Icma.az
close
up
RU
Ermənistanın siyasi mühitində xaos hakim partiyada qorxu mühiti ŞƏRH

Ermənistanın siyasi mühitində xaos hakim partiyada qorxu mühiti ŞƏRH

Report.az saytına istinadən Icma.az xəbər verir.

Bu yaxınlarda Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası yenilənmə adı altında bir neçə deputatla yollarını ayırmaq qərarına gəldi. Partiyanın sanballı deputatlarından olan Ovik Aqazaryan, Akop Aslanyanın deputat mandatlarının ləğvi və partiyadan uzaqlaşdırılması digər həmkarları arasında soyuq duş effekti kimi qəbul edilib. Baş nazir Nikol Paşinyan tərəfindən SMS vasitəsilə iriranqlı məmurları vəzifədən göndərilməsindən sonra bu, gözlənilən hal idi. Elə ötən həftəsonu hakim partiyanın qapalı keçirilən görüşündən sonra da partiyadaşlar arasında qorxu mühiti daha da ağırlaşıb. Paşinyan son günlər dəfələrlə bəyan edib ki, onların qapalı görüşündən sızıntıları təşkil edən şəxslər Ovik Aqazaryan və Akop Aslanyanın aqibətini yaşayacaq. Bu isə nəinki işdən çıxarılma, həm də yataq həyatından tutmuş, korrupsiya hallarının ictimaiyyətə açıqlanması, xalq arasında biabır olma deməkdir. Məsələn, yayılan xəbərlərə görə, Aqazaryana qarşı dövlət sirri olan məlumatların yayılmasını təşkil etmək maddəsi ilə cinayət işi açılıb. Deyilənlərə görə, yanvarda baş prokuror parlamentdə Aqazaryanın deputat toxunulmazlığını ləğv edəcək və sabiq parlamentari həbsə göndəriləcək.

Elə bu səbəbdən də görüşdən sonra hakimiyyət nümayəndələri arasında çaxnaşma başlayıb. “Vətəndaş müqaviləsi” üzvləri artıq söhbətlərini, yazılarını, yazışmalarını, şəkillərini, şəxsi məlumatlarını telefondan silməyə başlayıblar. Məsələ burasındadır ki, ehtimal edilir ki, bir çox partiya üzvünün telefonunda elə məzmunlu söhbət və fotolar var ki, ictimailəşsə, onları Paşinyanın qəzəbindən heç nə xilas edə bilməz. Amma gəzən söhbətə görə, artıq baş nazir hüquq-mühafizə orqanlarına tapşırıq verib ki, hətta köhnə və silinmiş yazışmalar da bərpa edilib kompromat kimi saxlanılsın. Bu səbəbdən də partiyadaşların əksəri susmağa, baş verənlərə biganə qalmağa üstünlük verir.

Paşinyanın əmri ilə artıq 2026-cı il seçkilərində biabırçı məğlubiyyətə düçar olmamaq üçün indidən iqtidarla əlaqəsi olmayan şəxslərin partiya sıralarına cəlb edilməsinə başlanılıb. Məsələn, Gümrü şəhər meriyasında mer səlahiyyətlərini icra edən Sarik Minasyan “Vətəndaş müqaviləsi”nə üzv olmaq üçün ərizə yazıb. Deyilənlərə görə, yaxın günlərdə yeni müraciət edən şəxslərin adı açıqlanacaq. Paşinyanın birbən-birə yeni namizəd axtarışa çıxma səbəblərindən biri seçkilərlə bağlıdırsa, digəri də məmur sistemini yeniləməklə əlaqəlidir. Çünki partiyanın son iclaslarında səhiyyə naziri Anahit Avanesyan və ətraf mühit naziri Akop Simidyan ciddi tənqidə məruz qalıblar.

Partiya üzvləri Avanesyanı səhiyyə sferasındakı özbaşınalıq, biabırçılıq və korrupsiya faktlarında ittiham ediblər. Bildirilir ki, nazirliyin “Uiqmor” klinikası ilə bir neçə milyonluq müqaviləsi əsaslı korrupsiya şübhələrinə səbəb olub. Ekologiya naziri isə biabırçı vəziyyət, ağacların qırılmasında ittiham edilib. Bütün bu faktlar sübut edir ki, yaxın vaxtlarda bu iki nazir də “təmtəraqla” yola salınacaq. Nəticə etibarı ilə baş nazirin müəmma ilə üz-üzə qaldığı ortadadır - növbəti seçkilərə bu komanda ilə getsin, yoxsa, yeni kadrlar və resurslar cəlb etsin?

Göründüyü kimi, Paşinyan kadrlarında, parlament sistemində aşkar edilən və hələ də dərinləşən dərin qüsurları gizlətməyə çalışsa da, zaman keçdikcə onlar daha qabarıq şəkildə özlərini büruzə verir, ictimai qınağa səbəb olurlar. Bu zaman baş nazir cəza maşınını işə salaraq, sözügedən şəxsləri işdən uzaqlaşdırır, məhkəməyə cəlb edir, bununla da özünün “yaxşı oğlan” imicini formalaşdırmağa çalışır.

Təbii ki, baş nazirin bu qəzəbindən yayınmaq, oxları üzərindən başqa istiqamətə tuşlamaq istəyənlər və bu məqsədlə addım atanlar da var. Məsələn, Andranik Koçaryan Paşinyanın qəzəbindən yayınmaq üçün yeni üsul hazırlayıb. Məlum olub ki, Koçaryan Arpi Davoyan vasitəsilə hakim partiyanın ali orqanında ədalətsizliyə qarşı üsyan qaldırıb. Məlum olub ki, partiyadaxili görüşlərin birində Arpi Davoyan baş nazirdən bütün deputatların eyni maaş alması faktını necə izah edəcəyini soruşub. Çünki Davoyanın fikrinə görə, elə deputatlar var ki, onlar açıq-aydın daha firavan yaşayırlar, bahalı geyinirlər, evlər, maşınlar alırlar.

Andranik Koçaryan da Davoyanı dəstəkləyib, qeyd edib ki, bir neçə deputat, xüsusən də Sisak Qabrielyan haqqında tutarlı faktlar var Koçaryanın birdən-birə ədalətsizliyi xatırlatması əbəs deyil. Ovik Aqazaryanla bağlı məlum hadisədən sonra erməni siyasi kulislərində növbənin Andranikə də çatacağı danışılırdı. Bu səbəbdən “yaşlı qurd” özünü sığortalamağı, hakim partiyada sadiq komanda yoldaşı kimi etibarını itirən Arpini önə sürməyi planlaşdırıb. Davoyan da öz növbəsində dostlarına bildirib ki, hər səhər yuxudan oyananda mandatından könüllü şəkildə imtina etmək barədə SMS almaqdan qorxur.

Göründüyü kimi, baş nazir Nikol Paşinyan nəyin bahasına olursa-olsun hakimiyyəti əldə saxlamaq, növbəti seçkilərdə qalib gəlmək istəyir. Bunun üçün isə bütün yollara baş vuracağı artıq məlum olub. Seçkilərdə qələbəyə gedən yolda hətta ən yaxınlarından belə imtina edəcəyi istisna edilmir. Bu isə artıq hakim partiyada dərin çatların yaranmasına səbəb olur. Ehtimal etmək olar ki, mandatdan imtina dalğası davam etsə, “Vətəndaş müqaviləsi”ndə baş nazirə qarşı əməlli-başlı koalisiya qurula bilər.

Bütün bu hadisələr bir daha sübut edir ki, Sorosun dəstəyi ilə hakimiyyətə yiyələnən partiyanın uzun müddətdir heç bir ideoloji və mənəvi xətti yoxdur. Baş nazir ictimai-siyasi gündəmdə lider olmaq statusunu yüksək qiymətləndirdiyindən, hər şeyə hazır görünür. Bu fenomen daxili konyukturaların və keyfiyyətsiz sistemin nəticəsidir. Bu yaxınlarda Baqrat Qalstanyanın (Vətən naminə Tavuş hərəkatının lideri) uzunmüddətlik fasilədən sonra yenə də üzə çıxaraq açıqlama verməsi, siyasi meydanlara və mitinqlərə qayıdacağını, bu dəfə konkret nəticə əldə edəcəyini bildirməsi də erməni siyasi mühitində xaosun yaranmasından xəbər verir...

Kamil Məmmədov

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://report.az
archiveBu xəbər 18 Dekabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri