Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın ardınca ölkəsinin Avropa İttifaqına (Aİ) tamhüquqlu üzv kimi qəbul ediləcəyi məsələsinə şübhə ilə yanaşıb.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı Avropa İttifaqının Ermənistanı üzvlüyə qəbul etməyə hazır olub-olmadığının məlum olmadığını bildirib.
“Ermənistan sabah Avropa İttifaqına üzv olmaq istədiyini bildirsə belə, Aİ-nin Ermənistanı tamhüquqlu üzv kimi qəbul etmək barədə qərarının olduğuna əmin deyiləm”, – deyə nazir vurğulayıb.
Mirzoyanın sözlərinə görə, bu sualın cavabını hazırda heç kim bilmir – nə Ermənistan, nə Avropa İttifaqı, nə də quruma üzv dövlətlər.
O qeyd edib ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı ciddi müzakirələr yalnız indi başlayıb.
Bununla belə, xarici işlər naziri Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlərin indiyədək görünməmiş dərəcədə dərin və yaxın olduğunu bildirib.
Mirzoyan Ermənistanın coğrafi mövqeyinin və qonşu dövlətlərlə münasibətlərinin də Avropa İttifaqına yaxınlaşma prosesində mühüm rol oynadığını xatırladıb.
Nazir bu kontekstdə Azərbaycan və Türkiyənin adını çəkərək, hər iki ölkə ilə normallaşma prosesinin davam etdiyini, lakin sərhədlərin hələ də bağlı olduğunu qeyd edib.
O, həmçinin İran, Gürcüstan və Rusiyanın Ermənistanın qonşuluğunda yerləşən mühüm dövlətlər olduğunu diqqətə çatdırıb.
Mirzoyan Ermənistanın Avropa İttifaqına yaxınlaşmasına Rusiyanın mümkün reaksiyasının da nəzərə alınmalı olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 13 Oktyabr 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















