Icma.az
close
up
RU
Ermənistanın Avropaya çıxışı Bakıdan asılıdır Razılaşma var, amma...

Ermənistanın Avropaya çıxışı Bakıdan asılıdır Razılaşma var, amma...

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Ermənistan ilə Azərbaycan arasında sülh sazişi istiqamətində danışıqlar vaxtaşırı intensivləşir. Mart ayında Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yaydı, Ermənistanla 17 maddəlik sülh sazişi üzrə razılaşma əldə edilib. Amma bundan sonra sərhəddə intensiv atəşkəsin pozulması baş verməkdədir.

Amma burda əsas müzakirə olunan məsələ Ermənistanın konstitusiyasınıda dəyişik etməklə bağlıdır. Bu ölkənin ana qanununda Azərbaycana qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı bildirir ki, konstitusiyada dəyişiklik olmadan bağlanan sülh sazişi etibarlı olmayacaq. Ermənistanda hakimiyyət dəyişdiyi təqdirdə Azərbaycana qarşı yenidən hərbi aqressiyanın baş qaldıracağına qarantiya yoxdur. Başqa sözlə, əgər gələcəkdə hakimiyyət dəyişərsə, sülh sazişi sual altına düşə bilər.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, ölkəsi 2026-cı ildən əvvəl konstitusiyanı dəyişməyi planlaşdırmır. Bu, o deməkdir ki, sülh sazişi məsələsi 2026-cı ilə qədər təxirə salına bilər.

Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin əsas prinsiplərindən biri məhz konstitusiyanın dəyişdirilməsidir:

Asif Nərimanlı

“Ermənistan məsələni 17 maddə çərçivəsində məhdudlaşdırmaq istəyir. Bilir ki, 17 maddəlik sülh sazişi mətni razılaşdırılıb. Digər məsələlərin sonraya saxlanılmasında maraqlıdır. Bu, rəsmi İrəvana lazımdır. Çünki Azərbaycanın əsas tələbləri növbəti mərhələyə keçmiş olacaq. Digər tərəfdən, sülh sazişinin imzalandığını əsas gətirərək Türkiyə ilə sərhədlərin açılması və münasibətlərin normallaşması xəttini aktuallaşdıra bilər. Bununla da Türkiyə vasitəsilə Avropa bazarına çıxışı hədəfləyib. Prezident İlham Əliyevin son çıxışında da məlum olur ki, Ermənistan həmin niyyətlərinə Azərbaycanın tələbləri yerinə yetirilmədiyi halda nail ola bilməyəcək.”

Politoloqun sözlərinə görə, Ermənistan yaxın perspektivdə konstitusiya dəyişikliyinə getməyəcək:

“Ermənistan rəsmilərinin açıqlamalarına görə, 2026-cı il seçkilərindən əvvəl konstitusiya dəyişikliyinin olacağı gözlənilir. Ümumiyyətlə, sözügedən proses bir qədər zaman alır. Azərbaycan da bunu gözləmək istəyir. Konstitusiya dəyişmədiyi halda imzalanan sülh müqaviləsi bölgədə daimi sülhün əldə olunması mənasına gəlmir. Regionda şərtlər dəyişərsə, heç kim zəmanət verə bilməz ki, Ermənistanın hazırkı hakimiyyəti Qarabağla bağlı iddialarına yenidən qayıtmayacaq.”

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Aprel 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri