Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Ölümdən sonra insanı nə gözləyir?

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Ötən onilliklərin solmayan kinolentləri

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Xilaskar

Xilaskar

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

(əvvəli https://xalqqazeti.az/az/siyaset/206383-xilaskar )

Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrək ölkədə siyasi qarşıdurmanı, xaosu aradan qaldırdı, vətəndaşların əmin-amanlığını və təhlükəsizliyini təmin etdi. Bunun ardınca ölkədə iqtisadi, sosial və mədəni inkişafa yeni nəfəs gətirdi.

Azərbaycan dili Heydər Əliyevin xüsusi diqqət mərkəzində idi. O, qəti əmin idi ki, “hər bir xalqı ana dili yaşadır”. Ümummilli lider hələ 1978-ci il Konstitusiyasında hüquqi cəhətdən Azərbaycan dilinin dövlət dili statusu almasına nail olmuşdu. O zaman belə bir addım qəhrəmanlığa bərabər idi.

Ulu öndər həmişə milli mənəvi-mədəni dəyərlərin qorunub saxlanması uğrunda mübarizə aparmış, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə inteqrasiya yolu ilə zənginləşməsi üçün əlindən gələni edirdi.

Heydər Əliyev milli dövlətçiliyin ideoloji əsasını təşkil edən azərbaycançılıq məfkurəsini formalaşdırıb həyata keçirdi. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların həmrəyliyinə möhkəm zəmin yaratdı. Uzun illər Azərbaycan ziyalısının şüurunu həyəcanlandıran milli dirçəliş Ümummilli liderin sayəsində elmdən, sosiologiyadan, fəlsəfədən əməli müstəviyə keçərək dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Məhz bunun nəticəsində Azərbaycanın dövlətçilik ənənələrinin bərpası və zənginləşdirilməsi, müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun sürətlə artması mümkün oldu.

Tam məsuliyyətlə deyə bilərik ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasının - dövrün diktəsini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq məfkurəsi məhz Ulu öndərin dövründə siyasi-ideoloji məzmun kəsb edərək doktrinaya çevrildi, dövlət ideologiyası səviyyəsinə yüksəldi.

Politoloqlar, jurnalistlər bəzən Ulu öndəri “güc sahibi” adlandırırdılar. Cavabında Heydər Əliyev gülümsəyərək deyirdi ki, hakimiyyətin yalnız bir mənbəyi var – Xalq. Onun siyasətçi məharətinin sirlərini təkcə xalqına inamında deyil, həm də insanların ümidinin canlı təcəssümündə axtarmaq lazımdır.

Ümumbəşəri məhəbbəti qazanmaq üçün təkcə yaxşı siyasətçi olmaq kifayət deyil, həm də universal insani keyfiyyətlərə malik olmaq lazımdır. “Böyük siyasət xırda hisslərə, maraqlara tabe edilə bilməz” – deyən Heydər Əliyev buna əmin idi.

Bu məqamda müasir İtaliyanın qurucularından sayılan qraf Kamillo Kavurun sözünü xatırlatmaq yerinə düşər: “İtaliyanı biz yaratdıq, indi isə vəzifəmiz italyanları yaratmaqdır”.

Heydər Əliyevin Azərbaycan və xalqı qarşısındakı xidmətləri əvəzsiz və danılmazdır. Ümummilli liderinə sonsuz məhəbbətlərini ifadə edən azərbaycanlılar onu özlərinin Xilaskarı, “Millətin atası” adlandırırlar. O, Vətənini çox bəlalardan xilas etdi. Onun bütün həyatı, doğrudan da, böyük xilaskarlıq missiyası idi. O, Azərbaycan xalqını birləşdirdi ideal mənəviyyat zirvəsinə qaldırdı.

Ulu öndər xaricdə yaşayan azərbaycanlıların həmrəyliyini, bir-birinə dəstək olmasını milli adət-ənənələrə riayət etmələrini istəyirdi. Heydər Əliyevin fikrincə, azərbaycançılıq “öz milli kimliyini, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onları sintez edərək zənginləşdirmək, ümumbəşəri dəyərlərə inteqrasiya etmək, o cümlədən hər bir insanın inkişafına nail olmaq deməkdir”.

Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixli xalqa müraciətində böyük inam hissi ilə bildirmişdir ki, “mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri siz tamamlaya biləcəksiniz”.

Ulu öndər bu sözləri deyəndə yəqin ki, ilk növbədə Qarabağ probleminin həllini nəzərdə tutulurdu. 30 il davam edən işğala son qoyulması möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mümkün oldu.

2000-ci ilin sentyabrında Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alarkən professorlardan biri söhbət zamanı bildirdi ki, Azərbaycan hər cəhətdən geridə qalmış ölkədir. Mədəniyyəti zəif, demokratiya yox... Sumqayıt hadisələrində ermənilərə qarşı vəhşiliklər törədilib və sair. Mən ondan soruşdum ki, “Azərbaycanda olmusunuzmu?” – Dedi ki, “yox”. Növbəti mühazirəsi zamanı Heydər Əliyevin son 7 illik fəaliyyəti zamanı faktlarla təsdiqlənən Azərbaycan reallıqlarını əks etdirən məqaləmi həmin professora təqdim etdim. Növbəti həftədə mühazirəsindən sonra mənə yaxınlaşaraq bildirdi ki, “Siz mənim səhv mövqeyimi düzəltdiniz, məni tərbiyə etdiniz. Sizin materialı vermişəm “Poitika i kultura” jurnalına, orada dərc olunacaq. Get redaktorla görüş, əlavələrin varsa, elə...”. Beləliklə mənim “Millət atası. Nə üçün Azərbaycan xalqı Heydər Əliyevdən xahiş etdi ki, məsuliyyəti öz üzərinə götürsün?” başlığı ilə 2000-ci il sentyabrın 5-dən 11-dək həmin jurnalda dərc edildi.

Bu məqalə həmin ilin sentyabrında Azərbaycanın “Xalq qəzeti”, “Azərbaycan”, “Бакински pабочи” və digər qəzetlərində məqaləm tərcümə olunaraq dərc edildi.

2001-ci ilin iyulunda GUAM-ın Yalta sammitində Heydər Əliyevlə görüşəndə mən diasporun fəal üzvü, “Xalq qəzeti”nin jurnalisti və Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının dinləyicisi idim. Üzünü mənə tutub “Bütün bərdəlilərə salam!” - dedi.

Heydər Əliyev fəaliyyətinin bütün sahələrində Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsinin təmin edilməsi prinsiplərinə əsaslanırdı. O, hakimiyyətə gəldiyi ilk vaxtdan fəaliyyətinin sonuna kimi güclü, müstəqil, hüquqi dövlət quruculuğu üzərində titanik enerji ilə çalışdı.

“Müstəqillik yolundan çətin yol yoxdur” – deyən Ulu öndər başa düşürdü və bununla belə, o, xalqını bu yolda inamla aparır, cəmiyyətin sosial, iqtisadi, mədəni və ideoloji sahələrini inkişaf etdirir, eyni zamanda, xarici siyasət məsələlərini həll edir.

Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin Direktorlar Şurası 1999-cu ildə sülhsevər siyasətinə və demokratiyanın inkişafında böyük xidmətlərinə görə Heydər Əliyevi “XX əsrin görkəmli xadimi” adına layiq görüb .

Ulu öndər son dərəcə çətin bir dövrdə xalqının xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi. Müstəqilliyin və müasir Azərbaycanın formalaşması yolunu xalqı ilə birlikdə, çiyin-çiyinə keçdi.

Anadangəlmə fitri istedad, siyasi iradə və liderlik xarizması Heydər Əliyev xarakterinin əsas cizgiləri idi. Təbiət Ulu öndərə həssaslıq, qayğıkeşlik kimi yüksək insani keyfiyyətlələ yanaşı, həm də incə zövq bəxş etmişdi. O, müasir Azərbaycanı dahi strateq olaraq zərgər dəqiqliyi və incə zövqlə qurmağı bacardı.

Bu yüksək mənəvi-siyasi keyfiyyətləri irsən qəbul edən, onları xarakterində cəmləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar davam edir. Bu uğurların baş memarı Heydər Əliyevin adı və yeri daim ucalıqda qərar tutacaq. Nə qədər ki, müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaq.

Arif QULİYEV,
hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Dekabr 2024 00:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see292

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see215

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see196

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see176

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see173

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see173

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see173

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see172

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see172

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see171

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see171

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see171

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see171

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see169

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see169

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see168

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see167

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see167

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see166

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri