Icma.az
close
up
RU
Ermənistanın bu təxribatlarının hər hansı nəticəsi olmayacaq MÜNASİBƏT BİLDİRİLDİ

Ermənistanın bu təxribatlarının hər hansı nəticəsi olmayacaq MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Ermənistanın tez-tez atəşkəsi pozması, mövqelərimizi atəşə tutması, şərti sərhəd istiqamətində istahkamlar qurması kimi təxribat xarakterli fəaliyyətin arxasında iki səbəb dayanır. Bunlardan birincisi, Ermənistanın diqqətləri yenidən özünə doğru yönəltmək cəhdi ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Bayden hakimiyyəti dövründə ABŞ-la imzalanmış müttəfiqlik sənədindən irəli gələn dəstəklə bağlı Tramp administrasiyasının müvafiq addımlar atmaması, Avropadakı havadarların isə ABŞ-la münasibətlər fonunda ciddi problemlərinin olmaması səbəbilə Ermənistana əvvəlki qədər diqqət yetirməmələri Ermənistanı bu cür təxribatçı fəaliyyətə sövq edir: "Ermənistan hakimiyyəti düşünür ki, bu şəkildə təxribatlar törətmək və Azərbaycanın da ona cavab verməsi fonunda ayrı-ayrı Qərb dairələri Ermənistandakı maraqlarını qorumaq üçün hərəkətə keçə və rəsmi Bakıya təzyiq göstərə bilərlər.

İkinci səbəb isə sülh sazişi ilə bağlıdır. Paşinyan hakimiyyəti bütün imkanlardan istifadə edir ki, sülh sazişi indiki şəkildə, yəni Azərbaycanın şərtləri yerinə yetirilmədən imzalansın. Onlar bu sazişi qarşıdakı seçkilərdə hakimiyyətin uğuru kimi təqdim etmək və seçki kampaniyasında istifadə etmək istəyirlər. Ona görə də bu cür təxribatlar törədərək vəziyyəti gərginləşdirmək və sonra da yeni müharibə riski adı altında Qərbin ölkəmizə təzyiq göstərməsinə nail olmağa çalışırlar".

"Amma istənilən halda indiki şərtlər daxilində, yəni Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qaldığı təqdirdə sülh sazişinin imzalanması mümkün görünmür. Səbəb isə sadədir. Sülh sazişi iki ölkə arasında imzalanan sənəddir. Yəni, biz sazişi Paşinyanla yox, Ermənistanla imzalamaq niyyətindəyik və belə olan halda təkcə Paşinyanın ölkəmizin ərazi bütövlüyünü tanıması və ölkəmizə qarşı ərazi iddialarının olmaması ilə bağlı bəyanatları yetərli deyil. Ermənistanın ana qanununda Azərbaycana qarşı ərazi iddiaları qaldıqca imzalanacaq hər hansı bir sənədin də hüququ əhəmiyyəti olmayacaq. Odur ki, Ermənistanın bu təxribatlarının hər hansı nəticəsi olmayacaq. Əksinə əgər təxribatlar davam edəcəksə, mütləq şəkildə cavab tədbirləri də görüləcək ki, bundan ən çox əziyyət çəkən Ermənistan olacaq" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri