Icma.az
close
up
RU
Ermənistandan müharibə həmləsi: general tapşırıq verdi Ordumuz Suriya planı na keçə bilər

Ermənistandan müharibə həmləsi: general tapşırıq verdi Ordumuz Suriya planı na keçə bilər

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlərdə Ermənistan mediasında Azərbaycanla şərti sərhəddə vəziyyətin gərginləşdiyi ilə bağlı xəbərlər yayılır. Ermənistandakı “müstəqil mənbələr” atışma hallarının artdığını və silahlı qüvvələrin döyüş hazırlığı vəziyyətinə gətirildiyi barədə məlumat yayıb. Ermənistan tərəfi şərti sərhəddə hərbi aktivliyi artırmaqla yanaşı, siyasi və informasiya təxribatlarını da intensivləşdirib.

Bu baxımdan aprelin 5-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilməsi və Ordunun istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə göstəriş diqqət çəkir.

Ermənistan növbəti eskalasiyaya hazırlaşır? Rəsmi İrəvanın ikinci Aprel döyüşlərinə başlamaq istəməsinin pərdəarxasında nə dayanır?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, şərti sərhəddəki təxribatların intensivləşməsi və orduya hazırlıqla bağlı göstərişlərin verilməsi Ermənistanın bu addımları planlı şəkildə həyata keçirdiyini göstərir:

“Gərginliyi artırmaqda rəsmi İrəvanın bir neçə məqsədi var.

İlk növbədə sülh müqaviləsinin mətni razılaşdırıldıqdan sonra Azərbaycanın tələbləri yerinə yetirilməlidir. Konstitusiya dəyişikliyinin həyata keçirilməsi, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciətin edilməsi əvəzinə Ermənistandan fərqli yanaşmanın şahidi oluruq. İrəvan hazırkı durumda rəsmi Bakıdan yarımçıq bir sənədin imzalanmasını istəyir. Sadalanan məsələləri sonraya saxlamaqla qeyri-müəyyən vaxta qədər tam normallaşma prosesini uzatmağa çalışır.

Son bir neçə ildə Ukrayna və Yaxın Şərqdə baş verən hadisələr fonunda Cənubi Qafqazdakı proseslər nisbətən arxa plana keçib. Ermənistan yenidən diqqəti bölgəyə çəkmək, Azərbaycan üzərində təzyiqlər vasitəsilə özünün istədiyi şərtlər daxilində sənəd imzalanmasını istəyir. Əsas niyyətlərdən biri də Bakıya təzyiqlərin artırılması müqabilində yarımçıq sənədin imzalanmasıdır”.

Oqtay Qasımov

Politoloq Ermənistanın yanlış hesablamalar apardığını düşünür:

“Azərbaycan Ermənistanın bu qeyri-konstruktiv davranışlarına, o cümlədən mümkün təzyiqlərə müqavimət göstərib, öz maraqlarını təmin edəcək. Bir neçə ildir intensiv silahlanan Ermənistanın şərti sərhədlərdə istehkamlar, tunellər, bunkerlər, hərbi hissələr və hücum xarakterli mövqelər inşa etməklə ordunun döyüş qabiliyyətini yüksəltmək, eyni zamanda Azərbaycanın şərti sərhəddə hər hansı ərazisinə hücum edərək uğur qazanmaq əsas hədəflərindəndir. Beləliklə, Ermənistan daxilində və orduda mövcud olan ruh düşkünlüyünü aradan qaldırmağa nail olacaqlarını düşünürlər. Bu cür təxribatlar hesabına digər ölkələrdən alınan silahları da sınaqdan keçirmiş olurlar.

Aprel ayında kiçikmiqyaslı toqquşmaların, hərbi əməliyyatların olması mümkündür. Keçən ay “Caliber.az” saytı Ermənistanın aprel ayında təxribatlar törədərək Azərbaycana qarşı irimiqyaslı hərbi əməliyyatlara başlayacağı barədə xəbər yaymışdı. Bu ehtimallar kifayət qədər realdır”.

Hərbi ekspert Emin Həsənli deyib Ermənistana heç vaxt etibar etmək olmaz:

“Çünki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. 1905-ci ildən başlayan qarşıdurmalar – Çar Rusiyası dövrü, SSRİ dönəmi və son 30 ildən artıq davam edən münaqişə müddətində Ermənistan atəşkəs rejiminə heç vaxt əməl etməyib. Onu yalnız “dəmir yumruq”la başa salmaq mümkündür.

Atəşkəsin pozulmasının bir neçə səbəbi var. Ermənistan müstəqil siyasət yürüdə bilən dövlət deyil – o, Fransa, Avropa və ABŞ-dan asılı vəziyyətdədir. Həmin ölkələr dünyanın bir çox yerində, o cümlədən Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlı deyillər. Məhz buna görə də Ermənistan atəşkəsi məqsədli şəkildə pozur.

Emin Həsənli

Əvvəllər Rusiyadan tam asılı olan İrəvan indi mövqeyini qismən dəyişib. Hazırda qeyd olunan dövlətlərin maraqları çərçivəsində hərəkət edir. Ermənistanın baş naziri Nikol Paşinyan isə cəmiyyətdə qorxu və gərginliyin artmasında maraqlıdır. Müharibə nəticəsində böyük canlı qüvvə itirən erməni xalqı yeni müharibənin başlanmasını istəmir, bundan ehtiyatlanır.

Ermənistan rəsmi Bakının şərtlərini qəbul etməsə, təxribatlara davam etsə, vəziyyət onun üçün daha da ağır olacaq. Belə olan halda Azərbaycan qardaş Türkiyənin Suriyada yaratdığı bufer zona modelinə bənzər şəkildə, vaxtilə Azərbaycanın ərazisi olmuş Qərbi Azərbaycanda – Qazaxdan Naxçıvana qədər uzanan ərazidə təhlükəsizlik zolağı yarada bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Aprel 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri