Icma.az
close
up
RU
Ermənistanı narahat edən MƏĞLUBIYYƏT ACISI TƏHLİL

Ermənistanı narahat edən MƏĞLUBIYYƏT ACISI TƏHLİL

Icma.az, Sia Az saytına istinadən bildirir.

Hər dəfə Azərbaycanın uğurlarını, diplomatik qələbələrini, dünyanın bir çox ölkələri ilə, ələlxüsus da, qardaş ölkə olan Türkiyə ilə yanaşı, ABŞ və İsrail kimi ən qabaqçıl ölkələrlə münasibətlərimizin, əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etməsini müşahidə etmək Ermənistanı narahat edir. Ölkəmizin uğurlarını görmək, seyr etmək erməni cəmiyyəti üçün heç də xoş gəlmir, əksinə, Azərbaycanın uğurlarını ermənilərin əksəriyyəti məhz Ermənistan üçün məğlubiyyət acısı hesab edirlər və narahatlıqlarını da gizlətmirlər.

Ölkəsinin davamlı şəkildə məğlubiyyətini qəbul edən haylar olduqca çoxdur və onlar sayı günü-gündən artmaqdadır

Sirr deyil ki, Azərbaycanın hər zaman qlobal məsələlərin, bütün dünyanı narahat edən problemlərin həllindən yaxından iştirak etdiyini də ermənilər yaxşı bilirilər və hətta görüblər də ki, ölkəmiz bir çox qlobal məsələlərin müzakirəsinə ev sahibliyi edib, yenə də bunu etmək əzmindədir. Dünyanı öz cənginə alan pandemiya dövründə belə Azərbaycanın yardımlarını, irəli sürdüyü məqsədyönlü təkliflərlə yanaşı, atdığı uğurlu addımları da unutmayan Ermənistan özünü qətiyyən ölkəmizlə müqaisə belə edə bilmir və bütün bunları işğalçı ölkə ictimaiyyəti öz ölkəsinin məğlubiyyəti hesab edir. Özü də belə məğlubiyyətlərin davamlı xarakter alması da məhz məğlubiyyət acısı olaraq, haylar tərəfindən çoxdan qəbul edilməkdədir.

Bəli, Azərbaycan hətta hər birinin mühüm müttəfiqi olan iki münaqişəli ölkə arasında dialoqda da vasitəçi rolunu oynayıb. Daim sülhə, əmin-amanlığa, dinc və təhlükəsiz şəraitdə yaşanılmaya, sabitliyə öz töhfəsini verən Azərbaycanın beynəlxalq müstəvidə hansı nüfuz sahibi olduğunu da haylar yaxşı bilirlər. Yaxşı bilirlər ki, rəsmi Bakı artıq dünya miqyasında söz sahibidir və ölkəmizlə dünyanın ən qabaqcıl ölkələrinin əlaqələrini daha da yaxşılaşdırmaq, münasibətlərini daha da genişləndirmək istəkləri də Azərbaycanın nüfuzunun, üstünlüyünün göstəricisi, həm də məntiqi təzahürüdür. Haylar fərqindədirlər ki, Ermənistan heç zaman Azərbaycanla eyni statusda nə olmayıb, nə də ölkəmizin statusunda çıxış etməyib. Heç edə də bilməz. Fərqindədirlər ki, Ermənistan heç zaman nəinki qlobal miqyasda, heç bir ölkəyə xırda dəstək belə göstərməyib. Çoxdandır ermənilər bilirlər ki, onların nəinki sadiq müttəfiqləri yoxdur, hətta Ermənistanla münasibətlərdə maraqlı ola bilən bircə dənə də ölkə ola bilməz. Hansısa münasibətlər də sadəcə olaraq, formal xarakterlidir. Deməli, yenə də Azərbaycanı özünə, ən yaxşı halda rəqib hesab edən Ermənistan öz məğlubiyyətinin davamlı olduğu ilə, məğlubiyyət acısı ilə barışıb və bunu etraf edən hayların sayı günü-gündən də artır.

Başlarına gələnlər dərs olmadısa, daha böyük məğlubiyyətlərin acısını yaşamalı olacaqlar

Amerika kimi bir ölkəyə ümid etməyə çalışan haylar görürlər ki, rəsmi Vaşinqton qətiyyən İrəvanla münasibətlərə maraq göstərmir. Əksinə, ermənilər görürlər ki, onların xaricdəki, xüsusən də Amerikadakı lobbiləri, diasporları nə qədər əldən-ayaqdan getsələr də Ermənistan ABŞ üçün maraqlı ölkə sayılmır. Nəyə görə sayılmalıdır axı? Əslində, iqtisadiyyatı yox dərəcəsində olan, qlobal, yaxud da, heç olmasa regional miqyasda hansısa layihəyə imza atmayan, acınacaqlı durumda olan bir ölkə nəinki amerikalıların, heç avropalıların da maraq dairəsində ola bilməz. Haylar yaxşı bilirlər ki, Fransa kimi bir ölkənin, elə lap İranın belə münasibətləri formaldır və göstərilən dəstək belə ancaq rəsmi Parisin və Tehranın maraqlarına xidmət edir. Amma Azərbaycanla heç bir ölkə formal olaraq münasibətlər qurmur və heç bir ölkə bizim ölkəmizlə əlaqələri genişləndirməkdə maraqsız deyil. Bax elə buna da ermənilər məğlubiyyət kimi baxırlar və məğlubiyyət acısı yaşamaları da özlərini sürüklədikləri mövcud durum fonunda tamamilə məntiqidir.

Haylar artıq əmin oldular ki, onların inqlab dedikləri küçə nümayişlərindən hakimiyyətə daşıdıqları Nikol Paşinyan belə verdiyi vədlərinə əməl etmədi və ya edə bilmədi. Əmin oldular ki, onlara “qızıldan dağlar” vəd edən beli çantalı, əli sarıqlı küçə nümayişçisi də nəyə isə nail olmaqda acizlik etdi. Hər dəfə guya "parlaq" iş gördüyünü bəyan edən Nikol hansısa bir istiqamət üzrə konkret nəticələrə nail olmadı. Bu şəkildə yanaşmaqla nəyə isə nail ola da bilməzdi. Çünki hayların tutduqları yol kökündən yanlış olub. Ancaq işğalçılığa maraq göstərmək, işğalçılığı dövlət siyasəti olaraq qəbul etmək elə bir yanlışlıqdır ki, bununla nəinki inkişafa, hansısa nəticəyə belə ümid etməyə dəyməz. İndi məhz Azərbaycanın qlobal, eləcə də regional layihələrinə matdım-matdım baxan haylar bunu başa düşmək məcburiyyətindədirlər ki, başqalarının torpaqlarına göz dikməkdənsə, işğala əl atmaqdansa, region ölkələri ilə münasibətləri korlamaqdansa, işğalçılıqdan əl çəkərək, münasibətləri normal saxlamaq, qlobal və regional layihələrə qoşulmaq daha doğru addımdır. Elə məhz Azərbaycanın doğru addımları fonunda uğurları özü Ermənistan üçün, işğalçılığı dövlət siyasəti olaraq qəbul edən ölkə üçün, təcavüzkarlar üçün böyük bir dərs sayılmalıdır. Amma əgər ancaq məğlubiyyət acısı olaraq qəbul edirlərsə, başlarına gələnlər dərs olmadısa, daha böyük məğlubiyyətlərin acısını yaşamalı olacaqlar.

Yanlış yolla nə qədər davam edəcəklərsə, məğlubiyyət acısı da bir o qədər davam etməli olacaq

Amerika Birləşmiş Ştatlarının yeni seçilən Prezidenti Donald Trampın Azərbaycan Prezidenti cənab İlham Əliyevə məhz Novruz bayramı münasibəti ilə təbrik məktubu ünvanlaması hayların kürkünə birə salıb. "Ölkələrimizin uzun müddət birgə işləmək ənənəsi, tarixi var. Ümid edirəm ki, növbəti illərdə biz böyük nailiyyətlərə doğru addımlar atacağıq. Mən tərəfdaşımız İsrailə göstərdiyi dəstəyə və dostluğa görə Azərbaycana minnətdaram və sizin regionda sülhün bərqərar olması üçün atdığınız addımları alqışlayıram", deyə təbrik məktubunda qeyd olunması ermənilərin lap yuxularını da ərşə çəkib. Çünki bu ifadələr heç də təsadüfi sayılmır və haylar bilirlər ki, yazılanlar heç də onlarla bağlı olanlardan fərqli olaraq, formal deyil. Əksinə, tamamilə məntiqidir. "Ölkələrimiz uğura can atarkən sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək", deyə özünün cənab Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubinda Trampın bu fikirləri açıq şəkildə bəyan etməsi isə, bütövlükdə Ermənistan üçün daha “ağrılı” və “acılı” olub. Bax elə bunu da ermənilər məğlubiyyət acısı olaraq yaşamaqdadırlar. Hayların bir çox siyasətçiləri məhz haqqında qeyd etdiyimiz təbrik məktubundan sonra açıq şəkildə özləri bildirirlər ki, başlarına “kül olmağın” tam zamanıdır...

İndi erməniləri ən çox narahat edən məhz Tramp tərəfindən ABŞ-ın elə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulamasıdır. Baş nazir Nikol Paşinyandan tutmuş, lap elə Ermənistanın milli maraqlarına guya xəyanət ittihamları ilə xaotik mübarizə aparan bütün “personajlar” da Trampın bu ifadəsindən, yəni, Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü Amerikanın dəstəkləməkdə davam etməsi barədə fikirlərindən yetərincə “təsirləniblər” və məhz bunu özləri üçün daha bir məğlubiyyət hesab edir, məğlibiyyət acısı yaşayırlar. Məsələ burasındadır ki, haylara məxsus olan, ermənilər üçün xarakterik olan primitiv axmaqlıq yenə də göz önündədir və özünü göstərməkdədir. Axı müharibənin nəinki başlanmasının qarşısını ala bilməyən, ümumiyyətlə, müharibənin başlanmasına rəvac verən, sonra isə bu müharibədə məğlubiyyətə uğrayan Tramp yox, ABŞ yox, Paşinyan və onun komandası, ümumilikdə, Ermənistan tərəfi olub. Guya ermənilər bilmirlər ki, Azərbaycanın mükəmməl qələbəsi ilə məğlubiyyət damğası onların alınlarına tarixi fakt olaraq yazıldı və bəyəm məğlubiyyət acısını indi, birinci dəfə duyurlar? Bilmirlər ki, Qarabağ Azərbaycan ərazisidir və biz tarixi ədaləti bərpa etmişik? Bunu da dərk etmirlər ki, indi bu həqiqətin dünya dövlətlərinin başçıları, yüksək çinli siyasətçilər tərəfindən etiraf edilməsi tamamilə məntiqi və gözlənilən idi? Bilirlər. Daha doğrusu, çoxdan bilməli idilər. Bilməli idilər ki, yanlış yolla nə qədər davam edəcəklərsə, məğlubiyyət acısı da bir o qədər davam etməli olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Aprel 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri