Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Vüsal İsgəndərlidən cari mövsümdə 4 cü qol

Gədəbəydə 62 yaşlı kişi silahla evində öldürüldü

Qızılın SON qiyməti

Ermənistanı fəlakətə sürükləmiş cani “xilaskar” cildində

Ermənistanı fəlakətə sürükləmiş cani “xilaskar” cildində

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məğlubların qisas cəhdi cəmiyyətdə müharibə vahiməsi yaradıb

Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun hazırda baş nazir postuna namizədi Robert Koçaryan mayın 13-də Şirak vilayətinin Artik şəhərinin sakinləri ilə görüşdə bildirib ki, Baş nazir Nikol Paşinyanın təqdim etdiyi sülh yalnız qarşı tərəf, yəni Azərbaycan üçün sərfəli olduğu vaxta qədər davam edəcək. Paşinyanın 2018-ci ildə verdiyi vədlərin heç birini yerinə yetirmədiyini deyən Koçaryanın sözlərinə görə, verilən vədlərin qarşılığı müharibə, itkilər və insan faciələri olub.

“Vəziyyət o qədər absurddur ki, daha məntiq çərçivəsinə sığmır. Hakimiyyət bütün məsuliyyəti keçmiş rəhbərlərin və başqa şəxslərin üzərinə atmağa çalışır, lakin o özü – Paşinyan günahkar deyil. Siz bu yolla getməyə hazırsınızmı? Mən hazır deyiləm. Bizim komandamız mübarizəyə qoşulub və verdiyimiz vədlərin hamısını yerinə yetirmişik”. Daha sonra eks-prezident xatırladıb ki, 2021-ci ildə İrəvandakı Fransa meydanında keçirilən etiraz aksiyaları baş nazirin Qarabağ məsələsində güzəşt zərurətindən danışmasından sonra başlayıb. Koçaryanın sözlərinə görə, onlar prosesin hansı nəticələrə gətirib çıxaracağını anlayaraq mübarizəyə başlayıblar, lakin kifayət qədər dəstək ala bilməyiblər: “Daha sonra o getdi (Koçaryan bunu deyərkən Ermənistan və Azərbaycan liderlərinin 2022-ci il oktyabrın 6-da Praqada “Avropa Siyasi Birliyi”nin ilk sammiti çərçivəsində keçirilmiş görüş zamanı Alma-Ata Bəyannaməsi əsasında qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyünü tanımasını nəzərdə tutur–S.H.) və “Dağlıq Qarabağı” Azərbaycanın tərkib hissəsi kimi tanıdı. Bununla da yeni geriçəkilmə mərhələsi başladı. Əgər Paşinyan 2026-cı ildə yenidən seçilərsə, artıq Sünik məsələsi sual altında olacaq. Onların danışdığı sülh əsl sülh deyil, zəmanətlər olmadan bu vəziyyət yalnız qarşı tərəf üçün sərfəli olduğu müddətcə davam edəcək. Biz bununla razılaşa bilmərik və ümid edirik ki, xalq da üçüncü belə mərhələ ilə razılaşmayacaq və kiminlə üz-üzə olduğunu anlayacaq”. Onun sözlərinə görə, əgər insanlarda qürur hissi və övladlarının gələcəyi ilə bağlı narahatlıq varsa, Paşinyanın qarşısını almaq lazımdır.

* * *

Qarabağdakı etnik separatizm ocağını körükləyənlərdən biri, haqlı olaraq, Xocalı cəlladı adlandırılan R.Koçaryanın seçkiqabağı təşviqat kampaniyası çərçivəsində etdiyi bu çıxışı Ermənistan daxilində uzun illərdir davam edən siyasi qarşıdurmanın növbəti təzahürü kimi qiymətləndirilə bilər. Onun nitqində əsas xətt hakimiyyətin təhlükəsizlik siyasətini tənqid etmək və cəmiyyətdə qorxu atmosferi yaratmaq üzərində qurulub. Bununla belə, səsləndirilən ittihamların böyük hissəsi emosional siyasi ritorika xarakteri daşıyır və konkret faktlarla əsaslandırılmır.

Heç kəsə sirr deyil ki, Koçaryan Ermənistan siyasətində keçmişin qalıqlarından biri hesab olunur. O, 1998-ci ildə ölkənin birinci prezidenti Levon Ter-Petrosyanı istefaya məcbur edib Ermənistanda hakimiyyəti qəsb etdikdən sonra onu 10 il öz əlində saxladı. Sonra isə əlaltısı, Qarabağ klanının digər üzvü Serj Sarkisyana təhvil verdi. Onların 20 illik idarəçiliyi korrupsiya, oliqarxiya sistemi, iqtisadi monopoliyalar və sosial bərabərsizliklə yadda qalıb. Ermənistan cəmiyyətində onun hakimiyyəti illəri azad rəqabətin məhdudlaşdırılması, siyasi repressiyalar və iqtisadi resursların dar çevrələrin nəzarətinə keçməsi ilə assosiasiya edilir. Yada salmaq yerinə düşər ki, məhz həmin dövrdə Ermənistanın bir sıra iri sənaye müəssisələri müxtəlif sxemlərlə forpostuna çevirdikləri dövlətin nəzarətinə keçmişdi. “Hrazdan” istilik elektrik, “Metsamor” atom elektrik stansiyalarının, ölkənin elektronika sahəsində ən böyük sənaye müəssisələrindən biri olan “Mars” zavodunun, Ermənistan Elektrik Şəbəkəsinin, Ermənistan Dəmir Yollarının, “ArmRosQazprom” şirkətinin, “Alaverdi” metallurgiya kompleksinin, Zəngəzur mis-molibden kombinatının və digər strateji müəssisələrin 2001-ci ildə Ermənistanın Rusiyaya olan dövlət borcunu ödəmək üçün hökumətlərarası “Borc üçün əmlak” müqaviləsi çərçivəsində Rusiyaya təhvil verilməsi iqtisadçılar tərəfindən böyük səhv hesab olunur. Bu məsələ ölkənin iqtisadi müstəqilliyi ilə bağlı ciddi müzakirələr yaradıb və Ermənistan daxilində tez-tez dövlət maraqlarının zəiflədilməsi kimi qiymətləndirilir.

Koçaryanın siyasi bioqrafiyasının ən qara səhifələrindən biri isə 2008-ci il martın 1-də baş verən hadisələr hesab olunur. Həmin dövrdə seçkinin nəticələrinə din etirazlarının güc yolu ilə dağıdılması nəticəsində 10-dan çox insanın ölümü ilə nəticələnən hadisələr Ermənistan tarixində dərin iz buraxıb. Bu məsələ illər boyu həm beynəlxalq təşkilatlar, həm də Ermənistan daxilində hüquqi və siyasi müzakirələrin predmetinə çevrilib. Yeri gəlmişkən, mayın 14-də jurnalistlər üçün brifinq keçirən N.Paşinyan 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı bütün faktların mövcud olduğunu bildirib və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb. Baş nazir deyib: “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var və həmin qərarda açıq şəkildə göstərilir ki, 2008-ci il 1 mart hadisələri dövlət tərəfindən təşkil olunub. Buna müvafiq reaksiya verilməlidir”. Paşinyanın sözlərinə görə, cəmiyyətdə bu iş üzrə təqsirkarların cəzalandırılması ilə bağlı ciddi gözlənti mövcuddur: “İnsanlar məndən cavab tələb edir və cəmiyyətdə belə təəssürat yaranır ki, guya mən hansısa pərdəarxası razılaşmalar səbəbindən Robert Koçaryan və Qaqik Sarukyana qarşı yumşaq mövqe sərgiləyirəm. Mən isə deyirəm ki, ədalət bərqərar olmalıdır”.

Belə bir siyasi keçmişə malik şəxsin bu gün yenidən cəmiyyət qarşısında xilaskar obrazında çıxış etməsi Ermənistan daxilində birmənalı qarşılanmır. Ermənistanla az-çox maraqlanan analitiklər hesab edirlər ki, ölkənin mövcud problemlərinin təməli məhz əvvəlki hakimiyyətlər dövründə qoyulub. Bu səbəbdən Koçaryanın bugünkü ittihamları bir çox hallarda ictimaiyyət tərəfindən siyasi revanş cəhdi kimi qəbul edilir. Ermənistan cəmiyyətində yeni siyasi yanaşmalar, daha şəffaf idarəçilik və gələcəyə hesablanan proqramlara ehtiyac olduğu barədə fikirlər geniş yayılıb. Keçmiş hakimiyyət nümayəndələrinin yenidən eyni ritorika ilə gündəmə qayıtması isə ölkədə siyasi böhranın davam etdiyini göstərən amillərdən biri kimi qiymətləndirilir.

Onu da bildirək ki, Koçaryanın Paşinyanı gözdən salmaq, özünü isə necə deyərlər, təmizə çıxarmaq üçün etdiyi bütün cəhdlərə baxmayaraq, onun reytinqi aşağı olaraq qalır. Məsələn, “Respublika naminə” partiyasının sədr müavini Ruben Mehrabyan parlament seçkilərində hakim “Mülki müqavilə” partiyasının uğur qazanacağını, Koçaryan blokunun isə fiaskoya uğrayacağını proqnozlaşdırır. Mehrabyan deyib ki, ümumiyyətlə, R.Koçaryan haqqında danışmağa dəyməz: “Çünki o, nəinki deputat mandatına layiq deyil, ümumiyyətlə, bugünkü Ermənistanda yaşamağa belə layiq deyil, onu harasa, məsələn, Rusiyaya göndərmək lazımdır”.

Bununla belə, Mehrabyan qeyd edib ki, seçkiqabağı kampaniya çox dinamik prosesdir və iyunun 7-dək siyasi mənzərənin necə dəyişəcəyini dəqiq söyləmək mümkün deyil: “Biz yalnız sosioloqların istifadə etdiyi yanaşma ilə danışa bilərik: əgər seçkilər yaxın günlərdə keçirilsəydi, insanlar necə səs verərdilər? Mən bir neçə sorğu ilə tanış olmuşam. Bəli, şübhəsiz ki, hazırda lider mövqedə “Mülki müqavilə” dayanır. Samvel Karapetyanın partiyası (“Güclü Ermənistan”), Qaqik Sarukyanın partiyası (“Çiçəklənən Ermənistan”) da keçir. Bir sıra partiyalar isə keçid həddinin sərhədindədir və onların parlamentə düşüb-düşməyəcəyi hələ dəqiq deyil. Elə partiyalar da var ki, ümumiyyətlə, keçməyəcək. Məsələn, Koçaryanın rəhbərlik etdiyi siyasi qüvvə blok formatındadır və bu o deməkdir ki, onlar üçün keçid baryeri 4 deyil, 8 faizdir. Məncə, bu amil onun iyunun 7-də parlamentə düşmək şanslarını ciddi şəkildə azaldır. Amma bu, seçici meyillərinin dinamikası ilə bağlı şəxsi qənaətimdir”.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see403

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see226

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see209

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see206

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see205

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see201

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see194

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see194

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see193

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see184

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see182

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see180

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see177

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see177

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see176

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see176

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see171

Vüsal İsgəndərlidən cari mövsümdə 4 cü qol

15 Sentyabr 2026 01:29see165

Gədəbəydə 62 yaşlı kişi silahla evində öldürüldü

15 Sentyabr 2026 00:01see159

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri