Icma.az
close
up
RU
Ermənistanın mədən sənayesi bütün Cənubi Qafqaz regionu üçün təhlükə mənbəyidir ŞƏRH

Ermənistanın mədən sənayesi bütün Cənubi Qafqaz regionu üçün təhlükə mənbəyidir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 may, AZƏRTAC

Mədən və metallurgiya sənayesinin sürətlə genişlənməsi fonunda Ermənistanda, xüsusilə su ehtiyatları ilə bağlı sahələrdə ətraf mühitin çirklənməsi ciddi problemə çevrilib. Ağır metalların çay sistemlərinə nəzarətsiz axıdılması su bioçeşidliyinə və insan sağlamlığına ciddi təhlükə yaradır və bu, təcili elmi tədqiqatlar və siyasi tədbirlər tələb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, ağır metallarla çirklənmə nəticəsində yaranan ekoloji risklər Gürcüstan və Azərbaycan ərazisindən keçən Debed (Pəmbək) çayının ekosistemində də müşahidə olunur. Ermənistanlı alimlərin apardığı araşdırmalara əsasən, 2013-2014-cü illərin yaz və yay aylarında Debed çayı hövzəsinin yüksək riskli sahələrindən götürülən su nümunələri yaxınlıqdakı mədənlərin təsirinə məruz qalıb. Bu çay Gürcüstan və Azərbaycan sərhədini keçərək Kür çayı ilə birləşir və nəhayət Xəzər dənizinə tökülür.

“Ermənistanın Axtala və Alaverdi mədənlərinin sənaye fəaliyyəti nəticəsində Debed çayı ətrafında formalaşan zəhərli tullantı hovuzları ilə bağlı "epress.am" informasiya portalı tərəfindən yayımlanan son foto və videomateriallar ciddi həyəcan siqnalıdır. Kadrlar ətraf mühit üzrə normalara əməl olunmadığını və rekultivasiya tədbirlərinin aparılmadığını açıq şəkildə nümayiş etdirir. Bu faktlar bir daha göstərir ki, Ermənistanın mədən sənayesi yalnız yerli deyil, bütün Cənubi Qafqaz regionu üçün təhlükə mənbəyidir. Biz Ermənistanın "İcma Müqaviməti və Töhfə Mərkəzi" adlı QHT-sinin Axtala və Alaverdi mədənləri ilə bağlı qaldırdığı məsələni və ətraf mühitin, ərazidəki yaşayış məntəqələrində əhalinin sağlamlığının qorunmasına yönəlmiş təşəbbüslərini yüksək qiymətləndiririk”, - deyə P.Vəliyeva bildirib.

Deputatın sözlərinə görə, aparılan tədqiqatlar nəticəsində bu su hövzələrində ağır metalların yüksək miqdarda olduğu müəyyən edilib: “Vəziyyət sənaye fəaliyyətləri və tullantıların düzgün idarə olunmaması ilə birbaşa əlaqələndirilir. Bəzi bölgələrdə çirklənmənin səviyyəsi o qədər yüksəkdir ki, yalnız su canlılarına deyil, məişət ehtiyacları üçün çay sularından istifadə edən insan sağlamlığına da təhlükə yaradır.

Əhəmiyyətli müşahidələrdən biri fitoplankton növlərinin müxtəlifliyinin azalmasıdır. Fitoplankton su ekosisteminin əsas elementlərindən biridir və bu itki çay ekosistemlərində bioloji tarazlığı və məhsuldarlığı pozur. Tədqiqat bioloji müxtəlifliyin itkisinin ağır metallarla çirklənmə ilə birbaşa əlaqəli olduğunu göstərir.

Bu məlumatlar Ermənistanın çay sistemlərində daha güclü ekoloji tənzimləmə, tullantıların idarə olunmasının təkmilləşdirilməsi və davamlı monitorinq ehtiyacını bir daha vurğulayır. Əgər vaxtında və ciddi müdaxilə edilməzsə, ekosistemlərin, onlardan asılı olan icmaların uzunmüddətli təhlükəsizliyi risk altına düşəcək”.

EPF Koalisiyasının bu çirklənməni “qəbuledilməz” adlandıraraq beynəlxalq müdaxiləyə çağırış etdiyini vurğulayan P.Vəliyeva qeyd edib ki, koalisiya tərəfindən Ermənistanın mədən əməliyyatlarının yaratdığı ətraf mühit zərərini interaktiv şəkildə əks etdirən xəritə hazırlanıb. 13 ölkədən olan QHT-lər, ekoloji fəallar, jurnalistlər beynəlxalq təşkilatlar və ekoloji konvensiyalara müraciət ünvanlayaraq müdaxilə tələb ediblər. Məsələ ilə bağlı yalnız Azərbaycan vətəndaş cəmiyyəti deyil, Ermənistanın özündə fəaliyyət göstərən təşkilatlar da narahatdır. Müraciətlər BMT-nin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Konvensiyasına (Espoo Konvensiyası) və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) ünvanlanıb ki, bu da Cənubi Qafqazda ekoloji təsirlərin beynəlxalq hüquq çərçivəsində araşdırılmasını təmin etməyi hədəfləyir.

“Espoo Konvensiyasına əsasən, dövlətlər transsərhəd ekoloji təsiri ola biləcək layihələrlə bağlı qonşu ölkələrlə məsləhətləşməli və təsir qiymətləndirməsi aparmalıdırlar. Ortaq su hövzələrinin yaxınlığında şəffaflıq və hesabatlılıq olmadan mədənlərin fəaliyyətini davam etdirmək bu konvensiyanın şərtlərini açıq şəkildə pozur.

Bütün bu çağırışlara baxmayaraq, Ermənistan tərəfindən hələ də adekvat cavab verilməyib. Beynəlxalq təşkilatlar və regional tərəfdaşlar təcili tədbirlərin görülməsini tələb etməlidir. Əsas hədəf Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərinin bütün təsirlənmiş tərəflərlə paylaşılması və Xəzər dənizi regionuna təsir edən çirklənmə səviyyələrinin müstəqil şəkildə monitorinqinə şərait yaradılmasıdır”, - deyə Pərvanə Vəliyeva vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri