Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Ermənistanın xilas yolu Azərbaycandan keçir

Ermənistanın xilas yolu Azərbaycandan keçir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın Qərb dəyərlərinə söykəndiyi bildirilən Avropa İttifaqına inteqrasiya istəkləri fiaskoya uğramaqdadır. Artıq bununla bağlı Cənubi Qafqazın ictimai rəyində oturuşmuş mövqe var. Əslində, mövcud istiqamətdəki düşüncələr lap əvvəldən də yaranmışdı. ABŞ-da hakimiyyət dəyişikliyi və Prezident Donald Trampın tutduğu mövqe, o cümlədən, onun anti-Avropa kursu bu qənaətləri möhkəmləndirdi.

Bəli, hazırda “Köhnə qitə”də yaşanan hadisə və proseslərə nəzər salanda, ortaya belə bir sual çıxır: Ermənistanın Qərbə inteqrasiyası nə dərəcədə əsaslıdır və bu, indiki halda ölkə üçün vacibdirmi? Hərçənd, bəri başdan “Avropa sevdasının” ona risklər yaratdığını söyləyə bilərik. Rəsmi İrəvanın siyasi kurs dəyişikliyi, Rusiyanı Qərblə əvəzləməsi öz yerində. Ən böyük risk budur ki, Ermənistanın Avropaya inteqrasiyası şüurlu deyil, kortəbii prosesdir. Rəsmi İrəvan qitəni erməni avantürizmi üçün sipər kimi görür, Avropaya özü ilə problem aparır. Bəs ikinciyə problem lazımdırmı? Onsuz da çətinliklər içərisindədir. Hələ ac-yalavac ermənilərin Avropaya qaraçı köçünə bənzər axınından danışmırıq. Ermənistanın “Avropa sevdası” həm

də ona görə əhəmiyyətsiz məsələyə çevrilir ki, ikincinin tapındığı sistem sıradan çıxır. O sistem ki, erməni təəssübkeşliyini də özündə yaşadırdı. Diqqət yetirək, kanslar Olaf Şolts Almaniyada seçkilərdə məğlubiyyətə uğrayıb. Bunun özü Aİ-nin siyasi mənzərəsinin gözümüzün qarşısında necə dəyişdiyinin bariz nümunəsidir. Hələ Şolts, müəyyən qədər, abırlıdır. Çünki seçkiləri səssizcə uduzdu və istefasını etiraf etdi. Qalib isə Fridrix Merzin Xristian Demokratlar Partiyası oldu. Merz kanslerliyə hazırlaşır. Ölkədə seçkilərdə ikinci yeri ABŞ-da dəstəklənən sağçı AFD tutdu. Yeri gəlmişkən, Şoltsun partiyası prosesdə üçüncülüklə kifayətləndi.

Qeyd edək ki, Avropanın əsas ölkəsi sayılan Almaniyada sağçıların və avroskeptiklərin yüksəlişi Aİ-nin birliyini və onun yeni ölkələrə inteqrasiya imkanlarını sual altına alır. Əgər yaxın vaxtlara qədər Brüsseldə kursu avropapərəst siyasətçilər diktə edirdilərsə, indi fərqli mənzərənin şahidiyik. Seçicilər getdikcə daha çox sərt miqrasiya siyasətini, milli maraqların müdafiəsini və milli yönümlü liderləri seçirlər.

Avropanın daha bir mühüm ölkəsi və Ermənistanı müdafiə edən Fransaya gəldikdə, tam qətiyyətlə demək olar ki, hazırda ölkə prezidenti Emmanuel Makronun şəxsində bütövlükdə Makronizmin iflası yaşanmaqdadır. Sadə fransızlar hazırkı iqtidarın yeritdiyi siyasətin əlindən təngə gəliblər. Bunu onların həyata keçirdikləri çoxsaylı etiraz aksiyaları və nümayişlər də təsdiqləməkdədir. İndidən deyə bilərik ki, Makron qarşıdan gələn seçkilərdə uğur qazanmayacaq. Onun partiyasının Avropa Parlamentinə seçkilərdəki məğlubiyyəti də bunu söyləməyə əsas verir.

Bəli, bu hadisələr fonunda Ermənistanın Aİ-nin orbitində möhkəmlənmək cəhdləri, yumşaq desək, nəticəsizdir. Avropaya sözdə açıq olan qapılar, əslində, sualtı qayığın kupeləri kimi hermetik qapalıdır. Artıq aydındır ki, Aİ Ermənistanın tam inteqrasiyasını müzakirə etməyə belə hazır deyil. Xatırladaq ki, qurumun xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano da bildirib ki, Ermənistan–Aİ danışıqlarının təşkilata üzvlüyə namizədlik ehtimalı ilə heç bir əlaqəsi yoxdur. Hətta namizədlik ehtimalı belə yoxdursa, deməli, hər şey baş nazir Nikol Paşinyan iqtidarının səs-küylü təqdimatlarındakı kimi pozitiv deyil. Digər tərəfdən, daha real namizədlər, o cümlədən, Ukrayna və Moldova artıq ciddi maneələrlə üzləşirlərsə, Ermənistandan söz açmağa belə dəyməz.

Əslində, Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin Ukraynaya dəstək sammiti də təşkilatda daxili böhranın mövcudluğunu göstərdi. Qurumun ali nümayəndəsi Kaja Kallas Ukrayna bayrağının rənglərinə bürünərkən, Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp gözlənilmədən münaqişənin sülh yolu ilə həllinə ehtiyacın duyulduğunu bəyan etdi. Avropalıların getdikcə daha çox sülhdən danışmaları isə təəccüblü deyil. Xüsusən Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın telefon danışıqlarından və Ər-Riyaddakı Rusiya–Amerika məsləhətləşmələrindən sonra Avropa üçün qırmızı işıq görünür. İndi qitə dövlətləri obrazlı desək, möhkəm döyülmüş, amma hikkəsindən döyüldüyünü etiraf edib məğlubiyyətlə barışmayan balaca uşağa bənzəyirlər. “Uşaqların” sırasında isə ermənipərəstlər yetərincə çoxdur. Deməli, Ermənistan iqtidarı üçün də siyasi aqoniya qaçılmazdır. Paşinyan və komandası kimdən, hansı dövlətdən dəstək alacaq? Avropalıların özünə dəstək lazımdır. Nikol sadə ermənilərə hansı müqəddəsliyi təlqin edəcək? Axı Avropa dəyərləri yerlə birdir.

Onu da deyək ki, Ukrayna İrəvan üçün ciddi siqnala çevrilməlidir. Uzun illərdir ki, Kiyev iqtisadi və hərbi dəstəyə arxalanaraq, Qərblə əlaqələr qururdu. Amma indi yeni siyasi reallıq bu ittifaqın perspektivlərini sual altına alır. Donald Tramp açıq şəkildə bəyan edir ki, Vaşinqton ya Kiyevə yardımı əhəmiyyətli dərəcədə azaldacaq, ya da onu dəstək üçün yüzlərlə dəfə çox ödəməyə məcbur edəcək. İndi Ukraynanın Amerikaya bütün sənayesini və mineral ehtiyatlarını verəcəyini söyləmək mümkündür. Ekspert dairələri bunu Prezident Volodimir Zelenski üçün itirdiyi müharibənin bəraəti kimi qiymətləndirirlər. Belə olan durumda əminliklə vurğulaya bilərik ki, hazırkı Ermənistan hakimiyyətinin dünya düzənində baş verən əsaslı dəyişikliklər fonunda Aİ-yə inteqrasiya istəyi adi yox, ölkəyə çox baha başa gələ biləcək strateji səhvdir.

Ən acınacaqlısı isə budur ki, Ermənistan öz xilas yolunu görə bilmir. Onun xilas yolu isə Azərbaycanla səmimi münasibətlərin qurulmasında, avantürizmdən əl çəkərək ölkəmizin bütün şərtlərini qəbul etməsindədir. Nəzərə alaq ki, İrəvanın rəsmi Bakı ilə münasibətləri qaydasına salması onun bütövlükdə regional əməkdaşlıq konturlarını normallaşdıracaq, oturuşmuş məcraya salacaq. Paşinyan iqtidarı anlamalıdır ki, erməni xalqına Avropaya vizasız gedib bulka yemək yox, sistemli və dayanıqlı gəlir, bir sözlə insan kimi yaşamaq lazımdır.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri