Icma.az
close
up
RU
Ermənistanı uçuruma sürükləyən “HİPERAKTİV” OLİQARXİYA TƏHLİL

Ermənistanı uçuruma sürükləyən “HİPERAKTİV” OLİQARXİYA TƏHLİL

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın keçmiş məmurlarının vəzifədən kənarda qaldıqdan sonra beynəlxalq qanunlara və beynəlxalq strukturlara müraciət etmələri, həqiqətən də çox gülünc və cılız görünür. Əvvəla ona görə ki, soruşmaq ayıb olmasın, bu vaxta qədər harda idilər və niyə belə bir müraciət ağıllarına da guya gəlmirdi? Gəlirdi. Amma öz çirkli çuxalarını gizlədirdilər. Hər halda, heç bir hay iddia edə bilməz ki, Ermənistan əfsanəvi Eldorado, yaxud da Kamilot olub və orada bir dənə də problem olmayıb, bütün proseslər də ideal olub, əsla. Elə ən böyük problemlər də məhz həmin o vəzifədən uzaqlaşdırılan, daha doğrusu qovulan keçmiş məmurların dövründə olub, amma ağızlarına su alıb susublar. Bəs yaxşı, indi nə olub ki, belə “hiperaktiv” olublar?

Hayların ölkəsində növbəti parlament seçkilərinə hələ bir qədər, daha dəqiq desək, beş aydan çox vaxt qalıb, lakin Ermənistanda öz intensivliyinə görə bütün əvvəlkiləri üstələyən seçki mübarizəsi artıq gedir. Bax elə hakmiyyətdən qovulmuş keçmiş məmurları da bu səbəbdən “hiperaktiv” olublar və batmaqda olanların misalında, əllərinə keçən saman çopünə belə əl uzadacaqları zərrə qədər də şübhə doğura bilməz. 2018 və 2021-ci il seçkilərindən fərqli olaraq, hazırda müxalifət və həmin keçmiş məmurlar, qovulmuşlar bütün güclərini və son şanslarını istifadə etməklə, Paşinyandan və “Dövlət Dumasından” öz “intiqamlarını”, eləcə də hakimiyyət adında itirdiklərini almaq niyyətindədirlər. Onlar təbii ki, buna nail olmaq üçün heç nədən əl çəkməyəcəklər, o cümlədən küçələrdə hazırkı baş naziri təhqir belə edəcəklər. Hər halda bu iddiada olmağımız təsadüfi deyil və müəyyən əsaslarımız olmasa belə bir fikir ifadə etməzdik. Qonşu işğalçı ölkənin keçmiş məmurlarının, qovulmuş oliqarxiyanın həqiqətən də belə bir niyyətdə olduğunu Ermənistanın ali hakimiyyətinə iddialı olan bəzi şəxslərin hazırda özlərini necə apardığına nəzər saldıqda görə bilirik.

Bildiyimiz kimi, Ermənistanda ən çox “səs salan” Sarkisyanın Respublika Partiyasıdır. Məsələn, diqqətə çatdıraq ki, jurnalistlərlə söhbətində həmin partiyanın mətbuat katibi Eduard Şarmazanov Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin Sarkisyanın Ermənistandan çıxışını məhdudlaşdırmaq qərarını şərh edərkən, hakimiyyətin hərəkətlərində həm ədalət, həm də məntiq olmadığını açıqlayıb. Yəni, konkret olaraq, hakimiyyəti hədəfə alıb. "Belə tələsik petisiyalarda məntiq axtarmaq çox axmaq bir işdir. Bu hakimiyyətlər altında ədalət və demokratiya dəyərlərindən danışmaq isə mənasızdır. Nə qədər "demokratiya qalası"ndan danışsalar da, onlarla siyasi məhbusun olması çox şeydən xəbər verir: Ermənistan demokratiyadan milyonlarla kilometr uzaqdadır və durmadan xaos və qanunsuz dövlətə doğru gedməkdədir", deyən mətbuat katibi Şarmazanov birbaşa olaraq, təkcə Ermənistan hakimiyyətinə deyil, eləcə də erməni cəmiyyətinə ittiham səsləndirib, hər ikisini qanunsuzluqda, qeyri-demokratiklikdə ittiham edib. Bizim hansısa bir mətbuat katibinin fikirlərini ya müdafiə etmək, ya da yanlıq olduğunu demək kimi bir niyyətimiz yoxdur. Dediyimiz odur ki, artıq ən kiçik “fiqurlar” belə dil açıb dillənirsə, deməli, erməni cəmiyyətində vulkan qaynamaqdadır və öz kraterini nə zaman aşacağı bəlli olmaz.Hər halda, aşmayacağı da kimsə tərəfindən deyilə bilməz. Çünki, xırda bir qığılcım böyük partlayışa səbəb olduğu kimi, hər şey gözləniləndir.

Diqqətə çatdıraq ki, mətbuat katibi Eduard Şarmazanov eyni zamanda beynəlxalq təşkilatların Ermənistanda baş verənlərə reaksiya verməməsindən təəssüfləndiyini də bildirib. “Mən əminəm ki, məni güllələsəydilər, Qərb heç nə etməyəcəkdi”, deyən Şarmazanov beynəlxalq ictimaiyyətə, Qərbə də öz narazılıq mesajını göndərib. Bu isə o deməkdir ki, artıq Qərbin hansısa əmr və göstərişlərinə də tabe olunmayacağı bir növ, elan olunur. “Qərbin heç bir problemi yoxdur, onların məqsədi bu hakimiyyəti cəsarətləndirmək, onlara “sifarişlər” vermək və Üçüncü Respublikanın bütün demokratik institutlarını tamamilə məhv etməkdir”, deyə o qeyd edib və tam şəkildə əks mövqedə olduğunu ifadə edib, heç nə də gizlətməyib.

Diqqəti çəkən odur ki, keçmiş rəhbərlər vəzifədən çıxandan sonra qanunlara və beynəlxalq strukturlara müraciət etməyi “sevirlər”. Amma biz onların hakimiyyəti dövründə baş verənlərin canlı şahidiyik və o zamanlarda nələr olduğunu yaxşı bilirik. Bilirik ki, İrəvana merlərdən və qubernatorlardan şikayət etmək belə təhlükəli idi. Hansısa bir hay belə bir fikrə belə düşsəydi, hər an arxa küçədə döyüləcək, hətta öldürəcəkdu. 2018-ci ilin yazına qədər bütün ölkədə hökm sürən xaosu, məmurların, polislərin, prokurorların vəhşiliyini xatırlayırıq. Onlar təqibdən böyük bir “immunitetə” ​​malik idilər və Köçəryan, eləcə də Sarkisyan tərəfindən qorunurdular. İndi Şarmazanovun bu gün Ermənistanda onlarla siyasi məhbus olduğunu bir anlıq da olsa, müzakirə etsək, bu çox gülün səslənər, çünki, Köçəryan və Sarkisyan dövründə yüzlərlə siyasi məhbus var idi. Üstəlik, hökumətin siyasəti ilə razılaşmayan insanlar istintaq zamanı və ya həbsxanada sadəcə döyülərək öldürülə bilərdi və heç kim heç nə sübut edə bilməzdi. Şikayət etmək belə əbəs idi. Ümumiyyətlə, Ermənistanda nə vaxt nə isə taraz olub axı? İlk öncə qeyd etdiyimiz kimi, haylar özləri də bilirlər ki, ölkə demək olarsa, yaşadıqları yerlər heç zaman əfsanəvi bir diyar olmayıb. Bu baxımdan da, əslində, Şarmazanov susmalı, ölkəsinin bu vaxta qədərki halını belə düşünüb, guya qanunun aliliyinə müraciət etməməli idi. Əgər müraciət edirsə və bir növ, həyasızlıq edirsə, deməli, hiperaktiv oliqarxiya Ermənistanı uçuruma sürükləyir.

Daha sonra diqqəti oliqarx Samvel Karapetyanın tərəfdarlarının yaratdığı “Bizim yol” hərəkatına cəlb etmək istərdim. Etiraf edirəm ki, bəziləri onu xeyriyyəçi hesab edə bilər, amma düzünü desəm, onilliklər boyu davam edən kriminal-oliqarxik idarəçilikdən sonra mən bütün bu milyarderlərə və hardan peyda olunduğu bəlli olmayan yeni sərvətlilərə, onların fəzilətinə sadəcə, yaxşı halda, inanmıram. Belə ki, Karapetyan həbsdə olarkən onun tərəfdarları, xüsusən də “Bizim yol” hərəkatının koordinatoru və oliqarxın bacısı oğlu Narek Karapetyan fəallaşıb, həm də böyük güc, hətta hakimiyyət arzusundadırlar. Belə ki, Narek son videomüraciətində könüllü hakimiyyət dəyişikliyi olmadan ölkənin davamlı inkişafının mümkün olmadığını açıq şəkildə qeyd edib və bunun adı elə, ən yaxşı halda, dövlət çevrilişi idayasıdı. "Əgər biz ciddi ölkəyə sahib olmaq istəyiriksə, başa düşməliyik ki, əgər ölkə lideri nəyin bahasına olursa-olsun hakimiyyəti əldə saxlamağa çalışsa, vəziyyət nəzarətdən çıxana qədər bizim institusional təməlimiz olmayacaq. Hakimiyyətin dəyişməsi inkişaf etməkdə olan, normal, demokratik ölkənin açarıdır. Demokratik ölkə isə inkişaf edən iqtisadiyyatın təminatıdır", deyə Karapetyan ağzını açıb, bir növ od püskürüb.

Ən gülməlisi odur ki, həm Sarkisyan, həm Şarmazanov, həm də Karapetyanlar hamısı marjinal qruplara və hərəkatlara dəstək verməklə Ermənistanda əvvəlki nüfuzunu bərpa etməyə çalışan Moskvanın marionetləridir. Yenə təkrar edirik, bimiz seçkilərdə Paşinyanı, yaxud kimi isə qalib görmək kimi belə fikrimiz yoxdur və qalib bir ölkə üçün bu, zərrə qədər də fərq etməz. Sadəcə qeyd etmək istəyirəm ki, son zamanlar Ermənistandakı keçmiş və rusiyayönlü qüvvələr, oliqarxlar bütün resurslarını, hətta bandasını belə səfərbər edib ki, 2026-cı ilin iyununda qalib gəlsih. Bunun üçün dövlətin yerlə-yeksan edilməsinə belə göz yumacaq, razılaşacaq Köçəryan, Sarkisyan və digər oliqarxlar Ermənistana sadəvə çuxur qazırlar. Yəni, indi, seçki öncəsi hiperaktiv olan oluqarxiya, sadəcə olaraq, Ermənistanı üçürüma sürükləyir…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Yanvar 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri