Icma.az
close
up
RU
Ermənistanın Azərbaycana qarşı hazırladığı növbəti təxribat

Ermənistanın Azərbaycana qarşı hazırladığı növbəti təxribat

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar Ermənistan sürətlə silahlanır. Həm Qərbin, həm Hindistanın Ermənistanı silahlandırması bəs deyilmiş kimi, bu siyahıya Yunanıstan da qatılıb. Yunanistam S300 raket komplekslərini Ermənistana vermək niyyəti duyur.

Həm sülhü “sayıqlayan”, həm də sülhdən qaçan və sürətlə silahlanan Ermənistanın əsas məqsədi göz önündədir. İl sonuna qədər müqavilə imzalamaq, CO Baydenin dəstəyini son 1 ay da hiss etmək. 

Maraqlısı da budur ki, sülhü istəmək və silahlanmaq arasında böyük bir uçurum var. Bəs Ermənistanın əsl məqsədi nədir? O niyə həm sülhün, həm də silahlanmağın tərəfdarıdır?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən deputat Azər Badamovun sözlərinə görə, Qərb Ermənistanı yenidən müharibəyə hazırlamaqla Rusiyanın sərhədində yeni bir münaqişə ocağını yaratmağa çalışır. 

“Azərbaycanla Ermənistan sərhədində Avropa İttifaqının (Aİ) müşahidəçi misiyasını uzun müddəli saxlamağa, Polşa prezidentinin Ermənistana səfəri çərçivəsində Aİ misiyasının tərkibində sərhədimizə gələrək binokl ilə poz verməsi, Ermənistana öldürücü silahların verilməsi, hərbi təlimlərin keçirilməsi üçün ABŞ-nin təlimçilərin olması və generalını Ermənistan müdafiə nazirliyinin Baş Qərargahında yerləşdirilməsi sıradan məsələlər deyil.  Qərb çalışır ki, Cənubi Qafqaz regionu yenidən münaqişələr ocağı olsun”.

Deputat deyir ki, Paşinyan hakimiyyəti Rusiyanın zəiflədiyini görəndə Qərbə, Rusiyanın gücləndiyini görəndə isə Ruysiya tərəf getməyə çalışmağı qərarsız bir vəziyyətdə olduqlarını sübut edir. Onlar kənar qüvvələri regiona buraxmamağı və Azərbaycanla sülh müqaviləsinin bağlanmasını ən düzgün qərar olduğunu hələ də anlamırlar. Azərbaycan Paşinyanın və Qərbin Ermənistandakı hərəkətlərini yaxından izləyir və hər bir ssenariyə qabaqcadan hazırılanmaq üçün tədbirlər görür: “Ona görə də ordumuzun müdafiə qabiliyyətinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirir. Ermənistan anlamalıdır ki, kənardan nə qədər dəstək alsalar da heç vaxt Azərbaycandan güclü ola bilməzlər. Paşinyan təəssüf ki, hakimiyyətini qorumaq üçün onun-bunun qapısında yalvarmağa üstünlük verir. Bu isə onları heç də yaxşı gələcəyə aparmır”.

Digər müsahibimiz politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Fransa, Yunanıstan və Hindistanın Ermənistana silah verməsi yeni dünya düzəni formalaşmasının başa çatmaq ərəfəsində böyük dövlətlərin müttəfiqlərini gücləndirməklə özlərinin təsir dairəsini genişləndirmək siyasətindən qaynaqlanlır: “Böyük dövlətlər bilir ki, yeni dünya düzəni bir də 70-80 il sonra dəyişəcək. Ona görə də istəyirlər ki, hazırkı mərhələdə öz maraqlarını maksimum təmin etsinlər. Fransa, Yunanıstan və Hindistan kimi dövlətlər isə Ermənistanı özünün müttəfiqləri hesab edirlər və onu gücləndirməklə öz maraqlarını təmin etməyə çalışırlar. Bu proses regiondakı kövrək sülh üçün təhlükə yaradır, amma yeni müharibə ehtimalı da çox azdır”.

“Qərb-Rusiya qarşıdurmasını nəzərə alsaq, Qərb ölkələrinin Ermənistanda ciddi hərbi potensiala malik olması məntiqi cəhətdəb Rusiya tərəfindən əngəllənməlidir”.

Bu sözləri isə saytımıza açıqlamasında REAL partiyasının sədri Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Rusiyanın orada hərbi bazaları var, sərhədləri hələ də ruslar qoruyur. Bir tək nəzarət keçid məntəqələrində erməni sərhədçiləri fəaliyyət göstərir: “Nəticə etibarı ilə Rusiyanın burada birbaşa və ya dolayı yol ilə iştirakı var. Çünki Rusiyanın Ermənistana təsir bucaqları hələ də böyükdür. Rusiya bu vəziyyətdən narahat olsa idi, Ermənistana “qulaqburması” verərdi. Deməli bu məsələdə Rusiyanın da maraqları var”.

Müsahibimiz deyir ki, Rusiya öz maraqlı çərçivəsində hərəkət edir. Azərbaycan bu məsələni həm də Rusiya ilə etməlidir. Rusiya üçün də suallar doğur. Çünki 2044-cü ilə qədər onların sərhədlərini rus qoşunları qoruyacaq. 

“Rusiya sual verməlidir ki, 2044-cü ilə qədər səni qoruyuramsa, xarici silah-sursatın orada nə işi var? Bu niyə Rusiyanı narahat eləmir? KTMT-nin tədbirində Putin Ermənistanın bu təşkilatdan çıxmayacağını, sənədləri distant imzaladığını və hələlik iştirak etmədiyini söylədi. Bu məsələlərə daha çox qlobal baxılmalıdı. Bu təkcə Azərbaycan dairələrinin işi deyil. Çünki Qərbdə bəzi dairələrin Azərbaycana qarşı çox vicdansız və bəsit yanaşması var. Azərbaycanda haqlı olaraq buna kəskin reaksiya bildirir. Rusiyanın bəs rolu nədir? Bu da mənə çox maraqlıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 30 Noyabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see325

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see248

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see215

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see183

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see176

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see132

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see132

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see130

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see128

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see127

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri