Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Ermənistanı qorxuya salan müqavilə

Ermənistanı qorxuya salan müqavilə

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan diqqətçəkən açıqlama verib. O, Gümrü müqaviləsinin ləğv olunaraq Ermənistanın Qərbi Azərbaycan adlandırılacağını iddia edib: “Türkiyə Gümrü müqaviləsindən çıxacaq. Artıq Ermənistanın Qərbi Azərbaycan adlandırılması qərarı verilib. Proses tamamlandıqdan sonra Ermənistanla Rusiya sərhəd xidməti arasındakı müqavilə də ləğv ediləcək”.

Xatırladaq ki, Gümrü müqaviləsi Türkiyə ilə Ermənistan arasında 1920-ci il dekabrın 2-dən 3-nə keçən gecə imzalanıb. Bu 18 maddəlik müqaviləyə uyğun olaraq 1920-ci ilin sentyabr-dekabr ayları arasında türk ordusu ilə erməni silahlı birləşmələri arasında baş verən hərbi əməliyyatlara son qoyulmalı idi. Müqavilənin şərtlərinə əsasən, Ermənistan hökuməti Türkiyə torpaqlarına iddiasından əl çəkməli, Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaratmalı idi. Lakin daşnak hökumətinin nümayəndələri dekabrın 2-dən 3-nə keçən gecə Gümrüdə müqaviləni imzalamamışdan bir neçə saat əvvəl, İrəvandakı daşnak hökuməti Sovet Rusiyasının nümayəndəsi Leqranla Ermənistanda sovet hakimiyyətinin qurulması barədə müqavilə imzalayırlar. Bununla da 4 dekabrda İrəvana Sovet Rusiyasının ordu hissələri daxil olur. Nəticədə, Ermənistanda qurulan sovet hökuməti Gümrüdə imzalanmış müqaviləni tanımaqdan imtina edir və onun qüvvədən düşdüyünü elan edir.

Ermənistan niyə indi qorxuya düşüb, bu müqavilənin gündəmə gətirilməsində məqsəd nədir?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan bu gün müxalifətdədir və çox cahil bir insandır. Onun sərsəmləmələrini erməni mediasının nədən ciddiyə alması məlum deyil: “Çünki birincisi, Gümrü müqaviləsi imzalanandan sonra bir ay ərzində təsdiq olunmalıydı və təsdiq olunmadı. Sonradan sovet Ermənistanının hökuməti bu müqaviləni ləğv elədi. Ondan sonra Türkiyə ilə Rusiya arasında  Kars və Moskva müqavilələri imzalandı. Yəni bu məsələlərin indiki proseslərə nə aidiyyəti ola bilər? Əgər Türkiyənin Ermənistanı Qərbi Azərbaycan adlandırmaq planı olsa, buna qüvvəyə minməmiş və ləğv edilmiş Gümrü müqaviləsi mane ola bilərmi? Üstəlik, bununla Rusiya ilə Ermənistan arasında imzalanmış Sərhədlərin birgə qorunması haqqında müqavilənin nə əlaqəsi var? Bu müqavilə məlumdur ki, Azərbaycan Ordusunun 1992-ci ilin iyununda başlayan uğurlu əməliyyatlarından sonra çarəsiz duruma düşən Ermənistan prezidenti Levon Ter-Petrosyan hakimiyyəti ilə Rusiya arasında 30 sentyabr 1992-ci ildə imzalandı. Və bu, müddətsiz bir müqavilədir. Bunu kim qüvvədən sala bilər? Əgər bu müqavilənin qüvvədən düşməsi məsələsi qaldırılsa, müqavilənin özündə nəzərdə tutulduğu kimi, bu barədə Ermənistan və Rusiya razılığa gəlməlidir. Bunun Türkiyə ilə nə əlaqəsi ola bilər? Yəni Ermənistanda müxalifətin bu qədər hazırlıqsız, bu qədər səviyyəsiz olduğu bir daha sübut olunmuş olur”.

A.Səmədov qeyd etdi ki, Ermənistanı qorxudan əsassız narahatlıqlar var: “Məlumdur ki, daim müxtəlif səviyyəli şəxslər, həm hakimiyyətdə, həm müxalifətdə olan siyasətçilər tərəfindən Azərbaycanın Ermənistanı guya işğal etmək planlarının olduğu barədə iddialar səslənir. Baxmayaraq ki, dəfələrlə Azərbaycan elan edib ki, qonşuların, o cümlədən Ermənistanın torpaqlarında gözü yoxdur, Praqada imzalanmış sənəd bunun təminatını verir, ermənilər yenə də əsassız narahatlıqlarını davam etdirirlər. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır və bu, ərazi bütövlüyünü sual altına qoymur. Delimitasiya və demarkasiya işləri hazırda aparılır. Belə olduğu halda, Edqar Qazaryan kimilərinin səviyyəsiz bəyanatlar verməsi, guya Azərbaycanın Türkiyə ilə birlikdə Ermənistan torpaqlarını işğal etmək planlarının olduğunu söyləməsi və bunu gətirib Gümrü müqaviləsi ilə əlaqələndirməsi anormallığın, səviyyəsizliyin göstəricisidir. Sadəcə olaraq, erməni əhalinin bir qrupu içərisində bu cür əsassız qorxular var və bu qorxuları ilk növbədə yaradan Ermənistanın Qazaryan kimi siyasətçiləridir. Bu qorxuların aradan qalxması üçün sülh sazişi imzalanmalıdır. Sülh sazişinin imzalanması üçün isə Azərbaycana olan ərazi iddiasından imtina olunmalıdır”.  

Politoloq Yusif Bağırzadə bildirdi ki, Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan Paşinyan hakimiyyətinə qatı müxalif mövqeyi ilə yanaşı, qatı anti-Azərbaycan mövqeyi ilə də tanınan şəxsdir. O, davamlı şəkildə öz absurd və populist çıxışları ilə Azərbaycan və Ermənistan arasında aparılan danışıqları, delimitasiya prosesini hədəfə alan mövqe ortaya qoyur: “O, hətta 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatı Paşinyan tərəfindən Ermənistan maraqlarının satılması kimi təqdim edən biridir. İndi də kommunikasiya xətlərinin blokadadan çıxarılması, konstitusiya dəyişikliyi ilə bağlı ən kəskin mövqedə dayanır. Onun hələ 2021-ci ildə Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin aparıldığı vaxt Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı necə hədəf aldığını, Qriqoryanın Azərbaycan maraqlarından çıxış etdiyini deməsini və hətta sülh olacağı halda Armen Qriqoryanın Azərbaycanın Ermənistandakı səfiri ola biləcəyi ilə bağlı dediklərini yəqin ki, çoxları xatırlayır. Bir sözlə, bu adam Azərbaycanla sülh istiqamətində atıla biləcək istənilən mövqeyə qarşıdır və Paşinyan hakimiyyətini də əsasən bu istiqamətdə hədəfə alır”.

Qazaryanın budəfəki sayıqlamalarına, yəni Türkiyənin Gümrü müqaviləsindən çıxacağı ilə bağlı dediklərinə gəldikdə isə politoloq dedi ki, bu fikirlər sözün əsl mənasında cəfəngiyyatdır. Çünki Gümrü müqaviləsi onsuz da qüvvədən düşüb: “Məlumdur ki, həmin müqavilədə Ermənistan hökumətinin Türkiyə torpaqlarına iddiasından əl çəkməsi, Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaradılması kimi müddəalar var idi. Müqavilədə həmçinin Ermənistanın sayı 1500 nəfərdən çox olmayan bir orduya malik olması qeyd olunurdu və o da göstərilirdi ki, bu ordu 8 ədəddən çox topa malik ola bilməz, pulemyotların isə maksimal sayı 20 dən çox olmamalıdır. Həmin müqavilə ilə Ermənistan "Sevr müqaviləsi"nin qüvvədən düşməsini qəbul edərək öz nümayəndə heyətlərini Avropadan və ABŞ-dan geri çağırmağı öz üzərinə götürürdü, Türkiyə Ermənistan dəmir yollarının nəzarətini öz əlinə alırdı və Ermənistan ərazisində “hərbi tədbirlər görmək” imkanını əldə edirdi. Lakin İrəvandakı daşnak hökuməti Sovet Rusiyasının nümayəndəsi Leqranla Ermənistanda sovet hakimiyyətinin qurulması barədə müqavilə imzaladıqdan və dekabrın 4-də İrəvana Sovet Rusiyasının ordu hissələri daxil olduqdan sonra Ermənistanda qurulan sovet hökuməti Gümrüdə imzalanmış müqaviləni tanımaqdan imtina edir və onu qüvvədən düşmüş elan edir. Bundan sonra Ermənistanla Türkiyə arasındakı sərhəd məsələsi 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi ilə tənzimləndi. Bir diplomat olaraq Qazaryan yəqin ki, bunları bilməmiş deyil. Və bilə-bilə bu cür açıqlamalarla çıxış etməsi, sadəcə, aranı qarışdırmağa və tarixdən bixəbər olan kütləni Paşinyanın əleyhinə səfərbər etməyə çalışır".

\\“Yeni Müsavat”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 May 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri