Icma.az
close
up
RU
Ermənistandakı türklərin təhlükəsizliyi bu cür qoruna bilər YENİ SSENARİ KONKRET

Ermənistandakı türklərin təhlükəsizliyi bu cür qoruna bilər YENİ SSENARİ KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İrəvanda “Qarabağ” mahnısını oxuyan azərbaycanlıları paylaşan Qərib Babayanın həbsi geniş ajiotaj doğurub. Bəzi erməni analitiklər bunun çox təhlükəli tendensiyaya çevriləcəyini və İrəvan üçün bir sıra fəsadlar yaradacağını açıqlayırlar. Bu fəsadlardan biri kimi, ölkədə olan türklərin təhlükəsizliyini qorumaq üçün Türkiyə-Azərbaycan müşahidə qüvvələrinin Ermənistanda yerləşdiriləcəyini göstərirlər. Bəs görəsən, bu ehtimalın baş verməsi mümkündürmü? Türkiyə-Azərbaycan müşahidə qüvvələri Ermənistanda hansı formada yerləşdirilə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, İrəvanda “Qarabağ” və ya digər Azərbaycan mahnılarının küçədə, ictimaiyyət qarşısında oxunması ermənilər arasında geniş əks-səda doğurub.

“Əlbəttə, bunun səbəbi məlumdur. Erməni cəmiyyətinin mahnılar vastəsi ilə Azərbaycan tərəfinə yönəlməsi bu gün oradakı konservativ və Azərbaycanla münasibətləri gərgin vəziyyətdə saxlamaq istəyənlərin hiddətinə səbəb olub. Amma Azərbaycan mahnısını oxuyanların həbsxanalara atılması ilə getdikcə genişlənməkdə olan bu tendensiyanın qarşısını almaq mümkün deyil. Çünki ermənilər tarix boyu Azərbaycan mahnılarını oxuyublar. İndi də taksilərdə və evlərdə bu mahnılara qulaq asılır. Bu gün ermənilərin Azərbaycan mahnılarına sahib çıxmalarının bir səbəbi də bəlkə bu mahnıların orjinaldan oxunmasına qoyulan qadağadır.”

Politoloq Türkiyə-Azərbaycan müşahidə missiyasının Ermənistanda yerləşdiriləcəyi ilə bağlı ehtimallara belə aydınlıq gətirib:

“Ermənistana səfər edəcək Azərbaycan və Türkiyə vətəndaşlarının sayı artdıqca onların təhlükəsizliyinin təmin olunması məsələsi ortalığa çıxacaq. Əlbəttə ki, Azərbaycan və Türkiyə öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün ciddi tədbirlər görmək haqqında qərar qəbul edə bilər. Bu tədbirlər sırasında Türkiyə-Azərbaycan müşahidə missiyasının Ermənistanda yerləşdirilməsinin olması da mümkündür. Amma hesab edirəm ki, qarşılıqlı formada olarsa, bu tədbir daha asan həyata keçirilə bilər. Əks halda Erməni hakimiyyəti və ictimaiyyəti uzun müddət Türkiyə-Azərbaycan müşahidə missiyasını qəbul etməməkdə israrlı olacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Fevral 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see269

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see139

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see132

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see125

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see121

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see119

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see119

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see118

Neymar və het trik

04 Dekabr 2025 09:17see118

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri