Icma.az
close
up
RU
Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi təsdiqlənir

Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi təsdiqlənir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunları.nı və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 28-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclası təqsirləndirilən şəxs Arkadi Qukasyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid digər sənədlərin elan olunması ilə davam etdirilib.

Təqsirləndirilən şəxs Arkadi Qukasyan ibtidai istintaq zamanı bildirib ki, qondarma rejimin “prezidenti” kimi istənilən “vəzifəyə təyinat”la bağlı qərar qəbul etmək səlahiyyətinə malik olub. Yalnız “müdafiə naziri” vəzifəsinə “təyinat” və “vəzifədən azad etmə” Ermənistanın Müdafiə Nazirliyi və Ermənistan prezidenti ilə razılaşdırıldıqdan sonra baş tutub. Bölgəyə silah-sursatı yalnız Ermənistan Müdafiə Nazirliyi göndərib. Qondarma rejimin “müdafiə nazirliyi” Ermənistanın Müdafiə Nazirliyinin tərkib hissəsi kimi çıxış edib. Ermənistandan silah-sursat və digər bütün təminatlar Gorus-Laçın-Xankəndi, Vardenis-Kəlbəcər-Ağdərə-Xankəndi avtomobil yollarından istifadə edilməklə bölgəyə gətirilib.

Təqsirləndirilən şəxs Arayik Harutyunyanın ibtidai istintaqdakı ifadəsində bildirilib ki, I Qarabağ müharibəsində və ondan sonrakı dövrdə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində hərbi qüvvələr Ermənistandan gətirilərək yerləşdirilib. Aprel döyüşləri zamanı da Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşən Ermənistana tabe olan, oradan maliyyələşən hərbi birləşmələr olub. Silah-sursat, hərbi texnika və canlı qüvvə dəstəyi də həmişəki kimi Ermənistandan təmin edilib.

A.Harutyunyan 2020-ci ildə 44 günlük müharibə zamanı əsgərlərə ruh yüksəkliyi vermək üçün hərbi kazarmalara və döyüş yerlərinə getdiyini, lakin bütün hərbi əmrləri, göstərişləri Ermənistanın Müdafiə Nazirliyinin və baş qərargah rəisinin verdiyini deyib. Bildirib ki, həmin vaxt baş qərargah rəisi Onik Qosparyan olub və 44 günlük müharibə zamanı bütün rəhbər göstərişlər, əmrlər, tapşırıqlar onun tərəfindən verilib.

“Toçka-U”, “Smerç”, “Skad” və digər bu tipli raket kompleksləri qondarma rejimin “müdafiə ordusunun” hərbi arsenalında olmayıb. 44 günlük müharibə zamanı iki “Smerç” raket kompleksi Ermənistandan gətirilərək Əsgəranda yerləşdirilib. Raket kompleksini idarə edənlər və şəxsi heyət də Ermənistan hərbi qüvvələrinə aid olub və oradan gətirilib.

Tərtər və Bərdə rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində, Goranboy, Beyləqan və digər rayonların ərazilərində yerləşən, mülki əhalinin sıx məskunlaşdığı ərazilərə, mülki obyektlərə, müdafiə olunmayan ərazilərə, hətta Bakı şəhərinin də yerləşdiyi Abşeron yarımadası istiqamətində ballistik raketlərin atılmasına dair əmrlər Ermənistandan verilib.

A.Harutyunyan bildirib ki, 2020-ci il oktyabrın 4-də paylaşdığı “Mənim əmrimlə müdafiə ordusu bu gün Gəncə şəhərində yerləşən hərbi obyektləri məhv etmək üçün bir neçə raket zərbəsi endirib. İndidən mən dinc əhali arasında günahsız qurbanların olmaması üçün atəşkəs əmri vermişəm. Düşmən ondan nümunə götürmədiyi təqdirdə, düşmənin ordusunu parçalayaraq, sıradan çıxararaq bərabər və güclü zərbələr endirməkdə davam edəcəyik. Biz hərəkətlərimizdə sona qədər qərarlıyıq” kimi yazının mətni Ermənistan Respublikasının Müdafiə Nazirliyinin baş qərargah rəisi Onik Qasporyanın təklifi ilə hazırlanıb. O, baş verən proseslərə artıq heç bir təsir imkanının qalmadığını gördüyü üçün 2023-cü il avqustun 31-də “istefa verərək” “prezidentlikdən” imtina edib.

Məhkəmə iclası təqsirləndirilən şəxs Arayik Harutyunyanın mətbuatda və sosial şəbəkələrdə paylaşdığı məlumatlar və ifadələrinin elanı ilə davam edib, fotogörüntülər təqdim olunub.

Sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Bako Sahakyanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Qeyd olunub ki, 1988-ci ildən “Azadlıq hərəkatı”nın öncüllərindən biri kimi tanınıb, 1990-cı ildə “özünümüdafiə qüvvələri”nə qoşulub, 1992-1993-cü illərdə qondarma rejimin “özünümüdafiə komitəsi”nin komandir müavini, 1993-1995-ci illərdə qondarma rejimin “müdafiə ordusu”nun “arxa qərargahının komandiri”, 1995-1996-cı illərdə “müdafiə ordusu komandirinin xarici əlaqələr üzrə müavini”, 1996-1997-ci illərdə 10-cu dağlıq piyada diviziyası komandirinin müavini, 1997-1999-cu illərdə Ermənistan Respublikasının daxili işlər və milli təhlükəsizlik nazirinin köməkçisi, 1999-2001-ci illərdə qondarma rejimin “daxili işlər naziri”, 2001-2007-ci illərdə “milli təhlükəsizlik xidmətinin direktoru” vəzifələrində çalışıb. 2007-2020-ci illərdə qondarma rejimin “prezidenti” olub, həmçinin “dövlət naziri vəzifəsi”ni icra edib.

B.Sahakyan ifadəsində qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı aparılan bütün hərbi əməliyyatlara “özünümüdafiə qüvvələri komitəsinin”, daha sonra “müdafiə ordusunun sədri” olan Serj Sarkisyan, Ermənistanın müdafiə nazirləri olmuş Vazgen Sarkisyan və Vazgen Manukyan rəhbərlik ediblər. Həmin dövrdə ümumi rəhbərliyi isə “Dövlət Müdafiə Komitəsi”nin sədri olmuş Robert Köçəryan və Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyan edib.

Məhkəmə prosesi avqustun 29-da davam etdiriləcək.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see261

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see212

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see197

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see181

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see171

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see167

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see153

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see153

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see145

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see141

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see138

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see138

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see131

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see131

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see130

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see126

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see124

Millinin düşərgəsini Ukrayna ilə oyundan öncə tərk etdi

12 Oktyabr 2025 23:32see122

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see120

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri