Icma.az
close
up
RU
“Ermənistanın regional təxribatlarının qarşısı alındı MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənistanın regional təxribatlarının qarşısı alındı MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı olduqca vacib idi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, bunun səbəbi ondan ibarətdir ki, istər qonşu Rusiya və İran, istərsə də Fransa və digər Avropa ölkələri bu münaqişənin bölgədə davam etməsində maraqlı idilər: "Onlar həmin ərazilərdəki vəziyyətin sabitləşməsinə deyil, əksinə, gərginliyin davam etməsinə çalışırdılar və hərtərəfli yardım göstərməyə də can atırdılar.

Xatırlayırıq ki, Laçın rayonu ərazisindən Xankəndiyə yönələn xeyli sayda avtomobil karvanı gəlmişdi. Onlar guya “humanitar yardım” gətirirdilər, amma əslində bu siyasi təzyiqin bir forması idi. Azərbaycan dövləti özü kifayət qədər imkanlara malik idi və bu insanları yaşatmaq üçün hər şeyi edirdi.

Antiterror əməliyyatının əsas strateji məqsədi isə Qarabağ bölgəsində qanunsuz silahlı erməni birləşmələrinin zərərsizləşdirilməsi, onların siyasi və hərbi təsir imkanlarının aradan qaldırılması və bununla da Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin bərpa edilməsi idi. Bu əməliyyat eyni zamanda bölgədə daimi sülhün təmin olunması və Ermənistanın regional təxribatlarının qarşısının alınması üçün də həyata keçirilmişdi.

Əməliyyatdan sonra Ermənistanın həmin ərazilərdə saxladığı 10 mindən çox silahlı qüvvə geri çəkildi, silahlarını yerində qoyaraq ərazini tərk etdilər. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa etdi – həm Qarabağda, həm də Şərqi Zəngəzurda. Bu, böyük tarixi əhəmiyyətə malik bir hadisədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Sentyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see218

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see198

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see152

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see149

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see133

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see126

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri