Icma.az
close
up
RU
Ermənistanın strateji xəyanəti : Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir

Ermənistanın strateji xəyanəti : Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Fransanın Gorusdakı konsulluğu Qərb üçün hərbi və kəşfiyyat məqsədlərinə xidmət edəcək". 


Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Zeynal Əmralıyev deyib. 


Ekspert bildirib ki, Fransanın məhz həmin ərazidə konsulluq açması əsasən üç səbəbə görədir: 


"İlk növbədə rəsmi Parisin reallaşmasını istəmədiyi Zəngəzur dəhlizi prossesinə mane olmaq üçün atılmış addımdır. Sünik vilayəti Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasının ortasında yerləşir. Zəngəzur dəhlizi layihəsinin əsas mərkəzi məhz buradır. Bu baxımdan Sünik vilayəti təkcə Ermənistan üçün yox, həm də Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Təbii ki, bu məsələ Zəngəzur dəhlizinin açılmasına mane ola bilməz. Orada hansı ölkənin diplomatik nümayəndəliyinin yerləşməsindən asılı olmayaraq Ermənistan üzərinə götürdüyü öhdəliyə riayyət etməlidir. Rəsmi Parisin bu yolla prosesə mane olmaq gücü yoxdur. İkinci önəmli məsələ isə Fransanın bununla Rusiyaya qarşı əzələ nümayişidir. Rəsmi Moskva 2023-cü ildə Sünik vilayətində konsulluq açmaq istəsə də, Ermənistan rəhbərliyi buna icazə verməmişdi. Ancaq Fransaya dərhal yaşıl işıq yandırdı". 


Analitik hesab edir ki, Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir: 

"Xüsusilə 2026-cı ildə keçiriləcək parlament seçkilərinə az qalmış və rusmeyilli müxalifətin güclənməsi fonunda baş verən hadisələr Ermənistanın Rusiyaya "strateji xəyanəti" kimi də başa düşülə bilər. Məsələnin üçüncü tərəfi isə İranla bağlıdır. Rəsmi Tehran dəfələrlə Ermənistanın kenar dövlətləri regiona gətirməsindən narahat olduğu üstüörtülü şəkildə bəyan edib. İran - Ermənistan sərhədində Fransa konsulluğunun açılması ikitərəfli əlaqələrin bir qədər gərginləşməsinə səbəb ola bilər. Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət kənar qüvvələri Cənubi Qafqaza gətirməklə  bölgədə vəziyyəti gərginləşdirir. İrəvanın bu addımı bölgədə sülh və sabitliyin qorunub saxlanması yolunda əsas maneələrdən biridir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 İyun 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri