Ermənistandan COP29 üçün kim müraciət edib? MİRZOYAN
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan Azərbaycanda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün rəsmi ərizə təqdim etməyib.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün heç bir Ermənistan rəsmisi müraciət etməyib və qeydiyyatdan keçməyib”, – Mirzoyan bildirib.
O, COP29-da iştirak üçün vətəndaş cəmiyyəti təşkilatlarının ərizə ilə müraciət edə biləcəyini istisna etməyib:
“Yayılan məlumatda bu nəzərdə tuturlarsa, mümkündür. Bilirsiniz ki, Ermənistan azad, demokratik ölkədir. Ermənistan hökumətinin isə vətəndaş cəmiyyəti təşkilatlarını istiqamətləndirmək və idarə etmək üçün nə istəyi, nə də rıçaqları var”.
Qeyd edək ki, COP29-da iştirak etmək üçün Ermənistan nümayəndə heyətinin qeydiyyatdan keçdiyi haqda məlumat yayılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 13 Noyabr 2024 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















