Icma.az
close
up
RU
Ermənistanın militarizasiyasında Qərb amili

Ermənistanın militarizasiyasında Qərb amili

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin “Rossiya Seqodnya”ya müsahibəsi kontekstində

Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bir çox maraqlı məqamlardan söz açıb. Həmin məqamlardan biri Ermənistanın silahlandırılmasıdır.

Əminliklə deyə bilərik ki, Ermənistanın silahlandırılması Cənubi Qafqaz regionunun acı reallığıdır. Bu, həm də ona görə acı reallıqdır ki, ölkə otuz ilə yaxın müddətdə işğalçılıq siyasəti yürüdüb və yenə avantürizmindən qalmır. Belə bir mahiyyətə malik məmləkət silahlandırılırsa, deməli, dünyanın düzəni yerində deyil. Prezident İlham Əliyev də müsahibəsində mövcud məqama özünəxas tərzdə münasibət açıqlayıb. Dövlətimizin başçısı dünyanın əsaslı şəkildə dəyişdiyini və İkinci dünya müharibəsi nəticəsində yaranmış reallıqların, müəyyən edilmiş oyun qaydalarının artıq işləmədiyini, hətta qlobal aktorların da bunu gizlətmədiklərini vurğulayıb.

Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və bu məkandakı siyasi transformasiyaları ciddi şəkildə izləyir. Ölkəmiz Ermənistanın sürətli silahlandırılmasına da dünyanın dəyişən reallıqlarının regiona təsiri prizmasından yanaşır. Rəsmi Bakı İrəvanın canfəşanlığını baş nazir Nikol Paşinyan administrasiyasının sözügedən qlobal transformasiyalar şəraitində Ermənistanın öz avantürizmini gerçəkləşdirmək fürsəti kimi dəyərləndirir.

Çünki ölkənin rəhbərliyi sülhdən yayınır. Erməni iqtidarının dörd ildir barış mühitinin formalaşması üçün heç bir əsaslı addım atmaması, səmimiyyətdən uzaqlığı beynəlxalq müstəvidəki dəyişikliklərlə əlaqədardır. İrəvan ümidvardır ki, yeniliklər onun üçün sərfəli status-kvo formalaşdıracaq, 44 günlük müharibə və lokal xarakterli antiterror tədbirləri nəticəsində itirdiklərini bərpa etmək şansı qazanacaq. Paşinyan iqtidarı müxtəlif hiyləgərlik metodlarını işə salaraq, gözləmə mövqeyini məhz bu səbəbdən tutub.

Azərbaycan isə necə deyərlər, daim ayıq-sayıqdır, əli tətikdədir. Gələn il üçün hərbi büdcəmiz 5 milyard dolları keçəcək. Səbəb sadədir – Ermənistan və havadarları regionda yeni eskalasiya mühiti yaratmağa kökləniblər. Prezident İlham Əliyev bildirib ki, Emmanuel Makron Fransası Ermənistana müxtəlif növ silahlar tədarük edir və açıqlanmış məlumatların əksinə olaraq, həmin silahlar heç də müdafiə məqsədli deyil, hücum xarakterlidir, öldürücüdür. Parisin bu addımı isə “Azərbaycan üçün praktiki təhlükə yaradır”. Ölkəmizin liderinin praktiki təhlükə nöqteyi-nəzərdən hansı məqamları açıqladığına nəzər salacağıq. Hələlik isə bir məsələyə toxunaq.

Məlum olduğu kimi, bu günlərdə Ermənistanın müdafiə naziri Suren Papikyan Fransada, ölkə parlamentinin sədri Alen Simonyan isə Hindistanda səfərdə olublar. Hindistan və Fransa Ermənistanın başlıca silah tədarükçüləridir. Deməli, iki yüksək ranqlı erməni iqtidarı təmsilçinin eyni vaxtda adıçəkilən ölkələrdə olmaları adi sayıla bilməz və bu, heç şübhəsiz, bölgədəki duruma təsirsiz ötüşməyəcək. Nəzərə alaq ki, Ermənistanın silahlandırılmasının ABŞ seqmenti də aktuallığını qorumaqdadır. Deməli, prosesin Azərbaycan üçün praktiki təhlükəlilik fazasına ciddi yanaşılmalıdır.

Prezident İlham Əliyev Ermənistanın silahlandırılmasının təhlükəli olduğuna aydınlıq gətirərkən bildirib ki, ölkə ilə Azərbaycanın sərhədlərinin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələrimiz sərhədə yaxın yerləşir və həmin yaşayış məntəqlərinin əksəriyyətinə keçmiş köçkünlər qayıdıblar. Buna görə də rəsmi Bakı İrəvanın hərəkətlərini kənardan müşahidə etməklə kifayətlənə bilməz. “Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma, təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Bəli, Ermənistanın silahlandırılması qlobal maraq və mənafelərdən qaynaqlanır. Məhz buna görədir ki, İrəvan illüziya bataqlığından çıxa bilmir, avantürizmindən əl çəkmir. ABŞ, Fransa və Hindistan kimi ölkələrin Cənubi Qafqazla bağlı planları var. Birləşmiş Ştatların hazırda fəaliyyətdə olan administrasiyasının ölkəni düçar etdiyi acınacaqlı durum göz önündədir. Nəzərə alaq ki, Ukraynanı Rusiya ilə müharibəyə cəlb edən kollektiv Qərbin başlıca hərəkətverici qüvvəsi sayılan ABŞ-dır. Ukraynanın düşdüyü durum isə ortadadır. Hindistana gəldikdə, ölkə bir vaxtlar Azərbaycanda da seyr edilən hind filmlərinin qeyri-real məzmuna köklənmiş durumdadır. Nyu-Dehli silah satışı bazarları əldə etmək və dünyaya özünü hegemon qüvvə kimi göstərmək əzmindədir.

Yenidən gələk Fransanın üzərinə. Makron administrasiyası ölkə tarixi üçün ləkədir. Prezident İlham Əliyev müsahibəsində bu fikirləri əbəs yerə bildirməyib: “Avropanın mərkəzində – Korsikada onlar (Fransa - red) Korsika dilini qadağan edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirlərsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır?”

Həqiqətən, Fransanın hazırda düşdüyü durum son dərəcə acınacaqlıdır. Makron administrasiyası isə təkcə insan hüquq və azadlıqlarına əhəmiyyətsiz yanaşması ilə hiddət doğurmur. Dövlətimizin başçısı deyib: “Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir”.

Əsl məsələ həm də ondadır ki, Makron uğursuzluğunu aradan qaldırmaq üçün Fransanı kollektiv Qərbin planlarının gerçəkləşməsi katalizatoru obrazında təqdim edir. O, yaxşı anlayır ki, Cənubi Qafqaz siyasi platformasına aktivliyini gücləndirən Qərb Rusiyanı bölgədən sıxışdırmaq niyyətindədir. Mövcud durumda Fransa Prezidenti özünü, necə deyərlər, Roma papasından daha artıq katolik kimi aparmağa girişib. Ermənistan məhz buna görə silahlandırılmaqdadır və görünən odur ki, rəsmi İrəvan qarşıdakı müddətdə daha çox azğınlaşma yolu tutacaq. Diqqət yetirək, Paşinyan administrasiyasının təmsilçiləri xarici siyasət prioriteti baxımdan üstünlük verməyəcəklərini açıqladıqları qondarma “erməni soyqırımı” məsələsini yenidən qabardırlar. Üstəlik, Qarabağ avantürizmini “etnik təmizləmə” adlandırır və Qarabağ ermənilərinin bölgəyə qayıdışı klişelərini dövriyyəyə buraxırlar.

Sonda onu deyək ki, Prezident İlham Əliyevin “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində Ermənistanın silahlandırılması və prosesdə Fransanın, ABŞ-ın, Hindistanın və digər ölkələrin rol oynamalarına dair səsləndirdiyi ayrı-ayrı fikirlər, eyni zamanda, onu göstərir ki, Azərbaycan heç bir dövlətdən çəkinmir və istənilən təhdidə qarşı həm layiqli cavab vermək hüququnu özündə saxlayır, həm də bunun üçün əzm və iradəyə malikdir. Dövlətimizin başçısı, hər zamankı kimi, qəti əminlik formalaşdırır.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2024 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri