Icma.az
close
up
RU
Ermənistanın mövcud hakimiyyəti sülh müqaviləsini imzalamaq niyyətindədir MÜNASİBƏT BİLDİRİLDİ

Ermənistanın mövcud hakimiyyəti sülh müqaviləsini imzalamaq niyyətindədir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Artıq bu ilin 13 mart tarixində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bütün maddələri razılaşdırılıb. Ermənistan son iki maddəyə də razılıq verərək bəyan etdi ki, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Lakin Azərbaycan haqlı olaraq qeyd etdi ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı torpaq iddiaları mövcuddur və bu müddəa aradan qaldırılmalıdır. Həmçinin ATƏT-in Minsk Qrupunun ləğvi də Ermənistan tərəfindən Azərbaycanla birlikdə rəsmən təsdiqlənməlidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib.

Onun sözlərinə görə, sonrakı danışıqlarda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etdi ki, ATƏT-in Minsk Qrupunun ləğv olunması sülh müqaviləsinin imzalanması zamanı rəsmi şəkildə təsdiqlənəcək: "Bu, tərəflər arasında razılaşdırılmış məsələlərdən biridir. Lakin Ermənistan Konstitusiyasında dəyişiklik hələ baş verməyib, çünki bu yalnız referendum yolu ilə mümkündür. Bu prosesin 2025-ci ilin iyun ayından tez baş tutması real görünmür, çünki həmin vaxt ölkədə parlament seçkiləri keçiriləcək. Seçkilərdə Paşinyanı hakimiyyətdən devirmək istəyən qüvvələrin ciddi mübarizə aparacağı gözlənilir. Bu səbəbdən də son vaxtlar Ermənistan-Azərbaycan sərhədində təxribatlar artıb. Bu təxribatlara Avropa İttifaqının mülki missiyası da dolayısı ilə qoşulur. Onlar sərhəddə müşahidələr apararaq kəşfiyyat xarakterli fəaliyyət göstərir, bu da Azərbaycan-Ermənistan münasibətlərinə mənfi təsir göstərir".

Siyasi şərhçi qeyd edir ki, hazırda Ermənistanın mövcud hakimiyyəti sülh müqaviləsini imzalamaq niyyətindədir və bu addımı öz siyasi uğuru kimi təqdim etmək istəyir: "Digər tərəfdən, Paşinyan eyni zamanda Rusiya ilə də əlaqələri gücləndirməyə çalışır. ABŞ-da Trampın hakimiyyətə qayıdışı ilə Rusiyaya müəyyən dəstəyin artması fonunda, Paşinyan hakimiyyəti Moskva ilə gizli diplomatik təmaslar qurmağa başlayıb. Lakin o, qərblə əlaqələri də tam kəsmir və Ermənistan parlamenti artıq Avropa İttifaqına üzvlüklə bağlı bəzi qanunvericilik dəyişikliklərini qəbul edib. Bu isə Rusiyanın ciddi narazılığına səbəb olub. Rusiyanın Baş nazir müavini bəyan edib ki, Ermənistan ya Avropa İttifaqını, ya da Avrasiya İqtisadi Birliyini seçməlidir – hər iki qurumla eyni vaxtda inteqrasiya mümkün deyil.

Bütün bu siyasi proseslər fonunda Ermənistan daxilində ciddi mübarizə gedir. Azərbaycan isə dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi vacibdir. Bu dəyişiklik baş verdikdən sonra rəsmi sülh sazişi imzalana bilər.

Hesab edirəm ki, Ermənistan xalqının böyük əksəriyyəti artıq uzun illərdir davam edən müharibə və qarşıdurmalardan yorulub. Onlar revanşist qüvvələrə dəstək verməyəcəklər. Hərçənd, belə qüvvələrin cəmiyyətdə müəyyən təsiri hələ də qalır və onlar ölkədə qarışıqlıq yaratmağa çalışırlar. Lakin ümid edirəm ki, gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərində Ermənistan vətəndaşları sülhə və reallığa səs verəcəklər. Bu halda revanşist qüvvələrin hakimiyyətə gəlməsi mümkün olmayacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 May 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri