn təhlükəsizlik qüvvələri ilə ruhanilər arasındakı gərginlik davam edir.
Son məlumata görə, etirazçılar hüquq-mühafizə orqanlarının M. Ajapahyanı aparmalarına imkan verməyiblər.
O, II Qareginlə bərabər patriarxlığa qayıdıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 27 İyun 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















