Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Ermənistanın Metsamor AES i: region və dünya üçün ciddi təhlükə

Ermənistanın Metsamor AES i: region və dünya üçün ciddi təhlükə

Icma.az bildirir, 525.az portalına istinadən.

Qafqazda və dünyanın bizim regiona yaxın olan kifayət qədər böyük bir hissəsində ən ciddi təhlükələrdən biri Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasıdır (AES). Bu stansiya 1970-ci illərdə sovet hökuməti tərəfindən inşa etdirilib və 1986-cı ildə partlamış Çernobıl AES modelindədir. 1988-ci il dekabrın 7-də Ermənistanda 6,8 bal gücündə güclü zəlzələ baş verəndə stansiya da zədələnmişdi. O vaxtdan AES blokundan radioaktiv maddələr sızmağa başlamışdı. Ancaq stansiya cəmi 6 həftə təmirə bağlanmışdı. Ermənistan onun yeniləndiyini iddia etsə də, Avropa İttifaqı stansiyanı çox təhlükəli sayır.

Təəssüf ki, bu ölkənin törətdiyi ekoterrora havadarlıq edənlər də tapılır. İstismar müddəti başa çatmış "Metsamor"un fəaliyyətini davam etdirməsinə vaxtilə Rusiya dəstək verib.

Bu günlərdə isə İrəvanda səfərdə olan ABŞ dövlət katibinin beynəlxalq nüvə siyasəti və əməkdaşlığı üzrə köməkçisinin müavini Aleşiya Dunkan və İrəvandakı səfir Kristina Kuinn Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan ilə görüşdə nüvə enerjisi və mədən sənayesi sahəsində əməkdaşlığı müzakirə ediblər.

Belə ehtimal etmək olar ki, onlar Ermənistanın elektrik enerjisinə ehtiyacını AES vasitəsi ilə təmin etməyə, bununla da onu Rusiyanın asılılığından xilas etməyə çalışırlar. Ancaq ötən illərin acı təcrübəsi və faktlar sübut edir ki, Ermənistanın nüvə energetikası sahəsində fəaliyyətinin törətdiyi ekoloji fəsadların nəticəsi aradan qalxması ilkin şərtlərdəndir. Əks halda, yeni nüvə obyektinin tikintisi region üçün yeni təhlükə mənbəyinə çevriləcək. Odur ki, ABŞ məlum istiqamətdə Ermənistanla əməkdaşlıq edərkən, qonşu dövlətlərin, o cümlədən Azərbaycanın da maraqlarına diqqət yetirməsi vacibdir.

1976-cı ildən köhnəlmiş texnologiya əsasında işləyən Metsamor AES-in fəaliyyəti seysmik zonada yerləşən bir obyekt kimi ətraf mühitə və insan sağlamlığına ciddi mənfi nəticələrə səbəb ola bilər. Metsamor AES Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və reaktoru ikinci qoruyucu təhlükəsizlik örtüyü olmadan fəaliyyət göstərir və bu cür fəaliyyət regionda ekoloji təhlükəsizliyə ciddi təhdid mənbəyi olaraq qalır. AES-də hər hansı qəza baş verərsə, yalnız Ermənistanın deyil, bütün Cənubi Qafqaz və Yaxın Şərq ölkələrinin də ciddi ziyan görəcəyi proqnozlaşdırılır. Çünki Metsamor AES Türkiyə sərhədlərindən 16 km, İran sərhədlərindən 60 km, Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km məsafədə yerləşir.

Metsamor AES-in 1-ci və 2-ci nüvə reaktoru 1989-cu ildə Spitak zəlzələsindən sonra bağlanmışdı, lakin Ermənistan hökuməti enerji çatışmazlığını bəhanə gətirərək 1995-ci ildə beynəlxalq birliyin çağırışlarına və kəskin tənqidinə baxmayaraq, AES-in 2-ci reaktorunun fəaliyyətini bərpa edib.

Hazırda Metsamor AES istismar müddətinin bitməsinə baxmayaraq, müvafiq təhlükəsizlik normalarına riayət etmədən daha artıq güclə fəaliyyət göstərir. Bu gün köhnə sovet texnologiyası olan belə qoruyucusuz nüvə reaktorları çox az sayda qalmaqdadır. Demək olar ki, Avropa ölkələrində 50-60-cı illərdə istehsal olunan birinci nəsil reaktorların fəaliyyəti 2015-ci ilədək dayandırılmışdı. Artıq 3-cü nəsil reaktorların istifadəsinə 2018-ci ildən başlayan ölkələr sırasında Yaponiya, Çin, BƏƏ və bu köhnə texnologiyalardan istifadə etmiş Rusiya da var. Yeni nəsil reaktorlarda ekoloji səmərəli həllər, xüsusilə soyutma sistemində sudan imtina və əvəzində soyuducu reaqentlərdən istifadə, həcminin azadılması, eləcə də gücləndirilmiş texniki təhlükəsizlik standartları önəmlidir. Hazırda beynəlxalq texniki standartlara cavab verməyən Metsamor AES-in fəaliyyət müddətinin 2 dəfə uzadılması ilə yanaşı, AES-in ekoloji idarəetmə strategiyasının dəqiq məlum olmaması, qeyri-şəffaflığı ekoloji təsirləri müəyyən etməkdə də ciddi narahatlıqlar yaradır. Halbuki bu sahədə geniş beynəlxalq təcrübəyə malik olan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi təşkilatlar 1986-cı il Çernobıl, 2011-ci ilin FukiSima I nüvə stansiyasında baş vermiş qəzalardan sonra nüvə təhlükəsizlik standartlarının əsas baza prinsipi kimi şəffaflığın artırılmasının zəruriliyi barədə həyəcan təbili çalmışdır. Təəssüf ki, bugünədək Metsamor AES-də AEBA missiyaları çərçivəsində aparılmış tədqiqat nəticələri, AES-in texniki status göstəriciləri, eləcə də formalaşan radioaktiv tullantıları ilə bağlı təfərrüatlar açıqlanmır və onların aqibəti barədə dəqiq məlumatlar yoxdur.

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, Azərbaycan və Ermənistan BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə dair Konvensiyasının üzvləridir: "Bu Konvensiyaya görə, potensial təhlükəli layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi yalnız dövlət daxilində deyil, həm də bu obyektlərin təsirinə məruz qala biləcək qonşu ölkələrdə ictimai müzakirələri əhatə etməlidir. Lakin Ermənistan beynəlxalq müqavilələrin tələblərini tamamilə nəzərə almır. Azərbaycan dəfələrlə beynəlxalq platformalarda Metsamor AES-in fəaliyyətini davam etdirməsi ilə bağlı ciddi narahatlığını bildirib, təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın öhdəliklərini yerinə yetirməsinə hələ də müvəffəq olmayıb".

"Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov qeyd edib ki, hazırda Azərbaycanın qonşuluğunda, Ermənistan ərazisində potensial təhlükə mənbəyi olan Metsamor Atom Elektrik Stansiyası fəaliyyət göstərir. Azərbaycanın ictimai təşkilatları, o cümlədən, "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyi olaraq biz müxtəlif beynəlxalq təşkilatlara Metsamorun istismar müddətinin başa çatması və bu stansiyanın fəaliyyətinin dayandırılması barədə dəfələrlə müraciətlər ünvanlamışıq: Metsamor AES də Çernobıl Atom Elektrik Stansiyası kimi bölgə üçün təhlükə mənbəyidir. Bu stansiya köhnə texniki proqramlarla qurulub. Stansiyanın istismar müddəti başa çatdığından onunla bağlı rəylərdə bölgə üçün təhlükəli olması dəfələrlə öz təsdiqini tapıb. Niyə stansiyanın fəaliyyətinin dayandırılması üçün beynəlxalq aləm bir araya gəlmir? Niyə bölgədə insan haqlarının müdafiəsindən danışan beynəlxalq təşkilatlar Ermənistandakı stansiyanın fəaliyyəti ilə bağlı mövqeyini ortaya qoymur? Əgər Metsamorda partlayış baş verərsə, o, "Çernobıl" Atom Elektrik Stansiyasındakı hadisə kimi bəşəriyyət üçün ikinci böyük və dəhşətli bir faciə olacaq".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib ki, 50 ilə yaxın yaşı olan Metsamor Atom Elektrik Stansiyası bu gün Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük təhlükə mənbəyidir. Çox təəssüf ki, hər ötən gün bu risk artır və bu prosesi dayandırmaq üçün ciddi şəkildə tədbir görən hələ də yoxdur. Sanki göz görə-görə ikinci Çernobıl hadisəsinə doğru gedirik: "Dəfələrlə bununla bağlı müraciətlər edilməsinə baxmayaraq, Ermənistan hələ də bu stansiyanın fəaliyyətini dayandırmaq niyyətində deyil, əksinə, onun maye tullantılarını transsərhəd çayı olan Araza axıtmaqla birbaşa cinayət etməkdədir. Düşünürəm ki, stansiyanın fəaliyyəti beynəlxalq cinayətdir, terror aktıdır. Nəinki qonşu ölkələr, o cümlədən, bütün region üçün təhdid və hədə-qorxu silahıdır. AES təhlükəsinin oxşar ciddiliyi və eyni mənbədən yaranmasıdır. Bütün bunlar təsadüfi deyil və Ermənistanın terrorçu niyyətinin əsas hissəsidir".

Dünya ictimaiyyəti 1986-cı ildə baş vermiş Çernobıl qəzasının, həmçinin 2011-ci ildə Yaponiyanın Fukusima AES-də baş vermiş qəzanın nəticələrini indiyədək aradan qaldıra bilməyib.

Həmin qəzaların ağır nəticələrini insanlar hələ də hiss edirlər: "Metsamor AES-in də ekoloji fəlakət doğurması ehtimalının böyük olduğu və fəaliyyətinin dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərə əhəmiyyət verilməməsi Ermənistan rəhbərliyinin məsuliyyətsizliyi və müstəqil siyasi qərarvermə iqtidarında olmadığını sübut edir. Eyni zamanda, ehtimal edilən ekoloji faciənin Türkiyə və Azərbaycan üçün ciddi təhlükə olması təhdid-təzyiq vasitəsi kimi də qəbul edilə bilər. Lakin regionda Metsamor AES-də baş verə biləcək nüvə təhlükəsi Rusiya, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Qara dəniz bölgəsinə ciddi təsir edəcək. Ərazi bütövlüyümüzün təmin edilməsi, Azərbaycanın regionda güc sahibinə çevrilməsi yaşadığımız dövrün ən önəmli məsələsinə - ətraf mühitin mühafizəsinə diqqətimizi yönəltməyə əsas verib. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 13 İyun 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri