Icma.az
close
up
RU
Ermənistanın sülh oyunu bitdi: gerçəklər üzə çıxır 4 maddə

Ermənistanın sülh oyunu bitdi: gerçəklər üzə çıxır 4 maddə

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqlar yekunlaşıb. Lakin bu, sülh müqaviləsinin imzalanması anlamına gəlmir. Prosesi bir qədər açaq.

Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev mühüm məqamlara toxundu. Ölkə başçısının çıxışı zamanı səsləndirdiyi fikirlər mətn üzrə işin yekunlaşdırılmasının hələ sülh müqaviləsinin imzalanması demək olmadığını göstərir.

Belə ki;

Ermənistan konstitusiyası və Müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var; Ermənistan Azərbaycan ərazisində törətdiyi cinayətlərə görə təzminat ödəməlidir; Ermənistan Bakıdakı məhkəmə ilə əməkdaşlıq etməli, adı keçən və insanlıq əleyhinə cinayətlər törətməkdə şübhəli bilinən Ermənistan ərazisində olan şəxsləri təhvil verməlidir; ATƏT-in Minsk qrupunu buraxmalıdır.

Prinsip etibarilə bunlar Bakının İrəvandan təbii, qanunauyğun tələbləridir. Ermənistan baş naziri Nikol Paşinyan isə sülhə öz hakimiyyəti dövrünü nəzərdə tutaraq baxır. Yəni İrəvanın mövqeyi qısa perspektiv üçündür. Bundan başqa, Ermənistan Azərbaycanla sülh sazişi imzalasa, Bakının gələcəkdə bunu pozmayacağını yaxşı bilir. Azərbaycan isə Ermənistana inana bilməz. Ermənistan konstitusiyası və Müstəqillik bəyannaməsində ölkəmizə qarşı ərazi iddiaları qalır. Bu, çox ciddi hüquqi faktdır. Ermənistan gələcəkdə bunu əsas gətirib, özündə güc hiss etdiyi an yenidən işğala cəhd edə bilər.

Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə görə təzminat ödəməsində qeyri-adi nəsə yoxdur. Prinsip etibarilə ortada 30 illik işğal, ərazilərimizdən qanunsuz istifadəyə dair real faktlar var. Şübhəsiz ki, Bakı bununla bağlı təzminat tələb etməlidir.

Son olaraq isə Ermənistan Bakıdakı məhkəmə ilə əməkdaşlıq etməli, adı keçən və insanlıq əleyhinə cinayətlər törətməkdə şübhəli bilinən şəxsləri Azərbaycana təhvil verməlidir.

Bakının tələblərində qeyri-adi nəsə yoxdur. Dünya siyasi tarixində, Qərb hüquq sistemində bunun bənzər nümunələri var. Ona görə Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına görə eyforiyaya qapılmaq olmaz. Ermənistan hələ də üzərinə düşən bəzi şərtləri icra etməyib. Bu isə İrəvanın yeni təxribata əl atması ehtimalını aktual saxlayır.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 05:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see368

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see348

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see338

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see297

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see273

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see260

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see255

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see245

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see242

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see236

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see231

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see229

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see222

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see219

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see214

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see212

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see209

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see205

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri