Icma.az
close
up
RU
Azərbaycana qarşı Ermənistanın gizli “mina müharibəsi”

Azərbaycana qarşı Ermənistanın gizli “mina müharibəsi”

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sentyabrın 30-da Parisin mərkəzindəki Respublika meydanında Azərbaycanın mina qurbanlarına dair açıq səma altında fotosərgi təşkil edilib.

Sərgi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Gilavar” Foto Klubu İctimai Birliyinin icra etdiyi “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsində açılıb. Layihədə QHT-nin yerli tərəfdaşı Fransa–Azərbaycan Dialoqu Assosiasiyasıdır.

“Gilavar”-ın sədri Rəşad Mehdiyev bildirib ki, Almaniyanın Münhen və Nürnberq şəhərlərindən sonra bu dəfə Parisdə açılan sərgi Azərbaycanın mina qurbanlarının ədalətə çağırışıdır: “İşğal dövründə Ermənistanın hərbi-siyasi liderlərinin göstərişi ilə Azərbaycan torpaqlarında 1 milyondan çox mina basdırılıb. Biz dəqiq mina xəritələri tələb edirik ki, daha Qarabağda, Şərqi Zəngəzurda minaya düşənlər olmasın, bu şəkillərdəki iztirablar bir də yaşanmasın”.

Sərgidəki fotoların hər biri xüsusi seçilib, bu təsvirlər Azərbaycanın mina probleminin miqyasını, dərin yaralarını dərk etməyə çağırır. Məsələn, minatəmizləyən Süleyman Heydərovun hekayəsi belədir: “Minatəmizləmə fəaliyyətini icra edərkən zərərsizləşdirilməsi çox çətin olan mina ilə qarşılaşdıq. Qrupuma geri çəkilmələrini tapşırıb, tək irəlilədim. Ani bir işıq, sonra əbədi qaranlıq… Gözlərimi itirdim, ancaq dostlarımı xilas edə bildim”.

“Gilavar” Foto Klubu sərgini Avropanın digər ölkələrində də davam etdirməyi planlaşdırır.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri