Icma.az
close
up
RU
Ermənistanı sülh müqaviləsində narazı salan nədir?

Ermənistanı sülh müqaviləsində narazı salan nədir?

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan XİN-in sözçüsü Ani Badalyan bildirib ki, Azərbaycandan sülh sazişi layihəsinə cavab alıblar, lakin digər məsələlərdə - kommunikasiyaların blokdan çıxarılması və silahlara qarşılıqlı nəzarət mexanizmi ilə bağlı təkliflərə cavab yoxdur.

Maraqlıdır, cavabda bu barədə qeyd olmamasının əsas səbəbi nədir?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, Bakının İrəvana göndərdiyi cavab 17 maddəlik sülh sazişi layihəsinə korrektələrin edilməsindən ibarətdir.

Belə korrektələrin Bakı-İrəvan xəttində uzun müddətdir davam etdiyini vurğulayan A.Nərimanlı tərəflərin son açıqlamaları fonunda 17 maddədən yalnız üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması ilə bağlı prinsipial razılaşmanın olmadığını qeyd edib.

Ekspert hesab edir ki, İrəvan Avropa İttifaqının müşahidə missiyasının müddətini daha iki il uzatmaqla bu məsələdə razılaşma perspektivini sıradan çıxarıb:

“Saziş layihəsinin bu bənd olmadan imzalanması üçün “alternativ güzəştlər” irəli sürür. Misal üçün, bunlardan brii Minsk qrupunun buraxılması ilə bağlıdır. Mümkündür ki, İrəvan layihədə “üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması” bəndi ilə bağlı yeniliklər, yaxud əlavə təkliflər daxil edib, Bakının cavabı da bu məsələdə öz korrektələrini əlavə etməkdir. Ermənistanın digər məsələlər dediyi kommunikasiyanın açılması və silahlara nəzarət mexanizmi 17 maddəlik layihəyə daxil deyil. Kommunikasiya ilə bağlı məsələ qarşılıqlı razılaşma ilə layihədən çıxarılıb, silahlara nəzarət mexanizmi isə Ermənistanın Azərbaycan tərəfindən qəbul edilməyən, ümumiyyətlə reaksiya vermədiyi təklifidir”.

A.Nərimanlının sözlərinə görə, İrəvanın diqqəti sazişdən kənar məsələlərə çəkməsi təsadüfi deyil:

“Bu, Bakınının layihədənkənar tələbləri qarşısında Ermənistan konstitusiyasının dəyişdirilməsi, kontr-gediş etmək, gündəliyi genişləndirərək, masada mövqelərini qorumaq məqsədi daşıyır. Cavab və kontr-cavab müstəvisində davam edən sülh sazişi layihəsinin 2025-ci ildə də imzalanması perspektivləri zəifləyir”.

Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 Fevral 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri