Icma.az
close
up
RU
“Ermənistanın başqa məqsədi, planları var”

“Ermənistanın başqa məqsədi, planları var”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunda Azərbaycanın mövqeyini bir daha açıq-aşkar bəyan etdi. Aydın məsələdir ki, 30 il erməni işğalına məruz qalmağımıza baxmayaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdikdən sonra ilk dəfə Azərbaycan məhz sülh təşəbbüsü ilə çıxış etdi. Həm sülh təşəbbüsünün, həm də sülh mətninin müəllifi Azərbaycandır. Bu sülh sazişi layihəsinin mətninin preambula və 17 maddəsi var, bu 17 maddədən 15-i razılaşdırılmışdı, son 2 ildə Ermənistan digər 2 maddənin razılaşdırılmasını uzadırdı. İndi birdən-birə onlar hər iki maddəyə razılıq verirlər. Yəni bu, qarşılıqlı şəkildə məhkəmə iddialarından vaz keçmək, eyni zamanda, şərti sərhəddə üçüncü tərəfin nümayəndələrinin olmaması idi. Burada söhbət Avropa İttifaqının dırnaqarası monitorinq missiyasından gedir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Sultan Zahidov söyləyib.

S.Zahidov əlavə edib ki, birdən-birdə Ermənistan tərəfinin, yəni Ermənistan xarici işlər nazirinin bunu qəbul etməsi istər-istəməz ona dəlalət edir ki, Ermənistanın burada başqa məqsədi, planları var: “Düzdür, 17 maddənin razılaşdırılmasına bir vakumda baxsaq, bu, sülh prosesində irəliləyişdir. Amma vakumda baxa bilmirik. Çünki bir tərəfdən Ermənistanın həm Konstitusiyasında, həm də digər normativ hüquqi aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiaları var. Konstitusiyanın preambulası 1990-cı ilin Ermənistanın Müstəqillik bəyannaməsinə əsaslanır ki, həmin bəyannamədə də Azərbaycanın ərazilərinə iddia var. Həmçinin ATƏT-in Minsk qrupunun ləğv olunması üçün hər iki ölkə çağırış etməlidir. Ermənistan bununla bağlı çağırış etməyib. Bu hər iki məsələ köhnə münaqişənin qalıqlarını özündə ehtiva edir. Aydın məsələdir ki, konstitusiyada bir ölkənin digər ölkəyə ərazi iddiaları yer alırsa, həmin iki ölkə arasında sülh ola bilməz”.

Politoloq Ermənistanın son zamanlar intensiv şəkildə militarizasiya siyasəti hərəkətə keçirdiyini, Hindistandan, Fransadan ağır, öldürücü silahlar aldığını, eyni zamanda da şərti sərhəddə mövqelərini möhkəmləndirməklə məşğul olduğunu vurğulayaraq bildirib ki, dünən də növbəti dəfə Ermənistan tərəfindən Azərbaycana qarşı təxribat oldu: “Laçın istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu. Bu, bir daha onu göstərir ki, Avropa İttifaqı missiyası orada hansısa sülhpərvər fəaliyyətlə məşğul deyil. Əksinə, Ermənistanı provakasiyalara sürükləməkdədir. İkincisi də Ermənistan bu silahları Azərbaycana qarşı istifadə etmək üçün alır. Belə olan halda hansısa bir dayanıqlı sülhdən söhbət gedə bilməz”.

Onun sözlərinə görə, ona görə Prezidentin də XII Qlobal Bakı Forumunda bəyan etdiyi kimi Ermənistan bizim şərtlərimizi yerinə yetirməlidir: “Həmçinin şərti sərhəddə demilitarizasiya zonası yaradılmalı və Zəngəzur Dəhlizi açılmalıdır. Bütün bunlar baş versə, sülh sazişi imzalansa belə Ermənistan cəmiyyətində sülhə hazırlıq baş verməlidir. Yəni bu qarşılıqlı etimadın yaranması üçün o cəmiyyətdəki revanşizm, faşizm fikirləri yayılmamalıdır, dövlət tərəfindən təbliğ olunmamalıdır. Ermənistanda kitablarda, dərsliklərdə Azərbaycana, türkə fobiya elementləri olmamalıdır. Yəni bunlar baş verərsə, dayanıqlı sülh ola bilər. Yoxsa ki, yalnız sülh sazişi imzalanması iki ölkə arasında dayanıqlı sülh gətirməyəcək, etimadı təmin etməyəcək. Sülh sazişi özü-özlüyündə bir sənəddir. Bəli, onun hüquqi bazası var. Amma dövlətlər, cəmiyyətlər arasında qarşılıqlı etimad mühitinin yaranması üçün Ermənistan bu şərtlərə riayət etməlidir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Mart 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri