Icma.az
close
up
RU
Ermənistanın mina terroruna davam etməkdə israrlıdır RƏY

Ermənistanın mina terroruna davam etməkdə israrlıdır RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

İşğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində aprelin 2-də mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.


Hərbi ekspert Azər Bayramov "Sherg.az"a deyib ki, Ermənistanın mina terroru ilə bağlı fəaliyyəti hələ də davam etməkdədir:


"Ermənistan məhz İkinci Qarabağ müharibəsinə qədər işğal etdiyi əraziləri kütləvi şəkildə minalayırdı. 44 günlük müharibədən sonra Ermənistan tərəfinin beynəlxalq hüquqa uyğun olaraq rəsmən öhdəliyi var idi ki, minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil versin. Lakin bunu müşahidə etmədik. Rəsmi İrəvan beynəlxalq ictimaiyyəti aldatmaq və hüquqi məsuliyyətdən yayınmaq üçün absurd iddialara irəli sürdü. Hansı ki, həmin xəritələrin onlarda olmadığını bildirdilər. Sonradan rəsmi səviyyədə bəlli oldu ki, müəyyən xəritələr Ermənistandadır. Eyni zamanda onlardan Azərbaycan tərəfinə verilənlər sadəcə 20-25% təşkil edir. Bütün bunlar ondan xəbər verir ki, Ermənistan yenə də öz riyakar ampulasında davam etməkdədirlər. Hətta bu azmış kimi Vətən müharibəsindən sonra Qarabağda yerləşən ermənilərə məhz humanitar məqsədlər üçün yol verilmişdi. Onlar yenə də öz xislətlərinə uyğun olaraq həmin yolda qeyri-qanuni şəkildə istehsal ili 2020-ci ildən sonraya məxsus minaları gətirərək Azərbaycan ərazilərini minalamağa başladılar. Ordumuza, məhz infrastruktura, mülki vətəndaşlara, həmin ərazilərdə işləyən polislərə qarşı bu cür təxribatçı fəaliyyətlər dövlətimizi antiterror əməliyyatları keçirməyə məcbur qoydu. Digər tərəfdən Ermənistanın mina terroruna davam etməkdə israrlı olduğu açıq-aydın görünməkdədir".


Ekspertin sözlərinə görə, rəsmi İrəvanın xəritələrin onlarda olmadığı ilə bağlı iddiaları yalandır:

"Çünki ermənilərin bu ərazilərdə yaşadığı zaman onların heç bir şəkildə minaya düşdüyünü görmədik. Beynəlxalq Hüquq müstəvisində Aktau anlaşmasına uyğun olaraq 150-yə yaxın ölkə minalardan imtina edib. Lakin Ermənistan bu anlaşmaya qoşulmayıb. Bu gün mina istehsal edən 12 ölkə var. Özünün miqyasına və dövlət olaraq çapına baxdığımız zaman həmin ölkələrdən biri Ermənistandır. Təəssüf ki, bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətdən hər hansı təzyiqi müşahidə etmirik. Eyni zamanda Azərbaycanla Ermənistanın şərti sərhədində, məsələn Qazax istiqamətində kəndlərimizin qaytarılmasından sonra da minalanma fəaliyyətinin şahidi olduq. Ümumiyyətlə Ermənistan anladığı dildə, yalnız təzyiqlər vasitəsilə bu xəritələri Azərbaycan tərəfinə verə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri