Almaniya məhkəməsində İLK: İqlim fəalları yarım milyard avroya yaxın cərimələndi
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hamburq Dairə Məhkəməsi "Son Nəsil" radikal iqlim hərəkatının fəallarının "Lufthansa" aviaşirkətinə 400 min avrodan artıq təzminat ödəməsinə dair qərar çıxarıb.
Moderator.az bu barədə "Bild" qəzetinə istinadən xəbər verir.
Ümumi təzminatın məbləği 403 138 avro təşkil edir. Fəallar ödənişi yerinə yetirmədikdə, onları iki ilədək həbs cəzası gözləyir. Üstəlik, onlar təxminən 700 min avroluq məhkəmə xərclərini də ödəməlidirlər.
Nəşr qeyd edir ki, Almaniyada məhkəmə ilk dəfə olaraq bu qədər böyük məbləğdə təzminat ödənilməsini fəalların öhdələrinə qoyur.
Xatırladaq ki, 2023-cü il iyulun 13-də 10 fəal Hamburq hava limanının ərazisinə daxil olaraq, onun fəaliyyətinin dayanmasına səbəb olmuş, təkcə "Lufthansa" şirkəti həmin gün 57 uçuşu ləğv etmişdi.
Baxış sayı:72
Bu xəbər 26 Noyabr 2025 01:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















