Icma.az
close
up
RU
Serdar Ünsal: Metsamor AES regionun milyonlarla sakini üçün təhlükə mənbəyidir

Serdar Ünsal: Metsamor AES regionun milyonlarla sakini üçün təhlükə mənbəyidir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ankara, 28 aprel, AZƏRTAC

Cənubi Qafqazda Çernobıl faciəsinə bənzər fəlakətlər təkrarlanmamalıdır. Ermənistandakı köhnəlmiş Metsamor AES dərhal bağlanmalıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədr müavini, İğdırdakı “Azərbaycan Evi” Cəmiyyətinin rəhbəri Serdar Ünsal Çernobıl faciəsinin 39-cu ildönümünü şərh edərkən deyib. O, Ermənistandakı köhnəlmiş AES-i bütün region üçün ciddi təhlükə mənbəyi adlandırıb.

Onun sözlərinə görə, bu məsələ müxtəlif beynəlxalq platformalarda fəal şəkildə qaldırılmalıdır. “Region ölkələri və beynəlxalq strukturlar milyonlarla insan üçün həssas olan bu çağırışa çox ciddi yanaşmalıdır. Bu problemi aradan qaldırmaq üçün birgə yol müəyyənləşdirmək vacibdir", - deyən S.Ünsal Çernobıl qəzasının irimiqyaslı zərərli nəticələrini xatırladıb.

Ermənistandakı Metsamor AES aktiv seysmik zonada – Türkiyənin İğdır vilayətindən cəmi 16 kilometrlik məsafədə yerləşir.

S.Ünsal əlavə edib: “Rəsmi statistikaya görə, hər il İğdırın orta hesabla 500 sakininə bədxassəli şiş diaqnozu qoyulur. Ətraf vilayətlərdə yeni onkoloji xəstəliklərin göstəricisi isə ildə təxminən 150 nəfərdir”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri