Icma.az
close
up
RU
Əsəd rejiminin devrilməsi Ermənistanı qorxuya salıb TƏHLİL

Əsəd rejiminin devrilməsi Ermənistanı qorxuya salıb TƏHLİL

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya və İranın zəifləməsi getdikcə hər iki dövlətin Cənubi Qafqazdakı manevr imkanlarını məhdudlaşdıracaq

“Bunun əvəzində Türkiyə-Azərbaycan ittifaqı Cənubi Qafqazda əsas siyasi iradə mərkəzi olaraq möhkəmlənəcək. Ermənistanı qorxudan əsas məsələ də bundan ibarətdir"


Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Ermənistanda isterikanı gücləndirib. Əsəd rejiminin çökməsindən narahat olan erməni siyasi şərhçilər Əsədin devrilməsinin Ermənistan üçün acı nəticələrinin olacağını iddia edirlər. Bir çox erməni politoloq kimi "pan-ermənilər" də Bəşər Əsəd rejiminin süqutundan əndişələndiklərini gizlətməyiblər. 

Erməni mediası və ekspertlər Əsədin getməsini Türkiyənin və dolayısı ilə Azərbaycanın bölgədə güclənməsi, yeni dünya nizamında möhkəm, etibarlı oyunçuya çevrilməsi kimi şərh edirlər, Zəngəzurun itirilməsindən danışırlar. Məsələn, politoloq Hrant Melik-Şahnazaryan bildirib ki, Türkiyə və Rusiya eyni məqsədi güdürlər: "Biri Osmanlı imperiyasını, digəri Rusiya imperiyasını bərpa etməyə çalışır. Hər ikisinin bu işdə müəyyən uğurları var”. Onun fikrincə, “yaranan yeni dünya nizamı yeni güc balansını” nəzərdə tutduğu üçün Cənubi Qafqazın iki ölkəsi – Azərbaycan və Gürcüstan buna hazırlaşır. Gürcüstan anladı ki, bu dəyişikliklər dövründə dəqiq seçim etməyi bacarmaq lazımdır. Və onlar Avropanın vədlərini Abxaziyanın geri qaytarılması perspektivinə tabe edərək, bu seçimi etdilər. Artıq İran qüvvələri Azərbaycanın Zəngəzuru işğal etməyə hazırlaşdığı barədə xəbərlər yayırlar. Amma biz heç nə hiss etmək istəmirik”. Pan-Erməni Milli Dövlət Partiyasının bəyanatında əks olunub ki, Suriya faktiki olaraq getdi və işğal olundu, bölgədə növbəti hədəf Ermənistan, İran və Gürcüstandır: “Yüz minlərlə muzdlu islamçı terrorçu bu gün boş qalıb və əminəm ki, Türkiyə və bəzi Qərb dövlətləri bundan bütün qaynar nöqtələrdə mütləq öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar. Artıq terrorçuların bəyanatları da var ki, Suriyadan sonra Qafqazı təmizləməyə gedəcəyik. Bu vəziyyət ölkəmizin təhlükəsizliyi üçün çox ciddi təhdiddir və biz bundan nəticə çıxarıb fəallaşmalıyıq. Zəngəzur dəhlizinin açılması mühüm şərtdir, sülhün bərqərar olmasına tərəfdardır və Ankara Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini dəstəkləyir və ona qoşulur”. 

Qeyd edək ki, Bəşər Əsəd hər zaman Ermənistanı dəstəkləyib və qondarma “erməni soyqırımı”nı tanıyıb. Bəşər Əsədin devrilməsindən sonra Ermənistanda xüsusi panika başlayıb. Bu amilin İranı öz sərhədləri daxilinə çəkəcəyindən narahat olan erməni politoloq və siyasətçilər əsas dayaqlarından - Tehranın himayəsindən məhrum olacaqlarını düşünürlər.


Politoloq Elçin Xalidbəyli "Sherg.az"a deyib ki, Suriyada Əsəd rejiminin devrilməsi iki önəmli dövlətin zəifləməsinin və yaxud da zəiflədilməsinin ciddi əlamətlərindən sayıla bilər. Ekspertə görə, Rusiya zəifləyib və Əsəd rejiminə onu qoruyacaq səviyyədə dəstək verməyi bacarmadı: 

"Digər tərəfdən, Əsəd rejimini dəstəkləyən İranın da zəiflədiyi müşahidə olunur. İran özünün proksi qüvvələrini bir-birinin ardınca itirməkdə davam edir. Hizbullah və HƏMAS da zəiflədildi. İndi də İranın dəstəklədiyi Əsəd rejimi sıradan çıxdı və Suriya ərazisində Türkiyənin təsir mexanizmləri və dairəsi genişlənmiş oldu. Bu baxımdan həm Rusiyanın, həm də İranın zəifləməsi ilə bağlı ehtimallar kifayət qədər inandırıcı görünür. Təbii ki, Suriyada baş verənlər, eləcə də bu iki dövlətin zəifləməsi istər-istəməz Cənubi Qafqazdakı geopolitik proseslərə təsir göstərir. İndiyə qədər həm Rusiya, həm də İran Cənubi Qafqaza müəyyən qədər təsir göstərə bilirdilər. Hazırda bu təsirlərin sürətlə zəifləməsi istisna deyil. Getdikcə hər iki dövlətin Cənubi Qafqazdakı manevr imkanları məhdudlaşmağa başlayacaq və bunun əvəzində Türkiyə-Azərbaycan ittifaqı Cənubi Qafqazda əsas siyasi iradə mərkəzi olaraq möhkəmlənəcək. Ermənistanı qorxudan, narahat edən əsas məsələ də bundan ibarətdir". 


Analitik vurğulayıb ki, Türkiyə həm Suriyada, həm də dünya məkanında öz mövqelərini kifayət qədər ön plana çıxartmağa nail oldu:

"Hazırda Türkiyə yeni dünya düzəninin qurulması prosesində əsas siyasi iradə mərkəzlərindən birinə çevrilib. Eyni zamanda rəsmi Ankara Türkiyənin ətrafındakı regionlarda təsir rıçaqlarını artırmağa başlayıb. Bu sıraya Cənubi Qafqaz da daxildir və Türkiyə-Azərbaycan İttifaqı hazırda ermənilər üçün çox narahatedici faktor rolunu oynayır. İndiki situasiyada da Cənubi Qafqazda Türkiyə və Azərbaycan ittifaqı hegemon mövqe qazanmağa başlayıb. Belə bir situasiyada Ermənistan üçün kollaps situasiyası daha da ağırlaşır. Ermənistan Türkiyə-Azərbaycan ittifaqından asılı vəziyyətə düşmək təhlükəsi ilə qarşı-qarşıyadır. Yaxın gələcəkdə elə bir situasiya yarana bilər ki, geopolitik proseslərin inkişaf perspektivləri Ermənistanın gələcək taleyini birbaşa Azərbaycan və Türkiyə birliyindən asılı vəziyyətə sala bilər". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Dekabr 2024 01:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri