Icma.az
close
up
RU
Ermənistanın ruhi birliyi dağılır ŞƏRH

Ermənistanın ruhi birliyi dağılır ŞƏRH

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paşinyanın kilsə və siyasi müxalifətə qarşı sərt addımları ölkəni uçuruma aparır


Erməni kilsəsi ilə Baş nazir Nikol Paşinyan arasındakı gərginlik növbəti mərhələyə qədəm qoyub. Kilsə və keşişlər Paşinyanı taxtdan salmaq üçün mübarizədən vaz keçmək istəmirlər. 2024-cü ildə keşiş Baqrat Qalstanyanla başlayan ədavət erməni apostol kilsəsinin tamamilə ayaqlanması ilə yeni müstəviyə keçib. 

Hətta keçmiş Prezident Levon ter-Petrosyan da kilsəyə dəstəyini ifadə edərək Paşinyana qarşı çıxıb. Nəzərə alaq ki, kilsə erməni cəmiyyəti və iqtidarına həmişə təzyiq və təsiri ilə seçilib, siyasi proseslərdən kənarda qalmayıb. Hətta erməni revanşizminin qığılıcımı rolunda çıxış edib. Ona görə də Paşinyanın kilsəyə qarşı hücuma keçməsi və proseslərə müdaxiləsini məhdudlaşdırmaq cəhdi tərəflər arasında ölüm-dirim mübarizəsinə səbəb olub. “Rossiya-1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efirində RT telekanalının baş redaktoru Marqarita Simonyan deyib ki, Ermənistandakı hazırkı vəziyyət fonunda Baş nazir Nikol Paşinyan və onun tərəfdarlarını Dəccalın kiçik barmağı və ya appendisiti ilə müqayisə etmək olar. Simonyan xatırladıb ki, Dəccal dinə hücumlara Ermənistandan başlayıb, Paşinyan isə Erməni Apostol Kilsəsinə hücum edib. O, eyni zamanda qeyd edib ki, məsələ təkcə baş nazirdə deyil: "Dəccal nə isə kollektivə bənzər, böyük bir şeydir. Paşinyan isə Dəccalın kiçik barmağı və ya appendisiti ola bilərdi". 


Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a deyib ki, hər iki tərəf üçün geriyə yol yoxdur. Ekspertin sözlərinə görə, 2026-cı il seçkilərində qalib gəlməyin əsas ssenarisi indi hazırlanır: 


"2024-cü ildə Gürcüstanda da siyasi hakimiyyət seçkilərə 1 il və 6 ay qalmış radikal qərarlar verməyə başlamışdı. Bu dəfə Paşinyan seçkilərin yaxınlaşmasını gözləmədən əsas rəqib və hələ də Ermənistanda siyasi hakimiyyətdən müstəqil olan kilsəyə qarşı açıq savaşa start verdi. Ötən gün keşiş Mikayel Ajapahyan Eçmiədzin məbədinin qarşısında saxlanılmalı idi, lakin keşişlərin tərəfdarları onu polisdən müdafiə etdilər. Buna baxmayaraq, axşam saatlarında o, məhkəməyə aparılıb və  gecə saatlarında 2 aylıq həbs qərarı verilib. Ajapahyan “konstitusiyanın devrilməsi” çağırışı ilə ittiham edilib. Onun özü bu ittihamları rədd edərək, “hakimiyyətin özü ölkə üçün əsas təhlükədir” ifadəsi ilə hökuməti sərt tənqid edib. Bundan əvvəl 25 iyun 2025-ci ildə başqa bir baş keşiş Baqrat Qalstanyan, “Qutsal Mübarizə” hərəkatının lideri kimi terror planları və dövlət çevrilişi ittihamları ilə saxlanılıb. Baqratdan fərqli olaraq Mikayelin həbs olunması Katalikostda daha çox naraharlıq yaradıb. Çünki hadisələr göstərir ki, Paşinyan onun da arxasınca güc strukturlarını kilsəyə göndərəcək". 


Z.Məmmədov xatırladıb ki, Paşinyan 8 iyun tarixində katolikos II Qaregini nikahsız övlad sahibi olmaqda ittiham edib və istefa verməsini tələb edib: 

"Bu, hökumətin kilsəyə qarşı tənqidi tonunu yeni mərhələyə daşıyıb. Kilsə rəhbərliyi bu addımı Ermənistanın “ruhani birlik”lərini parçalamaq cəhdi kimi qiymətləndirib və dövlətin siyasətinə qarşı durub. Rəhbər keşişlərin çoxu Paşinyanı Qarabağ müharibəsində uduzmaq və torpaq güzəştləri etməklə günahlandırıb. Bu fonda Ermənistandakı müxalifət partiyaları Paşinyana qarşı etimadsızlıqla bağlı ayrı-ayrılıqda qərarlar verməkdədirlər. Rusiya da hadisələri yaxından izləyir. 18 iyunda rusiyalı-erməni milyarder və “Taşir” Qrupunun sahibi Samvel Karapetyan İrəvanda həbs edilib. O, "hakimiyyətin zorakılıqla ələ keçirilməsi çağırışı" ilə ittiham edilib. Həbslə əlaqədar, Karapetyan iki aylıq həbs-qətimkan tədbiri ilə “Armavir” həbsxanasına göndərilib. Beləliklə, 44 günlük müharibə ilə Ermənistan dövləti, erməni diasporası və erməni kilsəsi arasında tarixdə ilk dəfə dərin çatların əsası qoyuldu. Bu gün Ermənistan adlı dövlətin, onun kilsəsinin Qafqazda hansı şərtlər əsasında müqəddəratını davam etdirməsindən söhbət gedir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyul 2025 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri