Icma.az
close
up
RU
Ermənistanın “dəhliz” qorxusu: Bakı güzəştə getmir, İrəvan ifadə axtarır

Ermənistanın “dəhliz” qorxusu: Bakı güzəştə getmir, İrəvan ifadə axtarır

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fuad Abbasov: “Erməni mətbuatı Paşinyanı Azərbaycanın təsiri altında göstərməyə çalışır”



İrəvanda adının nə qoyulmasından asılı olmayaraq, Ermənistan Baş naziri Nikol Paşinyanın razılaşdığı layihə Azərbaycan Prezidenti İlham Əliyevin tələb etdiyi Zəngəzur dəhlizidir.

Bu barədə “Past” qəzeti məlumat yayıb.

Nəşr yazıb ki, Ermənistan Baş naziri yolun adı ilə bağlı Bakı ilə mübahisə etməyə çalışsa da, Azərbaycan lideri bu məsələdə güzəştsizdir.

Həmçinin mənbə qeyd edib ki, Nikol Paşinyan yol üzərində Bakının tələb etdiyi nəzarət üsulları ilə razılaşır:

“Baş nazir Bakının Azərbaycan vətəndaşlarının Naxçıvana və əks istiqamətə gedərkən Ermənistan sərhədçiləri ilə qarşılaşmamaları tələbini yerinə yetirmək üçün yollar axtarır və hətta həmin hissənin ekstraterritorial statusda olmasına hazırdır. Onun Əliyevdən xahiş etdiyi yeganə şey “Zəngəzur dəhlizi” ifadəsini işlətməyi dayandırmaqdır, amma Azərbaycan lideri bu məsələdə güzəştsizdir. İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən sammitində verdiyi mesajlar da bunu göstərir”.

Məqalədə bildirilib ki, Nikol Paşinyan İlham Əliyevdən marşrutun “Tramp yolu” və ya TRIPP adlandırılmasını xahiş edir. Amma indiyədək istədiyi cavabı ala bilməyib.

“Lap Bakıda nə vaxtsa “Zəngəzur dəhlizi” sözü işlədilməsə belə, Ermənistan hökumətinin razılaşdığı layihə, hətta onu “Böyük Tiqran” adlandırsanız belə, bu, Əliyevin Zəngəzur dəhlizi layihəsidir”, - nəşr vurğulayıb.


Politoloq Fuad Abbasov Sherg.az-a bildirib ki, “Past” qəzeti Paşinyana müxalif olan bir qrupun nəşr orqanıdır:


"Buna görə də qəzet Paşinyanın atdığı hər bir addımda qüsur axtarmağa çalışır. Qəzetdə verilən sitat da, əslində, Paşinyanın guya Azərbaycanın tələbləri qarşısında geri addım atdığı, ona boyun əydiyi və Bakının təsiri altına düşdüyü təəssüratını yaratmaq məqsədi daşıyır. Lakin gerçək mənada Paşinyan regionda sülhün bərqərar olması, yəni Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün Azərbaycanın irəli sürdüyü müxtəlif tələbləri müəyyən qədər yerinə yetirməyə çalışır. Bununla belə, Ermənistan tərəfi Azərbaycanın əsas tələblərindən biri olan “dəhliz” ifadəsini qəbul etmir və onun əvəzində “yol”, “marşrut” və ya digər terminlərdən istifadə olunmasını istəyir. “Past” qəzetinin bu cür yanaşmasının əsas məqsədi isə, bir tərəfdən, Ermənistan ictimaiyyəti qarşısında Paşinyanı nüfuzdan salmaq, digər tərəfdən isə Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa yönəlib. Çünki bu qəzet Paşinyana qarşı çıxan siyasi qüvvələrin mövqeyini ifadə edir. Eyni zamanda, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatında səsləndirdiyi çıxışlarda “dəhliz” sözündən imtina etməməsi və Ermənistanın bu məsələdən narahatlıq keçirməsi də anlaşılandır. Çünki “dəhliz” anlayışı, ümumi mənada, ərazi üzərində eksteryal suverenliyin məhdudlaşdırılması mənasına gəlir. Ermənistan ictimaiyyətində belə bir təsəvvür formalaşıb ki, “Zəngəzur dəhlizi” ifadəsi işlədildiyi halda, Sünik bölgəsinin ölkə ilə əlaqəsi zəifləyəcək və bu, Azərbaycan üçün strateji üstünlük yaradacaq. Həmçinin, bu hal Ermənistan-İran sərhədinin təhlükə altına düşməsi kimi qiymətləndirilir. Ermənistan isə İranı həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan öz müttəfiqi hesab edir. Ermənistan tərəfi düşünür ki, əgər dəhliz yaradılarsa, bu yol tam şəkildə Azərbaycanın nəzarətində olacaq və nəticədə İranla Ermənistan arasındakı quru əlaqə kəsiləcək. Bundan əlavə, Ermənistanın narahatlığı ondan ibarətdir ki, bu halda ölkə həm şərqdən, həm də qərbdən Azərbaycan və Türkiyə ilə əhatələnəcək. Üstəlik, yalnız Gürcüstanla əlaqəsi qalacaq. Lakin Ermənistan–Gürcüstan münasibətləri də nə çox yaxın, nə də çox soyuq səviyyədədir".


Analitik əlavə edib ki, erməni cəmiyyətinin qorxusu ondan ibarətdir ki, “dəhliz” termini rəsmi şəkildə qəbul edilərsə, gələcəkdə – 20, 30, hətta 50 il sonra Ermənistan öz suverenliyini tam itirmək təhlükəsi ilə üz-üzə qala bilər:

"Buna görə də Ermənistan hökuməti, xüsusilə baş nazir Paşinyan, Azərbaycan Prezidentinin “dəhliz” ifadəsini işlətməməsi üçün çalışır.

Lakin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının iclasında çıxışı zamanı, xüsusilə II Qarabağ müharibəsinin nəticələrinə toxunaraq, “dəhliz” anlayışından imtina edilməyəcəyini, bu məsələdə həm İrana, həm də Ermənistana açıq mesajlar verdiyini bildirib. O, Türk dünyasının dəstəyini vurğulayaraq qeyd edib ki, Azərbaycan “dəhliz” məsələsini sona qədər gündəmdə saxlayacaq və bu tələbdən geri çəkilməyəcək – Ermənistanın bunu qəbul edib-etməməsindən asılı olmayaraq. Ermənilər üçün “dəhliz” ifadəsi sadəcə bir yol deyil, onların özgüvəninə, təhlükəsizliyinə və dövlət kimi mövcudluğuna yönəlmiş potensial təhdid simvoluna çevrilib. “Past” kimi mətbu orqanlar isə bu qorxunu ictimai şüura hopduraraq, Paşinyan hökumətinə qarşı növbəti bir təzyiq səbəbi yaratmağa çalışırlar. Prezident İlham Əliyev isə daha əvvəl də bəyan etdiyi kimi, Zəngəzur dəhlizi ya sülh yolu ilə, ya da başqa vasitələrlə həyata keçiriləcək, və biz bu prosesin şahidi olacağıq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Oktyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri