Icma.az
close
up
RU
Ermənistanı yenidən təhlükəli oyuna sürükləyirlər

Ermənistanı yenidən təhlükəli oyuna sürükləyirlər

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


“Azərbaycan ilə Ermənistan arasında müharibə ehtimalı hər zaman var. Ancaq hesab edirəm ki, Ermənistan rəhbərliyi şərti sərhəddə törədilən təxribatların ölkəsi üçün ciddi nəticələrə gətirəcəyini və bunun Ermənistanın sonu ola biləcəyini anlayır”.

Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında Milli Məclisin üzvü, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Azərbaycan-Ermənistan şərti sərhədində erməni ordusunun törətdiyi təxribatlardan danışarkən deyib.
A. Mollazadə qeyd edib ki, Ermənistan daxilində oyunçular çoxdur, kimsə daha güclü olduğunu göstərmək istəyir: “İstisna deyil ki, hakimiyyət özü də güclü olduğunu nümayiş etdirmək məqsədilə belə addımlar ata bilər. Yəni bunlar əslində, Ermənistan daxilində gedən proseslərdən qaynaqlanır”.
Deputat belə təxribatların arxasında Ermənistanı faciəyə sürükləmək istəyən qüvvələrin dayana biləcəyini də istisna etmir: “Belə qüvvələr əsasən xaricdəki erməni diasporasına bağlıdır. Diasporaya isə qan lazımdır ki, “göz yaşlar”ı axıdaraq fəaliyyət göstərsin, məqsədlərinə nail olsun”.
A. Mollazadə diqqəti digər məqama da çəkib: “Ermənistanda fəaliyyət göstərən Daşnaksütyun Partiyası Ermənistan-İran hərbi müttəfiqliyinin yaradılmasını dəstəkləyir. Fransa da hansısa formada Ermənistandakı oyunlarda yer alır. Eyni zamanda Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması, bu məqsədlə qanun layihəsi qəbul etməsi fonunda Rusiya da burada nüfuzunu artırmağa çalışır. Yəni müxtəlif oyunçular Ermənistanda öz maraqları çərçivəsində addımlar atırlar. Ermənistan isə müstəqil dövlət deyil ki, bu prosesləri məqsədli və sakit şəkildə idarə edə bilsin”.
Onu da qeyd edək ki, Ermənistanla şərti dövlət sərhəddində Azərbaycana qarşı təxribatlar artır. Son belə təxribat aprelin 2-si saat 13:55-14:05 aralığında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin yenidən atəşə tutulması ilə törədilib.
Y. QACAR
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 Aprel 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri