Icma.az
close
up
RU
“Ermənistanın məqsədi iddialarına “əsaslar” yaratmaqdır”

“Ermənistanın məqsədi iddialarına “əsaslar” yaratmaqdır”

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əli Zülfüqaroğlu: “Hazırda geosiyasi proseslər Ermənistanın əleyhinədir”

Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə olan nümayəndələrinin təxribat xarakterli hərəkətlərini göstərən təkzibolunmaz sübutlar, o cümlədən foto və videogörüntülər var. Belə ki, erməni hərbçilərdən biri nalayiq ifadələr işlədərək, təxribat xarakterli davranış nümayiş etdirib. Azərbaycan hərbçiləri isə peşəkarlıq nümayiş etdirərək təxribatlara getmir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi ekspert Əli Zülfüqaroğlu bildirib ki, hazırda geosiyasi proseslər birmənalı olaraq Ermənistanın əleyhinədir. Onun fikrincə, Azərbaycanın mövqeləri isə getdikcə daha da güclənir: “Ermənistan da başa düşür ki, belə davam edəcəyi təqdirdə uzaq perspektivə hesablanan hədəflərinin reallaşması, yəni revanşist niyyətlərinin həyata keçirilməsi üçün ümid etdiyi uyğun geosiyasi zəminin formalaşmasına qədər sülh prosesini ləngidə bilməyəcək. Hazırda Birləşmiş Ştatlarla Avropa İttifaqı arasında ziddiyyətlər daha da dərinləşir. Bu isə Fransanın Ermənistana dəstək siyasətini arxa plana keçirir. Yəni Fransa hökumətinin özü ciddi problemlərlə üz-üzə qalacaq. Baydendən fərqli olaraq isə Trampın Ermənistana dəstək verəcəyi gözlənilmir. Bu proseslər isə İrəvanda ciddi əndişə yaradır”.

Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur: “Buna görə də xüsusilə Avropa İttifaqının müşahidə missiyası adı altında kəşfiyyat qrupunun bölgədə qalmasını və yenidən diqqəti bölgəyə cəlb etmək üçün təxribatlara əl atır. Məqsəd Azərbaycan ordusunu təxribata çəkmək və beləliklə də iddialarına “əsaslar” yaratmaqdır. Amma Ermənistanın ənənəvi üslubda törətdiyi təxribatlar heç bir effekt verməyəcək. Azərbaycan prosesi dəqiqliklə müşahidə edir, hesablayır və adekvat addımlar atır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:398
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Mart 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri