Icma.az
close
up
RU
Ermənistanın dağ mədən sənayesi bütün bölgə üçün ekoloji təhlükədir

Ermənistanın dağ mədən sənayesi bütün bölgə üçün ekoloji təhlükədir

525.az saytına istinadən Icma.az xəbər verir.

Fəaliyyət göstərdiyi sahədə kifayət qədər nüfuzlu sayılan Environmental Protection First (EPF) Koalisiyası Pəmbək (Debed) çayı ətrafında yaranmış ekoloji fəlakətlə əlaqədar bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu günlərdə "epress.am" informasiya saytının Ermənistanın Axtala və Alaverdi mədənlərinin sənaye fəaliyyəti nəticəsində Pəmbək (Debed) çayı ətrafında zəhərli tullantı sularının toplandığı hövzələrin meydana gəlməsi barədə yaydığı foto və video materiallar növbəti həyəcan siqnalıdır. Təsvirlər ərazidə ekoloji normaların gözlənilməməsi, rekultivasiya tədbirlərinin görülməməsi barədə aydın təsəvvür yaradır. İctimailəşmiş faktlar bir daha göstərir ki, Ermənistanın dağ-mədən sənayesi ilə fəaliyyəti bütün bölgəni ekoloji təhlükəyə atır: "Biz Ermənistanın "İcma Müqaviməti və Töhfə Mərkəzi" QHT-sinin Axtala və Alaverdi mədənləri ilə əlaqədar qaldırdığı məsələni, ətraf mühitin və ərazidə yerləşən yaşayış məntəqələrində insanların sağlamlığının qorunması üçün təşəbbüslərini təqdir edirik. Yayılmış məlumatlardan aydın olur ki, Alaverdi mədəni ətrafındakı tərkibində arsen olan böyük ərazini əhatə edən tullantı poliqonu Ermənistanda dövlətə məxsus olsa da, ərazidə heç bir tədbir görülmür. Bu faktlar bir daha göstərir ki, Ermənistan hakimiyyəti kobud ekoloji pozuntularla müşayiət olunan dağ-mədən sənayesi fəaliyyətini dayandırmaq niyyətində deyil. Environmental Protection First (EPF) Koalisiyası olaraq, "İcma Müqaviməti və Töhfə Mərkəzi" QHT-sini, "epress.am" informasiya saytının redaksiyasını ərazidə beynəlxalq ekspertiza, monitorinq təşkil etməyə dəvət edirik.Environmental Protection First (EPF) Koalisiyasının peşəkar mütəxəssisləri Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinqlər keçirməyə hazırdır. Biz Ermənistanın Baş naziri Nikol Paşinyanı bir daha vətəndaş cəmiyyətinin tələblərinə diqqət yetirməyə, Ermənistanın dağ-mədən müəssisələrinin qapılarını Azərbaycan ekoloqları daxil olmaqla, beynəlxalq monitorinq qrupunun üzünə açmağa çağırırıq".

Qeyd edək ki, bu yaxınlarda "Ermənistan Ekoloji Cəbhəsi" də sosial mediada həyəcan təbili çalıb ki, Ermənistanda Dastakert mədəninin yaxınlığındakı yaşayış məntəqəsi xarabaya çevrilib, burada əhali 30 dəfə azalaraq 200 nəfərə enib. Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələrini araşdıran "Environmental Protection First" (EPF) Koalisiyasının tərtib etdiyi interaktiv rəqəmsal xəritədə göstərilir ki, həmin mis-molibden xammal yatağı "Molibdeny Ashxarh" LLC şirkəti tərəfindən istismar olunub.

Koalisiyanın həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədovun sözlərinə əsasən, Ermənistan Araz çayında ekoloji çirklənmə ilə bağlı monitorinqlərin keçirilməsinə şərait yaratmalıdır. Onun sözlərinə görə, Ermənistanın özündə belə vətəndaş cəmiyyəti təşkilatları bu məsələ ilə bağlı mövqelərini açıqladıqlarına görə ciddi təzyiq və təqiblərə məruz qalıblar: "Biz vətəndaş cəmiyyəti olaraq Ermənistanı monitorinqlərin keçirilməsinə şərait yaratmağa çağırırıq. Bu monitorinqdə beynəlxalq bitərəf ekspertlər və azərbaycanlı mütəxəssislər də iştirak etməlidirlər".

Koalisiyanın həmtəsisçisi, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, millət vəkili Pərvanə Vəliyeva isə qeyd edib ki, Ermənistanın ekoterroru həm Cənubi Qafqaz, həm də digər ölkələr üçün böyük təhdiddir. Ermənistanın transsərhəd çaylarını çirkləndirməsi BMT-nin Espoo (Ətraf Mühitə təsirin ölçülməsi) Konvensiyasının tələblərini ciddi şəkildə pozur. Onun sözlərinə görə, dünyanın 70-ə yaxın ölkəsindən, o cümlədən Ermənistanın qeyri-hökumət təşkilatları dağ mədən sənayesinin transsərhəd çaylarını çirkləndirilməsinə göz yumduğuna görə Ermənistan hökumətinə müraciətlər edib, narahatlıqlarını ifadə ediblər: "İranın "Pəyam-e ma" adlı ekoloji qəzetində yayımlanan son hesabat Araz çayında 59 ağır metalın, o cümlədən alüminium, arsen, mis, manqan, molibden, qurğuşun və vanadiumun yüksək konsentrasiyasını göstərib. Bu çirklənmənin əsas mənbəyi Ermənistanın mədən fəaliyyəti hesab olunur. Çayın sahilində yaşayan əhali arasında sağlamlıq problemləri, xüsusilə də mədə xərçəngi hallarının artması müşahidə olunur. Bu ekoloji fəsadlara meşələrin genişmiqyaslı qırılması, dayanıqsız ağac kəsmə, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir".

"Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov bildirib ki, Ermənistan ərazisində fəaliyyət göstərən "Əkərək" (Aqarak) mis-mədən kombinatından çıxan kimyəvi tullantılar birbaşa Araz çayına axıdılır. QHT sədri bu amilin Araz çayı hövzəsinə dağıdıcı təsirindən də danışıb: "13 dövlətdən 30-a yaxın qeyri-hökumət təşkilatı "Environmental Protection First" koalisiyasına qoşulub, Ermənistanın ekoloji standartlara əməl etmədən apardığı işlərə öz etirazını bildirib. Bu təşkilatlar Ermənistan hakimiyyətinə və Ekspo Konvensiyasına açıq müraciət ediblər. Onu da qeyd etmək lazımdır ki, göndərilən məktubların heç birinə cavab verilməyib".

Onun sözlərinə görə, Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına dair xəritə hazırlandı. Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi müəssisələri barədə rəqəmsal xəritə topoqrafik və kosmik əsasdadır: "Xəritənin hazırlanmasında çətinliklərimiz olub. Geoloji xəritələr məxfi olduğu üçün onları əldə etmək çətin idi. Bunun üçün dost ölkələrdən materiallar əldə etmişik. Elektron xəritənin dəqiqliyi çox yüksəkdir. Xəritədə əsas çirkləndiricilər barədə məlumatlar verilib. Məsələn, hansı çaylar çirklənib, hansı xarici və yerli erməni təşkilatları tərəfindən istismar olunur - bu barədə məlumat bolluğu var. Qanuna zidd işləri ifşa etməklə bağlı tədbirlər görülüb. Mədənlərin fotoşəkilləri çəkilib, məlumatlar verilib. Tarixi xəritələr əsasında Qərbi Azərbaycan toponimlərindən istifadə olunub. Yaxın zamanda veb-saytlara yerləşdiriləcək".

"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli qeyd edib ki, Ermənistanın dağ-mədən sənayesi müəssisələri Azərbaycana və Cənubi Qafqazın ekologiyasına zərbə vuracaq fəaliyyətlə məşğuldur: "Artıq beynəlxalq təşkilatlar və Azərbaycan QHT-lərinin çağırışına baxmayaraq, Ermənistan hökuməti Ermənistanın dağ-mədən sənayesinin fəaliyyətinin müasir standartlara uyğun şəkildə qurulması istiqamətində heç bir iş görmür. Ekologiyaya ciddi ziyan vuran müəssisələrə qarşı heç bir tədbir görülmür. Ermənistan hakim elitasının kommersiya maraqları əsas götürülərək ətraf mühit məsələləri maddiyyata qurban verilir. Halbuki "Mədən hasilatı sənayesində şəffaflıq təşəbbüsünün" tələbləri diktə edir ki, Ermənistan ən azı transsərhəd bölgəsində dağ-mədən sənayesinin fəaliyyətini Azərbaycanla razılaşdırmalıdır. Bütün ölkə miqyasında ətraf mühitin qorunması ilə bağlı tədbirlər həyata keçirilməlidir. Dağ-mədən müəssisələri ən yüksək ekoloji standartlara cavab verməlidir. Azərbaycan dəfələrlə bəyan edib ki, hazırda Ermənistan dağ-mədən sənayesinin fəaliyyəti Kürəkçay və Araz çayını qidalandıran çaylarda vəziyyəti daha pis həddə çatdırıb. Kürəkçayda beynəlxalq şirkətlər tərəfindən aparılan monitorinq zamanı bu çayda zərərli tullantıların, maddələrin normadan artıq olduğu müəyyən edilib. Eyni vəziyyət Araz çayında da müşahidə olunur. Ermənilərin Araz çayını çirkləndirməsi Xəzər dənizinə də olduqca mənfi təsir edir. Bununla bağlı Xəzəryanı ölkələr də dəfələrlə öz etirazlarını dilə gətirib. Bütün bu çağırışlara baxmayaraq, ermənilər məlum istiqamətdə heç bir addım atmır. Hətta Ermənistan hökuməti ölkə daxilində fəaliyyət göstərən yerli ekoloji təşkilatlara da təzyiq göstərir. Erməni mediasında da bu məsələ ilə bağlı məlumatların yayılması qadağan olunub. Artıq bu missiyanı Azərbaycan QHT-ləri, ekoloqları öz üzərinə götürüb. Məlum problemlə bağlı beynəlxalq təşkilatlara dəfələrlə müraciət etmişik və ilkin nəticələr də var. Hətta erməni ekoloqları belə bu müraciətləri müzakirə edir".

O əlavə edib ki, "Environmental Protection First" (EPF) Koalisiyasının katibliyi müvafiq qaydalara uyğun olaraq Ermənistanda araşdırma və monitorinq fəaliyyəti həyata keçirməlidir: "Həm aparıcı ölkələr, həm də beynəlxaq təşkilatlar ekoloji məsələ ilə bağlı Ermənistana təzyiq göstərməlidir. Nəzərə almaq lazımdır ki, bu yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqaz, Xəzəryanı ölkələr üçün ciddi problemdir. Ermənistan dağ-mədən sənayəsi faktiki olaraq beynəlxalq nəzarətdən kənar fəaliyyət göstərir. Yaxın gələcəkdə bunun çox ağır nəticələri ola bilər. Bu səbəbdən də Azərbaycan QHT-ləri mütəmadi olaraq məlum hadisəni gündəmə gətirir. Ümid edirik ki, beynəlxalq təşkilatlar da sərt addımlar atacaq".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://525.az
archiveBu xəbər 12 May 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İspaniya La Liqası: Atletiko qələbəni darmadağınla qazandı

11 May 2025 02:29see175

Ümummilli Lider Heydər Əliyevin 102 illiyi Lerikdə qeyd olunub FOTO

12 May 2025 02:02see155

Beton maşını yoldan çıxdı: Əraziyə beton yayıldı VİDEO

11 May 2025 12:32see154

Əlaqələrimiz ən yüksək pillədə

12 May 2025 10:59see150

Messi həyat yoldaşından ayrılacaq?

11 May 2025 06:36see146

Stalin Avropaya hücuma hazırlaşırdı və...

12 May 2025 01:15see145

Nigeriyada toqquşmalarda 23 nəfər öldü

12 May 2025 01:51see141

Ərdoğanla Putin telefonda danışdı Zelenskidən dərhal reaksiya gəldi: Hazıram

11 May 2025 22:17see134

İqtisadçı: Mövcud vəziyyətdə siqaret qiymətləri bahalaşmamalıdır

11 May 2025 17:16see127

Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bağdaddakı səfirliyimiz ziyarət edilib

11 May 2025 18:36see126

Makron Ukrayna planlarından danışıb

11 May 2025 18:45see123

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib YENİLƏNİB

11 May 2025 14:17see120

Karateçilərimizdən 4 medal

11 May 2025 12:49see119

Ürəyin 1 nömrəli dərmanı bu meyvədir

12 May 2025 03:04see118

MPL: Zirə də səfərdə sevindi, Neftçi də

12 May 2025 01:12see118

“El Klasiko”nu “Barselona” qazandı

12 May 2025 01:19see117

Bura o qədər də ciddi yanaşmırıq Qurban Qurbanov

12 May 2025 00:24see117

ABŞ dəhşətli fəlakətlərlə üz üzə Güclü sunami, böyük zəlzələ...

11 May 2025 09:17see116

50 yaşlı kişi alçaya görə öldü KONKRET

12 May 2025 09:41see113

Kiyev bir qarış torpağından belə imtina etməməlidir

11 May 2025 11:05see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri