Icma.az
close
up
RU
Ermənistanın daha qaçacağı yer qalmadı RƏY

Ermənistanın daha qaçacağı yer qalmadı RƏY

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Konstitusiya dəyişikliyi və yekun sülh sazişi yaxın günlərdə reallaşa bilər


Ermənistanın Konstitusiya İslahatları Şurası yaxın vaxtlarda ölkənin yeni Konstitusiyasının hazırlanması ilə bağlı iclaslar keçirəcək. Şura uzun fasilədən sonra bir neçə həftə əvvəl ilk iclasını keçirib. Xatırladaq ki, bu ilin fevralında Paşinyan vətəndaşlara müraciətində Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi üçün ümumxalq referendumunun keçirilməsinin zəruriliyini vurğulamışdı. Daha əvvəl Ermənistan hökumətinin nümayəndələri 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər Konstitusiyanın yeni mətninin hazırlanmasının planlaşdırıldığını bildirmişdilər. 

"Hraparak" qəzeti də məlumat yayıb ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı növbəti tələbinə razılıq verib. Nəşr bildirib ki, söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadən Ermənistan Konstitusiyasından çıxarılmasından gedir: "Bunu Vaşinqton Sazişinin birinci bəndi sübut edir". Qeyd edək ki, 8 avqust tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında görüş zamanı iki ölkə arasında sülh sazişinin mətni paraflanıb. Prosesin sürətlə başa çatması üçün isə Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Prezident İlham Əliyev görüşün ardından mediaya verdiyi müsahibədə prosesin yubadılmamalı olduğunu bildirib: "Şübhə etmirəm ki, Ermənistan konstitusiyası dəyişiləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə, Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Çünki hər kəs bilir və bizim mövqeyimiz demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar tərəfindən, o cümlədən Amerika Birləşmiş Ştatlarından anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır". Məlumat üçün bildirək ki, Ermənistan konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var. Ermənistanda bir neçə dəfə konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad edilən maddələr dəyişdirilməyib. 


Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri, hüquqşünas Ramil İskəndərli "Sherg.az"a deyib ki, Vaşinqton görüşü zamanı imzalanmış Birgə Bəyanatda sülh sazişinin imzalanması üçün maneə törədə biləcək halların aradan qaldırılması nəzərdə tutulur. Ekspert vurğulayıb ki, Birgə Bəyanat Ermənistan Respublikasının Konstitusiyasında müvafiq dəyişikliyin edilməsini də özündə ehtiva edir: 

"Vaşinqtonda əldə olunan razılaşmadan bir neçə gün sonra Ermənistanda konkret addımların atılması, prosesin başlaması tamamilə normaldır. Əslində bu, Ermənistan tərəfindən hansısa humanitar jest deyil. Bu, İrəvan hökumətinin üzərinə götürdüyü bir öhdəlikdir. Ermənistan baş naziri imzaladığı sənədə əsasən üzərinə öhdəliklər götürüb. Məlumdur ki, Azərbaycan Respublikasının İrəvan qarşısında irəli sürdüyü iki önəmli şərtdən biri Konstitusiyada yer alan ərazi iddiaları ilə bağlı bəndlərin birdəfəlik aradan qaldırılmasıdır. Digər şərt isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır və bu məsələ Birgə Bəyanatda öz əksini tapdı. Tərəflər Minsk qrupunun ləğvinə dair ATƏT-ə birgə müraciət hazırlayırlar. Yaxın günlərdə müraciət göndəriləcək. Bu məsələlər Azərbaycanın birmənalı mövqeyinin ortaya qoyulması, qorunması və qeyd-şərtsiz qəbul edilməsi ilə nəticələndi. Əminəm ki, Ermənistanda yaxın dönəmdə konstitusiya dəyişikliyi baş verəcək və lazım olan müddətdə yekun saziş imzalanacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Avqust 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri