Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Ötən onilliklərin solmayan kinolentləri

Ölümdən sonra insanı nə gözləyir?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Xilaskar həkim

Xilaskar həkim

Icma.az, 525.az saytına istinadən bildirir.

Nurlan Əhliman oğlu Fərəməzov Astara rayon Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbinin seçilən şagirdlərindən olub.

"Çox savadlıydı. Dəqiq elmləri gözəl mənimsəyirdi. Gözəl əl qabiliyyəti vardı. Elə bilirdim mühəndis olacaq. İstənilən universitetə qəbul olunardı. O, həkim olmaq istədi. Özü də hərbi həkim. Deyirdi hərbi həkim olmaq, hərbçilərin sağlamlığını qorumaq çox şərəflidir. Hərbi həkim kimi daha çox gərək olaram. İndi hər an bizə hərbi həkim lazımdır. Əsl şəxsiyyət idi" - müəllimi Xəqani Mahmudov məzununu belə xatırlayır.

Nurlan Fərəməzov Astara rayonunun Təngərüd kəndində 1992-ci il may ayının 1-də anadan olub, bu kənddə böyüyüb, orta təhsil alıb. 2009-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində təhsil alıb, universitetin seçilən tələbələrindən olub.

Təhsilini başa vurandan sonra hərbi həkim kimi işə başlayır. Gədəbəy rayonunda məntəqə tibb xidməti rəisi olur. Daha sonra Tovuzda xidmətinə davam edir. 6 il hərbi həkim kimi çalışır. 6 illik hərbi xidmətdən sonra 2020-ci ilin avqustunda səhhətiylə bağlı hərbi xidmətdən tərxis olunur.

2020-ci ilin sentyabrında İkinci Qarabağ savaşı başlayır. Yenicə tərxis olunan Nurlan döyüşə qatılmaya bilərdi. Amma ilk gündən narahat olur. Ailə üzvlərinin sözlərinə görə gözlərinə yuxu getmir. "Mən mütləq döyüşdə olmalıyam" deyir, hərbi komissarlığa müraciət edir və yenidən cəbhəyə yollanır. Baş leytenant İlkin Fərəməzov hərbi həkim kimi xidmətə başlayır.

Atası Əhliman kişinin xatirələri: "Çox vətənpərvər idi, işinə hədsiz bağlıydı. Birinci Vətən idi onun üçün. Tovuz hadisələri olanda məzuniyyətdə idi. Bütün gecəni yatmadı, səhər sübdən "gedirəm" dedi. "Axı məzuniyyətdəsən" sözümə "ata, belə vaxtda mən orda olmalıyam. Burda istirahət edə bilmərəm" - cavabı belə oldu. Daha heç nə deyə bilmədik.

Hərbi tibb işçilərinin, həkimlərin vətən müharibəsindəki qəhrəmanlıqları danılmazdır. Neçə-neçə həkim, tibb işçisi könüllü cəbhəyə yollandı. Onlar da əsgərlərimizlə birlikdə döyüşdülər, neçə igidimizi həyata qaytardılar. Vətən müharibəsinin xilaskar həkimi Nurlan Fərəməzov da gecə-gündüz bilmədi.

Onunla birlikdə Vətən savaşında olan hərbi həkim Vüqar Ağayev: "Xidmətə eyni maşında gedirdik. Qəhrəmanca şəhid olan polkovnik-leytenant Naib Orucov da bizimlə idi. Bir həftə eyni otaqda qaldıq. Bir həftədə çox doğmalaşdıq. Həyat dolu gənc idi. Təəssüf edirəm ki, belə keyfiyyətli həkimi, insanı gec tanımışam. Hərbi forma veriləndə də ilk o gedib geyinmişdi. Bir də görürdüm Nurlan yoxdur. Əsgərlərin yanında olurdu bütün günü. Bir neçə gündən sonra döyüşlərə yollandıq. Elə sevinirdi ki, Vətən savaşında payı olacaq deyə. Püxtələşmiş cavan həkim idi. Çox çevikdi. heç ölümdən qorxmurdu. Heç özünü düşünmürdü. Hara gəldi atılırdı. Hamıya ilkin yardım göstərmək istəyirdi. O qədər yaralı daşıyırdı ki. Halbuki xəstəxanada yaralılarla olmalı idi. O isə səngərlərə, güllə altına gedirdi. Deyirdi, "birdən hansısa yaralı qalar, birdən kiminsə ilk yardıma ehtiyac olar". Sonra ayrılmalı olduq. Mən Cəbrayıl, o isə Füzuli istiqamətindəki döyüşlərə getdi. Zəng edirdi, məndən hal-əhval tuturdu. Sonra mən yaralandım. Füzuli hospitalına aparıblar. Özümə gələndə baxdım ki, bir neçə dəfə zəng vurub. Sonra ondan xəbər çıxmadı. Bacıma zəng vurdum, Nurlanı soruşdum, demədi. Çox ağrılı olsa da, düşündüm ki, şəhid olub, çünki Nurlan sağ olsa, hökmən zəng edərdi mənə".

Savaşın ən qaynar nöqtələrində olub ilk günlərdən ailənin tək oğlu, iki bacının yeganə qardaşı.

- Dayaq idi, dost idi, müdrik idi. Onunla hər mövzuda söhbətləşə bilərdin. Səhhətiylə bağlı tərxis olunandan sonra Almaniyaya getmək, ixtisasını təkmilləşdirmək istəyirdi. Öyrənməkdən yorulmurdu. Uşaqlıqdan mütaliəni sevirdi. Kitab oxumağı, bir də dənizi çox sevirdi. Çox məsuliyyətli idi. Tovuz döyüşlərində də iştirak edib. Əsgərlərə bağlıydı. Hər biri onun üçün qardaş idi, doğma idi. Ona həmişə elə gəlirdi ki, az iş görür, yüksəklərə can atırdı... Şəhidlik imiş... - bunları anlatdı bacısı Aysel.

Növbəti döyüşlərin birində yenə də döyüş meydanına, səngərlərə atılır Nurlan Fərəməzov. Yaralıları döyüş meydanından çıxarır. Və bu zaman şəhid olur şəhid olur cəsur, xilaskar hərbi həkim - oktyabrın 9-da.

"Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub baş leytenant Nurlan Fərəməzov.

Anası Həqiqət xanıma həmişə "ana, narahat olma mən həkiməm, mənə heç nə olmaz" söyləyib: "Heç mənə əziyyət verməzdi. Heç kimə əziyyət verməzdi. Hər zəng edəndə "Mən çox yaxşıyam, ana. Hər şey yaxşıdı və daha yaxşı olacaq" deyirdi. Çox qürurlanırdım oğlumla. Ağırdı. Çox ağırdı. Həmişə narahat idim, nəsə içimdə narahatlıq vardı. İndi nə deyim ki? Tərxis olunmuşdu. Getməyə bilərdi. Hər sözü Vətən idi. Ən çox vətəni, torpağı sevirdi. Ona görə "Qala bilmərəm" dedi. Getdi. Həmişəlik getdi".

Əslində həmişəlik getmədi, Həqiqət ana. Yenidən dünyamıza gəlmək üçün getdi. İndi o, səngərdən çıxardığı, yaralarını sarıdığı igidlərimizin aldığı hər nəfəsdə yaşayır. İndi O, azad olunan torpaqlarımızın hər qarışında yaşayır. Yaşayacaq. Hər günümüzə, anımaza qayıdacaq və Azərbaycan adlı yurdu yaşadacaq nurlanlar. Yoxsa biz məhv olarıq.

Kamalə ABİYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see287

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see205

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see192

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see168

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see168

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see168

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see167

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see167

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see166

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see166

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see166

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see165

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see164

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see164

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see163

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see162

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see161

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see161

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see161

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri